Kənan Hacı - “2087-ci il”dən görünən həqiqət
05.11.12

XXI əsrin ilk çərəyində yaşayırıq. Dünyanın siyası xəritəsində hissediləcək dərəcədə sürüşmələr müşahidə olunur. “Ərəb baharı”nın tüstülü yelləri hələ də müsəlman dünyasının başı üzərində var-gəl etməkdədir. Günbəgün, saatbasaat qloballaşan dünyanı həm də təbii fəlakətlər hədələyir. Azərbaycanda isə gənc bir xanım yazar 2087-ci ili hədəfləyir. Söhbət Şəbnəm Karslının “2087-ci il” romanından gedir.

Adətən, yazıçılar adi insanlardan daha fəhmli, daha uzaqgörən olurlar, dünən və bu gündən çıxış edərək gələcəyin kontularını cızmaq onlar üçün heç də çətin olmur. Əksər hallarda yazıçıların illüziyası, güman və fərziyyələri özünü doğruldur. Amma bu romanı oxuduqca düşünürdüm ki, kaş biz 75 il sonra – 2087-ci ildə tarix səhnəsinə bütöv Azərbaycan şəklində çıxa bilək!

Romanda yazıçının modelləşdirdiyi gerçəklik bizə yad görünür. Oxucu bu coğrafi məkanda özünü yad kimi hiss edir, Çin Xalq İmperiyasının tərkibindəki Azərbaycanı təsəvvürünə gətirə bilmir. Amma ilk baxışda belədir. Bu yadlığın, ekzotikanın içində qlobal faciələr boy göstərir. Üç imperiyanın (Amerika Demokratik İmperiyası, Böyük Osmanlı İslam imperiyası, Böyük Çin Xalq İmperiyası) hakimiyyəti altında idarə olunan dünya Böyük Xaos Dövrünü və Üçüncü Dünya Müharibəsini geridə qoysa da proseslər bu dünyanı növbəti Xaos dövrünə sürükləyir, daha böyük və qanlı müharibələrdən xəbər verir.

Müəllifin niyə məhz 2087-ci ili seçməsi məni çox düşündürdü. Hadisələrin miqyası, dünya xəritəsində baş verən dəyişikliklər müəllifi zamanı 75 il qabağa çəkməyə vadar edir, axı bu qədər imperiyaların gəlib-getməsi üçün ən azı, 50 il zaman lazım gəlir. Hadisələrin bolluğu və masştabı 2087-nin əsərin adı kimi seçilməsinə müəyyən məntiqi zəmin yaradır.

Romanda hadisələrin baş verdiyi Azərbaycanın cənubu Osmanlı İmperiyasının, şimalı isə Çin Xalq İmperiyasının tərkibindədir. Bu fərqli coğrafi tərkibdə yaşayan insanların bir-birlərini anlamaqda çətinlik çəkməsi labüddür. Onlar parçalanmış millətin faciəsini öz talelərində yaşayırlar. Mirasla Eleninin şəxsi həyatlarındakı uğursuzluqların kökündə onların fərqli dəyərlərə sahib olması dayanır. Onları birləşdirən bir hiss var. Sevgi. Məhz sevgi aradakı uçuruma bir körpü atır.

Eleni Amerikadan gəlib öz ailələrinin bu torpaqlardan köç etməsinin səbəblərini araşdırmaq istəyir. Onlar Böyük Xaos Dövrünün qurbanlarıdır. Eleni ilə Miras Azərbaycanın bölünməsinə səbəb olmuş Kiyev Sülh Müqaviləsinin müddəalarını maddə-maddə oxuyub təhlil edirlər və bu müqavilənin niyə məhz Azərbaycanın siyasi xəritəsini dəyişdirdiyinin səbəblərini araşdırmaq istəyirlər. Ortaya saysız suallar çıxır, Miras bu sualları Eleni üçün cavablandırmağa çalışır.

“2087-ci il” intellektual romandır, konsepsiyalı əsərdir, oxucudan hazırlıq tələb edir. Əsərdə baş verən hadisələrin mahiyyətini dərk etmək üçün mütləq tarixi, diplomatiya tarixini, dünən və bu gün dünyada baş vermiş siyasi prosesləri dərindən bilmək gərəkir. Toxunulan mövzü bizim ədəbiyyatımızda yenidir. Dəyərli dostum Cəlil Cavanşir romanı milli antiutopiya olaraq düzgün yöndən təhlil edir:

“Romanda xəyal gücü ilə qurulan cəmiyyətə müəllif yaşadığı cəmiyyətdə barışmadığı cəhətləri proeksiya edir”.

Bu günün mənzərəsi də romanda aydın görünür, Əkbər Şamilov detalı da müəllif tərəfindən uğurlu tapıntıdır.

Əsərdə ən maraqlı obrazlardan biri də Nakşərdir. Hər halda, mənim diqqətimi cəlb etdi...

Müəllifə yeganə iradım ondan ibarətdir ki, romanda həddən çox informasiya bolluğu oxucunu yorur, bəzi səhifələrdə tarix dərsliyini oxuduğunu zənn edirsən. Çox istərdim ki, Şəbnəm xanım gələcək əsərlərində bunu nəzərə alsın.

Bir şeyə təəssüf edirəm ki, ədəbi tənqid dəyərli əsərlər haqqında susmaq andını hələ də pozmayıb. Ədəbiyyatımızda son dövrdə yaranan ciddi əsərlər qəribə bir susqunluqla qarşılanır. Bunun səbəbini heç anlaya bilmirəm. Şəbnəm Karslının romanı da hələ ki, bu taleyi yaşayır...

Şəbnəm xanım son vaxtlar dünyada qadağan olunmuş əsərlər haqqında silsilə yazılar yazır. Hərdən düşünürəm ki, “2087-ci il” romanı da nə vaxtsa hardasa qadağan oluna bilər. Çünki əsərin ideya və məzmunu təkcə Azərbaycanın taleyini ehtiva etmir, Amerika və Osmanlı İmperiyalarını da qapsayır. Amma bunu heç istəməzdim, baxmayaraq ki, qadağan olunmuş əsər həm də müəllifinə şöhrət qazandırır.

Düşünürəm ki, “2087-ci il” müəllifin ilk romanı olaraq uğurlu əsərdir, bu əsəri çağdaş dövrümüzdə çox maraqlı hadisə hesab edirəm.

Avanqard.net

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.