Günel Eyvazlı - "Əl izi" - Hekayə
14.11.12

Hekayə

Ey Məcnun, budurmu ilahi sevgi?

Əlini qanına bulaşdırdığın

Həmən o Leylidir, sevdiyin Leyli.

Məhkəmə.

- Müttəhim cavab verin. Sizi buna nə yuvarlandırdı ? Əsrlər boyu dillərdə əzbər olmuş ilahi bir eşqin sonu bu idimi?

Məcnun əllərini ovuşdurur. Susur.

Vəkil müdafiəyə qalxır.

- Onun heç bir günahı yoxdur. Şahid lazımdır. Şahidiniz varmı ? Sübuta yetirsin onun günahkar olduğunu. Gəlin nağıl danışıb bir-birimizi aldatmayaq.

Hakim.

Siz nə danışdığınızın fərqindəsinizmi ? Həmən gün o evdə, bir Leyli idi, bir də Məcnun. Nə şahid? Məgər onun susması günahkar olduğunu sübut etmirmi ? Siz nağıl danışırsınız. Müdafiəyə qalxmaq haqqınızdır. Amma, həqiqəti ayaqlar altına atmayaq.

Vəkil

Həqiqət nədir ?

Hakim

Həqiqət...

Vəkil.

Bildirim ki, susmaq həmişə günahını sübut əlaməti deyil. Susmaq həm də etirazdır. Xeyir. Qeys ağlını çoxdan itirib. Bir dəlini günahlandırmaq nə qədər doğrudur? Kimlərinsə günahını onun çiyinlərinə yükləməyə heç kimin ixtiyarı yoxdur. Hətta sizin də möhtərəm hakim.

Hakim.

Sübut istəyirsiniz, bu da sübut. Gətirin bıçaqdan tapılmış əl izlərinin cavablarını. Bu da dəlil. Buyurun baxa bilərsiniz, hörmətli vəkil.

Vəkil gülür. Məhkəmə salonunu lərziyəyə salana qədər gülür. Qəhqəhə çəkir.

- Hörmətli hakim bu Qeysin əlləridir, bu da barmaqlar . Onun anadangəlmə əl izləri yoxdur.

Hakim- Necə yəni yoxdu?

Vəkil – buyurun baxın.

Hakim – Belə şey həyatında ola bilməz. Bu mümkün deyil. Bəs bıçaqdakı əl izləri kimindi ? Bütün qohumlarının əl izləri alınsın.

Məhkəmə, cavablar əldə olunanadək təxirə salınır.

Qeys ayağa qalxır. Qolları qandallanır. Məhkəmə salonundan kameraya aparılır. Susur.

Bütün hakimlər şok yaşayırlar. Anadangəlmə qatil. Allah bilərəkdən onu əllərində işarələri olmadan yaratmış.

Bəlkə şeytandır, iblisdir. Necə anlayaq bunu.

Salonu tərk edənlər öz aralarında danışırlar.

- Məncə burada nəsə bir gizli sirr var. Siz din xadimi kimi nə deyə bilərsiniz bu barədə.

- Allah bilən məsləhətdir. Allah bütün bəndələrini bərabər yaratmışdır. Onun lütfündən və iradəsindən kənar heç nə baş verə bilməz. Əgər bu məzlumun doğrudanda barmaqlarının izi yoxdursa, demək o Allahın seçilmiş bəndələrindəndir.

- Allahın seçilmiş bəndəsidirsə, bəs nə üçün bu neçə müddəti qazamatda çürüyür cavan canı və niyə ağlını itirmiş şəkildə dolaşır.

- Bilirsiniz hər şey Allahın lütfündəndir. Demək ki, belə məsləhətdir və bu onun qismətidir və o, onu çəkməlidir.

- Qisməti dəyişmək olmaz Molla əmi?

- Olmaz mənim balam Allah nə yazıbsa o da olmalıdır. Allahın lütfündən kənar, hətta yarpaq belə yerindən tərpənə bilməz.

- Bəs müharibələr ? Qırğınlar ? Uşaq ölümləri ? Sizin Allah bütün bunları görmürmü ?

- Görür mənim balam, görür. Demək ki, bu da qismətdir. Qırğınların nəticəsində qətlə yetirilmiş körpələr şəhiddirlər. Və Allahın ən uca məqamında dəyərli, hörmətli yerləri var.

- Anlamıram Sizi molla. Əgər belə idisə Allah nə üçün onları yaradıb, sonra isə insan əli ilə məhv edib. Cismini alçaldır. Sonra uca məqama qaldırır ?

- Sən kafir- kafir danışma mənim balam. Allah özü bilən məsləhətdir.

Molla evdə.

Uzun dəhlizlə. Lap uzun. Qırmızı xalçalı döşəmə. Mütəkkələrlə bəzədilmiş otaq. LSD televizor. Otaq dolusu müşq ətri. Nemətlərlə dolu masa.

Qapı döyülür. Bir məzlum qapıda mollanın içəri gəl ifadəsini gözləyir.

Gəl içəri.

Molla ona çox şeydən danışır. Lap çox şeydən. Məzlum bunları eşitməzki. Gözləri dolu masadadır. Amma, bu qismətdir. Allah hamını bərabər yaratsa da mənəviyyat və insaniyyatlığı qeyri-bərabər bölüşdürmüşdür. Su ilə quru kimi. Kimisi ömrünün sonuna qədər balıq kimi yaşamaq məcburiyyətindədir. Kimisi isə eşşək kimi.

1 ayın tamamı.

Bütün qohumlardan əl izi götürülmüş. Amma, qatil tapılmamışdı. Qatilin kim olması məlum deyil.

Əl izi götürülmə prosesi.

Ev dolusu Allah var.

Töbə var.

Biz heç balamıza qıyarıqmı ?

Tövbə-tövbə.

Məhkəmə prosesi.

Bu gün vəkil danışmayacaq. Buyurun Qeys. Bu gün hər şeyi açıqlamalısınız. Əgər susmağınız bir də davam etsə, günahkar bilinərək ömürlük həbsə məhkum olunacaqsınız. Qərar Sizin.

Vəkil

Etiraz edirəm.

Hakim

Etirazınız qəbul olunmur.

Qeys.

Mənim şahidim var.

Hakim

Şahid ? Buyurun gətirin şahidi.

Zal susur

İçəri qara çarşaba bürünmüş bir xanım gəlir.

Mənəm şahid.

Hakim

Kimsiniz, nəçisiniz ?

- Mən bu məmləkətin söz azadlığından məhrum olan bir qızı.

Hakim

Daha sonra

- Doğulandan ataların əmri əsasında ölümə məhkum olan qız uşaqlarından biri

Sonra

Sonra cəmiyyətin əlində olan oyuncaq. Üzünü, başını örtməyə məhkum olunmuş qul. Sevməyərək başqasına ərə verilən əmlak.

-Adınız ?

-Leyli.

-Sübut edin Leyli olduğunuzu.

-Mən Leyliyəm.

-Başınızı açın.

-Xeyr. Mən varlığımı sübuta yetirmək üçün əsrlər boyu yaranmış bir ehkamın üzərindən xətt çəkə bilmərəm.

-Aramızda qadın həmkarımız varmı ?

-Xeyr.

-O zaman əllərinin izini alın.

Leylini masaya yaxınlaşdırırlar.

Amma, əllərinin izi yoxdur.

Bu nədir ? Onun barmaqlarında iz yoxdur.

Hakimin qərarı

Yandırın hər ikisini

-Amma, sualıma cavab verin. Bəs ölən kimdi ? Bıçaqdakı əl izi kimindi ?

-Ölən mənəm. Əl izi də mənimdir.


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.