Zərdüşt Şəfi ilə son müsahibə
24.10.12

“Şəqrq” qəzeti və Kitab Tanıtma Mərkəzinin birgə yaratdığı “Müəllifin kitabı” layihəsinin suallarını bu dəfə gənc yazar Zərdüşt Şəfi cavablandırır. Onun“Başqa adamlar”kitabı haqqında müsahibəsini təqdim edirik.

“Ədəbiyyata qarşı bir laqeydlik hissi yaranıb məndə”

- Nəyə görə “Başqa adamlar”?

- Təxminən altı ildir ki, eyni adlı hekayələr silsiləsini yazıram. “Başqa adamlar” adlanan bu topluda əslində bizimlə birgə yaşayan, ancaq öz həyatı ilə digərlərindən fərqlənən qəhrəmanların həyat və yaşam tərzi, düşüncəsi, qarşılaşdıqları bəzən qəribə, bəzən də adidən sadə əhvalatlar təsvir olunub. Bunlar hər gün ətrafımızda baş verən və bizim fikir vermədiyimiz hadisələrin təsviri olmaqla yanaşı, həm də hər gün baş verməyən qəribə olayların təsviridir. Bir sözlə onların niyə başqa olduqlarını bilmək üçün onları tanımaq lazımdır. Yəni başqa adamları da tanımaq lzımdır.

Əslində bir az da dərinə getsək, mən heç özüm də onların niyə başqa olduqlarını bilmirəm. Nə qədər standart cümlə kimi səslənsə də əslində hər bir insan bir başqa insandır. Hər bir kitab da bir başqa olmalıdır. Hər bir hekayə də.

Bəlkə də səbəb çox sadədir- mən fərqliliyi, rəngarəngliyi sevirəm və ətrafımı da belə görmək istəyirəm.

- İstədiklərini yaza bildinmi?

- Yazmaq mənim üçün istəklə başlamır. Mən heç vaxt istəyib yaza bilməmişəm. Planlaşdırılmış yazılar, sujeti öncədən cızılmış əsərlər mənim yaradıcılığıma ən yad xüsusiyyətlərdir.

Mən bir yazını niyə və nə üçün, nə məqsədlə yazdığımı heç vaxt düşünmürəm, sadəcə yazıram. Yazıb qurtarandan sonra isə yazdığımı oxuyuram, bir oxucu kimi sevsəm saxlayıram, sevməsəm, silib atıram. Yəni yazını oxuyanda xoşuma gəlibsə deməli istədiyim kimi alınıb. İstədiklərimi yazmışammı-bilmirəm, ancaq yazdıqlarımı sevmişəm!

Ümumiyyətlə yazmaq, demək istədiyi bir sözü olmayan adam heç vaxt əlinə qələm almaz, barmaqlarını bilgisayar düymələrində yormazdı. Demək ki, yazmaq istədiklərim var. Ancaq son zamanlar yazıya, ədəbiyyata olan marağım azalıb. Deməli, yazmaq, demək istədiyim sözüm də azdı. Buna görə də susmağa üstünlük verirəm!

-Kitabın satışından razısanmı, nə qədər satılıb?

- Kitabın satışı haqqında o qədər də dəqiq məlumat verə bilməyəcəm. Çünki iki aya yaxın Ukraynada idim. Ancaq ilkin gördüklərimə əsasən satışdan tam razı olduğumu da deyə bilmərəm- birinci iki ay ərzində kitab demək olar ki, satılmadı. Əslində bu mənim üçün o qədər təəccüblü də deyil.

Biz tanımadığımız müəllifləri oxumağı sevmirik- gərək kimsə, məsələn bir məhlə uşağı axşam dostu ilə bilyard oynayanda sənin kitabını dostuna məsləhət görə- belə olaylar isə ancaq Hollivud filmlərində, bir də Azərbaycan yazıçısının yuxularında ola bilər.

- Neçəyə başa gəlmişdi?

- Bunu Bəhruz müəllimdən soruşmaq lazımdır. Çünki kitab “Təhsil” nəşriyyatının “Müəllifin ilk kitabı” seriyasında dərc olunub. Təxminən bir neçə həftə öncə seriyanın ikinci kitabı da işıq üzü gördü. Yeri gəlmişkən həmkarım Pərvini bu münasibətlə təbrik edirəm- ümid edirəm “Qar yağacaq” kitabı Pərvinə böyük oxucu sevgisi gətirəcək.

-Kitabını tanıtdıra bildinmi?

- Kitabın təqdimatı Azərbaycan Yazıçılar birliyinin Natəvan klubunda oldu. Bizim qələminə hörmət etdiyimiz imza sahibləri oxuduqları hekayələr haqqında gözəl sözlər dedilər. Mən də bu tərifə aldanıb heç bir PR işlərinə başlamadan Ukraynaya getdim- elə bildim mən qayıdana kimi bütün nüsxələr satılacaq. Qayıdandan sonra kitab dükanlarına gedib vəziyyəti öyrənməsəm də, alacağım cavabı əzbər bilirəm. Yəni vəziyyət çoxlarında olduğu kimidir.

Bununla yanaşı ilk işartılar var. Bir həftə öncə Şabran rayonunda ”Müəllifin ilk kitabı” seriyasının hər iki kitabının- həm “Başqa adamlar”ın, həm “Qar yağacaq” kitabının təqdimatı oldu. Kitablar maraqla qarşılandı, apardığımız kitablar son dənəsinə kimi satıldı, imza verməkdən qollarımız yoruldu. Əyalətdə yeni açılmış kitab dükanına marağın olmasına sevindim- mən bunu həmşəhərlilərimdə heç görmədim.

-Məlumdur kitab bazarı bərbad vəziyyətdədir. Sən çıxış yolunu nədə görürsən?

- Çıxış yolunu kitab bazarı düzələnə kimi kitab çıxarmamaqda görürəm. İnanıram ki, kitab bazarı yaranacaq.

-Kitabı gündəmə gətirmək üşün nə etmək lazımdır?

- Rahat şəkildə deyə bilərəm ki, qara PR bu halda gözəl və faydalıdı. Bircə dostumla sözləşib kitab ətrafında bir qalmaqal salsaydıq, kitabımda kimisə söysəydim, əminəm ki, kitabın bütün nüsxələri indi çoxdan satılmışdı. Ancaq biz bu qara reklama getmədikcə, hər addımdı özünü və yazdıqlarını tərif edən və etdirən adamlar bir də gözünü açıb görürsən ki “yazıçıdılar”, “oxucuları var” və s. Buna görə də hesab edirəm ki, bir adam yazıçı kimi bu respublikada ad çıxartmaq, kitablarını satmaq istəyirsə özü-öz reklamını aparmalıdır, daha mənim kimi çəkilib kənarda dayanmamalıdır.

-İndi nə yazırsınız?

- Hal-hazırda heç nə yazmıram. Bilgisayarımda yarımçıq yazılar çoxdu, ancaq heç birini yazmaq, tamamlamaq haqqında düşünmürəm. Bayaq dediyim kimi, ədəbiyyata qarşı bir laqeydlik hissi yaranıb məndə, əgər keçib getsə, yenidən nə isə yazmaq haqqında düşünəcəm.

Səxavət Sahil

 28.04.2012

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.