AYB Mükafat Komissiyası növbəti iclasını keçirdi
06.12.12

Azərbaycan Yazıçılar Birliyinin Mükafat Komissiyasının ikinci iclası keçirildi. Bakı Salavyan Universitetində baş tutan iclas mükafat komissiyasının katibi Fərid Hüseynin çıxışı ilə başlandı. F.Hüseyn mükafata böyük maraq olduğunu, hər gün yeni-yeni əsərlər təqdim olunduğunu bildirdi. Eyni zamanda təqdim olunan əsərlərin siyahısını açıqladı. Daha sonra Mükafat Komissiyasının Katibi yazıçı Kamal Abdulla təqdim olunan əsərlər arasında çox sayda qiymətli əsərlər olduğunu qeyd etdi və hər bir komissiya üzvünün düzgün qərar çıxaracağına inandığını bildirdi. Sonra komissiyanın üzvü şair Əjdər Ol təqdim edilən əsərlərin içində maraqlı nəsr əsərlərinin olduğunu vurğuladı. Mükafat komissiyasının digər üzvü şair, tərçüməçi Səlim Babullaoğlusa qiymətli tərcümə əsərlərinini təqdim edildiyinə və peşəkar tərçüməçilərin müsabiqəyə qatıldığına görə rəqabətin də güclü olacağını qeyd etdi.

Sonda mükafat komissiyasının üzvülərindən Salam Sarvan və Bəsti Əlibəyli çıxış edib öz fikirlərini bölüşdürdülər.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyi Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə aşağıdakı nominasiyalar üzrə mükafatlar təsis edib:

l. Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatı.

2. Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı.

3. Ən yaxşı tənqid və esseistik əsərə görə – Yaşar Qarayev mükafatı.

4. Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı.

5. Ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə – Nəcəf Nəcəfov mükafatı.

Mükafatların hər birinin dəyəri 2000 (iki min) manat müəyyən edilib.

Azərbaycan Yazıçılar Birliyinin mükafatları iki ildə bir dəfə (2013-cü ildən başlayaraq) son iki ildə yaranmış ən yaxşı əsərlərə veriləcək.

Müsabiqəyə qatılmaq istəyənlər əsərlərini kitab formasında (əlyazma şəklində və elektron variantda qəbul edilmir) Bakı şəhəri S.Rüstəm küç.,25 ünvanında yerləşən Bakı Slavyan Universitetinin “Tərcümə problemləri” elmi-tədqiqat problemləri laboratoriyasına 31 dekabr 2012-ci il tarixinə qədər təqdim edə bilərlər.

Təqdim edilən sənədlər:

1. Əsər (3 nüsxə).

2. Qısa ədəbi bioqrafiya.

Xatırladaq ki, hər müəllif yalnız bir nominasiya üzrə əsər təqdim edə bilər.

Mükafatlar Novruz bayramı ərəfəsində – ilaxır çərşənbə günündə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda təqdim ediləcək.

Nüşabə Hacıyeva, Avanqard.net 

Yenililklər
01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.