Kənan Hacı “Yağ kimi ” romanından danışır - MÜSAHİBƏ
30.11.99

“Müəllifin kitabı” layihəsinin suallarını ilk dəfə olaraq yazar Kənan Hacı cavablandırır. Onunla “Yağ kimi” kitabı haqqında söhbətimizi təqdim edirik. 


“Roman bumu yaşanır, deyən yazarlar özləri də roman yazır” 


-Nəyə görə “Yağ kimi”?

-Bu sualı bir neçə dəfə mənə veriblər. Əsəri yazmamışdan əvvəl nəsə bir detal axtarırdım. Bu romanın qəhrəmanı həyatda öz yerini tapmayan bir insandı, yəni lazım olduğu yerdə yox, lazım olmadığı yerdə olan bir adamdır. Və o, məşhurlaşmağın yolunu tapa bilmir. Əsas məqsədi məşhurlaşmaqdır. Haqqı olmadığı halda məşhurlaşmaq istəyən bir adamdır. Bütün mümkün variantları əldən çıxardıqdan sonra bu adam düşünür ki, “Yağ kimi” verlişinə çıxmaqla məşhurlaşsın. O vaxtı da bu veriliş çox populyar idi. Sözün açığı,məndə o verilişə qarşı aqressiya var idi. Amma indi hesab edirəm ki, bu düzgün deyil. Yəni normal, öz tamaşaçı kontingenti olan bir proqram idi. Mən də düşündüm ki, bu ad daha uyğundur. Əsərin adı belə alınmamamlı idi. Başqa variantlar var idi, son anda dəyişib “Yağ kimi” elədim. Seymur Baycan bir dəfə dedi ki, sən narahat olma, romanın adına görə satılacaq. Əslində əsərin adını satılmaq məqsədilə o cür qoymamışdım. 


-Kitabın yazılma səbəblərindən danışardınız.

-Bu mövzu bir neçə il idi ki, məni düşündürürdü, yazmaq istəyirdim. “Qanun” nəşriyyatı “Ən yeni ədəbiyyat” seriyasıyla kitab nəşrinə başlayanda fikirləşdim ki, bir özümü sınayım. Amma ondan əvvəl “Çəhrayı qan”ı yazmşdım və o roman məhdud tirajla kitab kimi çıxmışdı. O əsər Qarabağ döyüşlərində iştirak etmiş bir qızın taleyi haqqında yazılıb. Yeri gəlmişkən, o romanın yenidən nəşri haqqında fikirləşirəm. Çünki o kitabı çox adam məndən istəyir, amma təəssüf ki, nə satışda, nə də özümdə qalmayıb. Nəşriyyatın direktoru Şahbaz bəylə söhbətimiz oldu, dedi ki, nəsə yazım. Oturdum, cəmi 3 ay ərzində “Yağ kimi”ni yazdım və “Qanun” nəşriyyatına təqdim elədim. Şahbaz bəy də verdiyi sözə əməl elədi və roman çap olundu. 


-İstədiklərinizi yaza bildinizmi?

-Hesab edirəm ki, yaza bilməmişəm, qismən yaza bilmişəm, tam mənada yox. İndi növbəti bir əsər var, çalışacam cəmiyyətə ötürmək istədiyim mesajı o əsərdə tam mənada çatdıra bilim. Sadəcə, vaxt azlığından o əsər hələ ki, yarımçıq qalıb. 


Student demək olar ki, özüməm

-Ordakı obrazlardan danışaq, kimdi Student və Camış Abdulla?

-Camış Abdulla ümumiləşdirilmiş obrazdır. Ədəbi mühitdə, ədəbiyyatın ətrafında fırlanan, ədəbiyatın içinə girə bilməyən adamlar ki, var, istedaddan məhrum adamlardan söhbət gedir, bu adamların ümumiləşmiş tipik bir obrazıdır. O ki, qaldı Studentə.. Hər bir yazıçı müəyyən mənada demək olar ki, özünü yazır. Özünü yazmayan yazıçı yoxdur. Floberdən “Madam Bovari” əsəri haqda soruşanda baxmayaraq ki, əsərin qəhrəmanı qadındır, demişdi ki, Madam Bovari mən özüməm. Student demək olar ki, özüməm. 



-Gündəlik həyatda romanınızın qərəmanlarına rast gəlirsinizmi? Romanın qəhrəmanları sizin taleyinizə nə qədər yaxındır? 

-Yaxşı sualdır. Hər bir adam ədəbi mühitə düşəndə bir az özünü xam kimi aparır. Tam mənada insanları tanıya bilmirsən. Tanıdığın imzalar mətbuatdan, televiziyadan çox cazibədar görünürlər. 
Amma mühitin içinə düşəndə onları şəxsən tanıyırsan, onların yaxşı və pis cəhətlərini, cəmiyyətə xeyirli və zərərli olmasını, yəni bütün cəhətlərini hərtərəfli öyrənirsən, onda xəyalındakı ideal şair, yazıçı obrazı, yazıçı mifi dağılır. Baxıb görürsən ki, bunlar milyonlarla adi insanlardan istedad istisna olmaqla, heç nəylə fərqlənmirlər. 
Həmin əsər də o mühitin bəhrəsidir. Romanın istehza hədəfi istedadlılardan daha çox istedadsızlar, qrafomanlardır. 


-Nəyə görə insanlar, elə “Yağ kimi”nin qəhramanı Camış Abdulla da xoşbəxt və ya bədbəxt olduqlarının fərqində deyillər?

-Bu, birbaşa cəmiyyətin problemidir. Camış Abdulla kimilər cəmiyyətdən baş çıxara bilməyən insanlardır. Əslində xoşbəxtlik və ya bədbəxtlik nisbi anlayışlardır. Deyim ki, bütün zamanlarda belə insanlar olub. Bunun ən dahiyanə nümunəsini Servantes yaradıb. Don Kixot konkret tarixi şəraitlə əlaqədar olaraq İspaniya üçün nə qədər tipikdirsə, bir o qədər də bəşəri səciyyə daşıyır. Don Kixot da həyati hədəfləri düzgün seçməyən bir adamdır və ona görə də həmişə gülüş hədəfinə çevrilirdi. Dünya yaranandan özünü tapa bilməyən insanlar olub. Bir ömür yaşayıb dünyadan gediblər, amma özlərini tapa bilməyiblər və yaxud özlərini tam mənada realizə edə bilməyiblər. Öz yerini tapa bilməyən insanlar bütün əsrlər boyu olub, indi də var, bundan sonra da olacaq. Bu adamlar natamam insanlardır. Görünür, yaradılışdan onlar belə yaranıblar. 


-Son vaxtlar yazılan romanlardan hansını bəyənirsiniz?

-Son zamanlar deyirlər ki, roman bumu yaşanır. Bunu deyən adamlar özləri də roman yazırlar. Bu, çox müsbət haldır, bundan qorxmaq lazım deyil. Zaman keçdikcə bu əsərlər ələkdən keçəcək, hansı yaşamaq hüququ qazanacaq, hansı yox, bu zamanın işidir. Ədəbi meyarlara cavab verən əsərlər ədəbiyyatda qalacaq. Bu, sözsüzdür. O ki, qaldı son zamanlar yazılan romanlara, mən Qan Turalının “Mustafa”, Şərif Ağayarın “Haramı”, bir də Seymur Baycanın “Quqark” romanlarını son dövr Azərbaycan ədəbiyyatında yaranan ən ciddi əsərlərdən hesab edirəm. Hesab edirəm ki, bu əsərlər öz qiymətini alacaq. 

Səxavət Sahil, Nota.az

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.