Sayman Aruz - Cavad Nərə kimi vətənpərvərlərimiz
02.11.12

Dilimizi qaytarın özümüzə! Buna baxmayaraq ki, Güney Azərbaycanda dil problemi çox acı və ağrılı mövzudur amma mən bu köşəni əslində yumur hissi ilə yazmaq istəyirəm. İlk öncə bizim kəndəki analarımızın söydüyü söyüşlərə bir nəzər salaq: “Dilin ağzında şışsın bala!”, “dilini kəsib tullayaram itlərə ha” “dili yanmış köpoyoğlu”, “dilin başına bəladı sənin”, “dilinə daş yamansın sənin bala!”, “dili var, dilçəyi yoxdur”, “dili var bir metir, goy görək hara gedir” vəs. Görürsüz? Dillə bağlı bizim saysız hesabsız ata-baba məsəllərimiz var. 

Dədələrimiz dilin nə dərəcədə önəmli olduğunu yaxşı anlayırdılra. Hətta mən deyərdim ki, Türklər yeganə millətdilər ki, bütün varlıqları, yəni tarıx, mədəniyyət, siyasət, iqtisadiyyat və hətta sevişmələri belə dilləri ilə əlaqəli və bağlıdır. Hələ Martin Haydiger “dil varlığın evidir” deməmişdən əsirlər qabaq Kaşğəri həmin sözü bir başqa sözlərlə söyləmişdir. Atalarımız yaxşı bilirdilər ki, dilin varsa irəli gedib uğur qazana bilərsən, dilin yoxdursa məhvə məhkum olacaqsan. Bu yazını nəsihət dolu bir yazıya çevirmək fikrində deyiləm, bax ona görə də bir xatirə ilə dəvam edirəm.

Təbriz kafelərinin çox qədim tarixləri var. Təbrizdə yerləşən Miyar-miyar küçəsi başa-baş qədimi kafelərlər doludur. Misal üçün Pəmbəçi kafesi, Bastan kafesi, Aşıqlar kafesi, Alpinistlər kafesi, şairlərin məskəni olan Günəş kafesi və onların ən məşhur və ən fərqlisi olan Eşşəklər kafesi! Bu kafe adından da bilindiyi ki, qədim zamanlardan bəri lotular və Xuliqanlatrın kafesi olub. Şəhərin bütün tanınmış xuliqanlarını orada tapa bilərdin. 

Həmin xuliqanların biri də Cavad Nərə deyilən birisi idi. Cavad Nərəni tanımayan hər kəs onu boylu-buxunlu və qolu güclü bir adam kimi təsəvvür edə bilərdi, ancaq Cavad Nərə olduqca arıq və zəif bir adam idi. Eyni zamanda onun arıqlığına baxmayaraq dəhşəti bir oltra bas səsi var idi. Yəni onu görməyib səsini eşitsəydin bəlkə də Cavad Nərə ilə üz-üzə gəlməkdən qorxub boyun qaçırardın. Bir gün Cavad Nərə kafedən çıxarkən kimsə ilə çiyın-çiyinə toqquşur və zəif olduğu üçün az qalır yerə yıxılsın. O qalın səsi ilə bağırır ki, “ədə, eşşək balası! Görmürsən Cavad Nərə qapıdan çıxır”!? həmin adam da boylu-buxunlu bir gənc olduğu və Cavadı tanımadığı üçün yapışır Cavadın yaxasından və “eşşək balası özünsən, cəhənnəm ol görüm!”-deyərək Cavadı yerə tullayır. Görənlər deyir ki, Cavad mızıldaya-mızıldaya yerdən qalxınır və paltarlarını çırpa-çırpa deyir: “cəhənnəm olarıx da, səndən qorxmurux ki!” maraqlıdı yox!? Cavadın dili onun həm başına bəla açdı, həm də bir təhər qorudu. Mən Cavadı millətimizin olduğu durumla müqayisə etmək istəməzdim amma oxşarlıqlar olduqca çoxdur. Səsimiz və tariximiz çox qədimlərə və gələcəklərə gedib çıxır. Amma gücümüz ancaq çıxıb getməyə çatır. Hələ onu da Cavad Nərə kimi “qorxmurux ki!” deyərək eliyirik. Guya bizdə qorxu adında bir şey yoxdur. Gəlin özümüzü aldatmayaq. Mən demirəm qorxuruq, amma özünü tanımamaq, vətəni sevməmək, dostuna dəyər verməmək, satmaq, xəyanət etmək, şər yaxmaq, şantaj etmək və buna oxşar xüsusiyyətlər də elə bir növ qorxaqlıqdır. Özü də ən dəhşətlisindən. Qorxmayan insan savadlı olar, işləyən olar, satmaz, dəyər verməyi bacarar, öz yerini bilər və ən önəmlisi bu ki, uduzmaz. Dizini yerə vura bilməzlər. 

Bizim millətimiz haçansa ruslarla müharibə eliyib uduzub və parçalanıb, biri rusa, biri farsa, biri gürcüyə, biri erməniyə vəs bağışlanılıb və bundan əsirlər keçməyindən baxmayaraq hələ də oturub toyxanada badə vurub vətən sağlığına içir. Ya da Güney Azərbaycan kimi özünü bir yerə toparlayıb nəsə ortalığa qoya bilmir. Deyəndə də deyilər “amerika və Rusiya qoymaz biz azad olaq”. Vallah-billah bu ancaq qorxaqlıq nişanəsidir. Millətin istəyinin müqabilində Amerika nədi ki? Gənclərimiz həmişəki kimi zindan və şikəncə, millətimiz isə təhqir görürlər, amma nəsə hələ Cavad Nərə kimi “Qorxmuruq ki” deyirik. 

Reallıq budur ki, qorxuruq, qorxmasaydıq Torpaqlarımız farsın, erməninin və rusun əlinin altında qalmazdı. Hələ bunun üstünə Güneylə bağlı olan “partiya” və xaricdə olan “başçılar”ı da əlavə edin. Hərəsi bir tərəfə çəkir. Elə bil Güney bunların dədələrindən qalan irsdir. Bunları başa salan yoxdur ki, ay qardaş! Nə qədər ki, bir olmayıbsan, nə qədər ki, öz daxılındə bütöv olmayıbsan, Güney və Bütöv Azərbaycandan danışmağa ixtiyarın yoxdur. Yazıq millətimiz ki, gərək öz dərdiylə bərabər bu naxələflərin də dərdini çəkə! Deyirlər “Türkün Türkdən başqa kimsəsi yoxdur”, amma mən onu başqa cür deyirəm : Millətin özündən başqa kimsəsi yoxdur”! Millətin özü ayağa durub haqqını almasa heç vaxt, heç vat hansısa bir xarıcı və hətta “daxili” güc gətirib haqqını qapıdan verməyəcək.

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.