Aqşin Yenisey - Atatürkün otağı
13.11.12

Noyabrın 10-u Atatürkün anım günü idi, Türkiyə isə edam hökmünü yenidən cəza qanunlarına qaytarıb-qaytarmamağı konuşuyordu. Hökumətin “Öldürənləri öldürmək lazımdır” düşüncəsinə, aydınlar “Ən böyük cəza cəzasızlıqdır” deyib dirəniş göstərirdilər.

Hələ uşaqlıq illərində tarix kitabında qədim türk tayfaları olan Hunlar haqqında iki misralıq bir şeir oxumuşdum:

Gedir o möhtəşəm, o tozlu yolla
O Hun sərkərdəsi, məhşur Atilla.

Bu misraları o yaşımda əzbərləmişdim ki, dünyada bir-birinə qənim kəsilmiş müxtəlif irqlərin, müxtəlif xalqların, müxtəlif imperiyaların, müxtəlif tayfaların, qəbilələrin, icmaların, təriqətlərin olmasından xəbərim yox idi. O vaxt mənə görə dünya yalnız yayda toz-torpaqlı, qışda lehməli-palçıqlı bizim balaca kənddən ibarət idi.

Atatürkün otağına gedənəcən gərək ilk dəfə müsafiri olduğum İstanbul haqqında bəzi mülahizələrimi qeyd edim. Çünki məni həmin otağa bu şəhərin əyri-üyrü, dar yolları aparıb çıxarmışdı.

İstanbula gedənəcən bu qədim şəhəri, üç imperiyanın - Romanın, Bizansın, Osmanlının - paytaxtı olan, uğrunda milyonlarla insanın qanı axıdılan, üçqat divrarlarla qorunan bu məşhur şəhəri ancaq üç yerdə görmüşdüm – tarix kitablarında, türk şairlərinin əsəbi şeirlərində və televizorda. Həmişə də xəyalımda İstanbulu gözəl qadına bənzətmişdim. Heç vaxt anlaya bilməmişdim ki, tarixin mədh, şairlərin qarğış etdiyi, televizorun yalnız gözəl pozalarda göstərdiyi bu qədim şəhərə türk aydınları niyə bu qədər əsəbi və küskündürlər. 

Nisan ayında İstanbulu ilk görüncə gəldiyim qənaət özünü doğrultdu: İstanbul da öz gözəlliyinə vurğun olan gözəl qadınlar kimi insan taleyinə biganədir. O, diqqət göstərməyi sevmir, amma hamıdan özünə qarşı diqqət tələb edir. Bu şəhər onu sevənlərin ağası, ona fikir verməyənlərin kənizidir, sanki. İstanbulun şəhər olaraq cinsi, mənə görə, qadın tiplidir, o, həmişə üstünə sevgi ilə gedənləri ələ salıb, amma üstünə qılıncla gedənlərə boyun əyib, necə ki, II Mehmetin ağ atının qarşısında diz çökdü.

İlk dəfə görəndə ağlıma gəldi ki, İstanbul öz gözəlliyini gözəl qadınlar kimi yalnız güclü kişilərə təslim etdiyi üçün indi tarix qarşısında yaşmaqlanır. İstanbul onu həqiqətən sevənlərin qarşısında xəcalət çəkir. Bu şəhər əlində qələm, qoltuğunda kitab olan şairlərin yox, əlində qılınc və qalxan olan fatehlərin şəhəridir. Və türk şairlərinin bu şəhərə öz şeirlərində nə üçün belə əsəbi, küskün yanaşmasının səbəbi mənə aydın oldu.

İstanbulu gəzərkən, bir fatehin əlindən başqa fatehin əlinə keçən bu “ayağısürüşkən” şəhər haqqında – elə bəlkə də, buna görə türk şairləri ona “Kahbe İstanbul” deyə xitab edirlər - indiyə qədər oxuduqlarımı, eşitdiklərimi düşünə-düşünə, nəhayət, gəlib çıxdıq “Dolmabaxça” deyilən bir sultan sarayına. Sarayın qarşısında hansı ölkədən, hansı millətdən desən, gəzərgilər - turistlər var idi, Hətta əyinlərinə qısa şortlar geyinmiş bir dəstə Kolumbiyadan gəlmişdi. İspanca nəsə danışırdılar. İspan ədəbiyyatında türklər həmişə qorxu, fəlakət gətirən insan “sunamisi” kimi təsvir olunub. Hətta Servantesin “La Mançlı Don Kixot” əsərində də türklər qorxunc bir etnos kimi göstərilir. Yaxud Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərində qəsəbədə qopan səs-küyə qəsəbə sakinləri belə bir ad qoyur: “Deyəsən, türklər gəlir” – təxminən, belə bir mənzərə var bu əsərdə.

Sultanın qəbul otaqlarını, ziyafət zallarını, hərəmxanasını gəzəndən sonra bizə bu nəhəng, təmtəraqlı sarayda kiçik, kasıb bir otaq göstərdilər. Bu otaq cümhuriyyət illərində Atatürkün yaşadığı və can verdiyi otaq idi. Masanın üstündə Atatürkün öldüyü vaxtı göstərən, əqrəbləri həmin anda həkimlər tərəfindən saxlanılan bir saat var idi, deyəsən, ona on beş dəqiqə qalmışdı; bu Atatürkün ölüm vaxtını göstərirdi. Sonuncu türk sərkərdəsinin yatdığı divana baxanda şaşırdım doğrusu – Atatürk boyca bu qədərmi balaca olub? Onun kasıb görkəmli yatağı, az qala, uşaq yatağına bənzəyirdi. O boyda Türkiyəni bu balacaboy adammı qurub?

Otağa göz gəzdirəndə qəribə bir duyğuya qapıldım; mənə elə gəldi ki, Atatürk əcdadlarından miras qalmış bu dəbdəbəli sarayın kiçik bir künc otağında tələyə düşüb vurnuxan və axırda öz pəncəsini gəmirməklə xilas olan yorğun bir yalquzaq ömrü yaşayıb.

Sultan sarayındakı bu kiçik oda, sanki, Osmanlı imperiyası ilə bugünki Türkiyənin rəmzi fərqi idi.

Mən də bir türk kimi İstanbulu sevdim, amma şair kimi... /publika.az/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.