Günel İmran - Bayquş 
14.11.12

Hekayə

Bu hadisədən əvvəlki gün dayanmadan yağış yağmışdı.Yağış bu yerlərdə çox əlamətdar hadisə sayılırdı. Ona görə yox ki, buralara yağış yağmırdı. Əsla elə deyildi. Sadəcə yağışdan sonra səmanı tutan göy qurşağı uğur rəmzi hesab edilirdi. Başa düşmək olmurdu ki, əmin-amanlıq, rahatlıq təzahür etdiyi bir yerin camaatı niyə bu qədər uğur axtarmaq meylində idilər. Bu yerlərdə evlər çox geniş və göy qurşağının rənglərinə boyanmış olardı. İnsanlar da həmin rənglərdə yəni qırmızı, narıncı, sarı, yaşıl, mavi, göy və bənövşəyi libaslar geyinərdi. Bütün il boyu çəmənliklərdə bu rənglərdə çiçəklər açar, rəngbərəng quşlar ağaclarda yuva qurardı. Quşların cəh-cəhi adamların gülüş səsinə qarışar, quşlar uçanda isə səma al-əlvan olardı. Adamlar süd gölündə çimirdilər. Bulaqlardan bəyaz süd axardı. Ölüm bu yerlərdən uzaq idi. Ahıllar qocalaraq yaşayır, yüzillikləri geridə qoyardılar. Kədər, qanqaraçılıq bu yerlərə addımını atmazdı. Həmin səhər adamların göy qurşağını seyr etdiyi zaman şəhərin qocalarından biri həyətindəki yaşı bilinməyən tut ağacının sonsuzluqdan ovulmuş gövdəsində oturan bir naməlum quşu tutmuşdu. Bu quş heç bir quşa bənzəmirdi. İri idi, iti caynaqları, qarmaq kimi əyri dimdiyi vardı. Quş başını ora-bura 270 dərəcə çevirə bilirdi. Halbuki bunu bu yerlərdəki heç bir canlı bacarmırdı. Bütün şəhər bu quşu seyr etmək üçün yığışmışdı. Bu quşun gəlişini dünənki yağış, bu günki göy qurşağı ilə əlaqələndirirdilər. Bu yerlərə təşrif buyuran bu qeyri-adi quş bayquş idi. Daha əvvəl heç vaxt rast gəlmədikləri bu quşu möcüzə, göylər tərəfindən mükafat kimi dəyərləndirirdilər. Adamlar evlərindən ən yaxşı təamları gətirib bayquşun qarşısına düzürdülər. Bayquş isə bu təamları dadmır və camaat bundan mütəəssir olurdu. Onlara göndərilən bu qeyri-adi varlığın qayğısını çəkə bilməsələr lənətlənəcəklərindən, heç vaxt tanımadıqları fəlakətə düçar olacaqlarından qorxurdular. Bayquşun uça biləcəyindən, uzaqlara gedəcəyindən təhlükə hiss edirdilər. Axı o qeyri adi quş idi. Buralardakı səmanı fəth edən rəngli quşlara heç bənzəmirdi. Çox müzakirələrdən sonra qərara gəldilər ki, adamlar evlərindəki qızıl qab-qacaqlardan gətirsin və həmin qızılları əridib quşa geniş qəfəs düzəltsinlər. Bu yerlərin insanları yeməyi ancaq qızıl qab-qacaqda yeyərdilər. Baxmayaraq ki, bir neçə saat ərzində yetərincə qızıl toplanmışdı, hər kəs qızıllarını gətirməkdə israrla davam edirdi. Əsl yarış başlanmışdı. Hamı bu qəfəsdə payının olmasını istəyirdi. Elə ailələr vardi ki onların üzvləri kimi qab-qacaqları da çox idi. Yəni gətirilən qızılların qədəri hamıda eyni deyildi. Əvvəllər belə şeylərə heç vaxt diqqət etməyən camaat bir-birinin qızılın, varidatın ölçməyə başlamışdı. Hər zaman özlərini bərarbər, bir –birilərinə tən hesab edən adamlar arasında kimdənsə üstün olmaq sevdası yaranmışdı. Bütün bu qızıllar həmin obanın ustad zərgərinə həvalə olunmuşdu. O, bu şəhərin tək zərgəri idi. Hər kəs onun düzlətdiyi qablardan yemək yeyərdi. Buna görə ona xüsusi təzim edirdilər.Onun hörməti ayrı idi. İndi isə qəfəs düzəltmək kimi məsuliyyətli iş ona tapşırılmışdı. Bu işlə o hava qaralana kimi məşğul olmalı idi. İş özü tez başa gələn, asan iş deyildi. Qəfəs düzələnə qədərsə adamlar qərara gəlmişdilər ki, uğur gətirməsi məqsədi ilə bu qeyri-adi quşu evlərində gəzdirsinlər. Elə bu məqam bu yerlərin ilk mübahisəsi başladı. Hər kəs bayquşun kimin evinə birinci getsə ona daha çox uğur gətirəcəyinə inanırdı. Mübahisə böyüyürdü. Adamlar bir-birilərini təhqir etmək üçün çox çalışırdılar. Bu çətin iş idi. Çünki daha öncə heç vaxt dalaşmayan adamlar indi söymək üçün müxtəlif məsum söyüşlər uydururdular. İlk saçyoldu da oldu. Sonra kim güclü çıxdısa quşu birinci evinə aparan elə həmin adam oldu. Əvvəllər camaat kimin güclü olduğunu bilmirdi.Çünki kiməsə gücünü göstərmək üçün ehtiyac yaranmırdı.Yavaş-yavaş bayquş bütün evləri dolaşdı. Birisi hirsini soyuda bilməyib quşun getdiyi ilk evi yandırdı. Evi yanan kimin müqəssir olduğunu bilmədiyi üçün şübhələndiyi bir neçə evi yandırdı. Həmin evi yananlar başqa şübhələndiklərindən heyf çıxdılar. Beləcə bir neçə saat ərzində şəhəri tonqal havası bürüdü. Kiminsə quşa süd gətirməsi də daha böyük çaxnaşmanı ortaya atdı. Beləki həmin adam evindəki çəlləkləri südlə doldurduqdan sonra bütün süd çeşmələrinə bolluca mürəkkəb axıtmışdı ki, ondan başqa heç kimdə quşa içirtməyə süd olmasın və bayquş ona qalsın. Axşamacan şəhərdə daha əvvəl heç vaxt baş verməyən çox hadisələr dövr edirdi. Günün sonunda qızıl qəfəs düzəldi. Təntənəli surətdə quşu qəfəsə yerləşdirdilər.Qəfəsin içində ona içməyə süd, bəlkə yeyər deyə bildirçin əti qoydular. Əslində bu quş o qədər yad idi ki, ona necə qulluq etməyi heç kim bilmirdi. Amma hər kəs başbilənlik edir, bayquşun taleyi ilə bağlı öz sözünü keçərli etmək istəyirdi. Heç kimdən etdiyi yaxşılıqlara görə təmənna güdməyən zərgər bütün gün ərzində çalışıb düzəltdiyi qəfəsə yiyələnmək istədi. Halbuki bütün camaatın içərisində yemək yediyi qab-qacağı tam təmannasız düzəltmişdi və illər boyunca heç kimin boşqabında gözü qalmamışdı. Qoca əməlli-başlı özünü ortaya atıb:

– Qəfəsi mən düzəltmişəm quş bundan sonra mənim evimdə qalacaq deyirdi. Kim istəsə ziyarətinə gələ bilər.

Camaat bunu cavabsız qoyardımı? Qoca zərgəri xalça çırpmış kimi çırpmışdılar. Sanki xalçadan toz çırpılan kimi, bu da onun yaşadığı illərini toz kimi aparırdı. Zərbələrdən yayınmaq üçün zərgər yeniyetmə cəldliyi nümayış etdirirdi. Amma nə fayda... Çaxnaşmada kimliyi dəqiq bilinməyən birinin atdığı qızıl nimçə bu qocanın başına tuş gəldi. Kişi yarpaq kimi yerə sərildi. Sükut və səssizlik...Bu hadisə bu günki hadisələrin üstünə su səpən kimi oldu. Hamı çaşmışdı. Bu yerlərdə ilk meyit idi. Onlar meyitlə nə etmək lazım olduğunu bilmirdilər.Çünki əvvəllər bu şəhərdə heç kim ölməmişdi. Dəfn etməyin nə demək olduğunu bilən yox idi. Bütün gecəni adamlar ortada qalmış meyitə baxdılar. Axırda hardansa ağıllarına meyiti torpağa basdırmaq gəldi. Səhər açılanda isə gərgin keçən ötən günün təsirindən bir nəfəri belə yatmamış şəhər camaatından kimsə baxdı ki, qəfəs açıqdı və bayquş qəfəsdə yoxdur. Yuxulu gözlər sönük baxışlarla qəfəsə saatlarca baxdı. Kiminsə qəfəsi qəsdən və yaxud təsadüfən açıq qoyması açılmayan sirr kimi qaldı. Zahirən şəhər əvvəlki güzəranına qayıtmışdı. Amma adamlar danışarkən artıq əvvəlki kimi bir-birlərinin gözünün içinə düz baxa bilmirdilər. Şəhəri bürüyən əlvan rənglər də solmuşdu. Bayquş isə uzaqlara, növbəti xoşbəxt şəhərə üz tutmuşdu.

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.