Səxavət Sahil - Əsəd Cahangirin «Ulduz»u və kuklası…
14.12.12

Gənc yazar Səxavət Sahil «Oxu zalı»na göndərdiyi bu yazı ilə «Ulduz» jurnalının son sayı ilə bağlı  polemikaya qoşulur.


   «Ulduz»un üz qabığı diqqətimi çəkdi: düzü, bunu gözləmirdim. Əloyuncağı olmağın təsdiqini jurnalın üz qabığına yapmaq nədənsə ağıl(ın)a gəlməyib. Axı hər şey məlumdur. Yəni «Ulduz»u kim kimin hesabına çıxarıb... Üz qabığındakı maraqlı görüntüyə yazının sonunda bir daha qayıdacam.  Darıxmayın!

   Buraxılışa məsul Kəramət Böyükçölün iddiası ölçüsündən beş-altı arşın böyük olub. Jurnalın çox hissəsi Əsəd Cahangirin ideyası və məsləhəti ilə ərsəyə gəlib. Yəqin Əsəd qardaşımız Kəramətin bacarıqsızlığını ört-basdır etmək üçün bu işə qol qoyub. Yerdə qalan cüzi hissə isə Kəramətin kəramətinin nəticəsidir. Elə bu yerdə qalan cüzi hissədən aydın görünür: redaktor olmaq həvəsi olan gənc qəhrəmanımız yalnız guruldamağı bacarır. 

Buraxılışa məsul şəxs ön söz sayılan hissədə yazır ki, «Gənc redaktorun peşəkarlığı təkcə yaşıdlarını deyil, özündən yaşlı nəslin nümayəndələrini də necə təqdim etməsi ilə ölçülməlidir». Məntiqinə İmişli quzusu kəsim! Peşəkarlıq kimisə təqdim etmə ilə ölçülmür, axı. Özündən yaşca böyük, imzası tanınmışların yenidən təqdim etmək nə deməkdir? Bəyəm bu peşəkarlıqdırmı? Təəssüf ki, Əsəd Cahangir bu hissəni ya oxumayıb, ya da nəzərə almayıb.

    Jurnalda Sərvər Şirinov adlı şəxsin «Yeni era başlayır???» yazısı da yer alıb. Başqaların bilmirəm, amma mən bu imzaya ilk dəfədir rast gəlirəm (Bəlkə də onun adından yazıblar!). Yazının ilk cümləsini oxuyanda məlum olur ki, burda da fırıldaq var. Yazıda aqressiya ön plana keçib. Konkret faktlardan misal gətirəcəm. Hörmətli müəllif Sevinc Pərvanəni (Sevinc El Sevər) uşaqlıda keçirdiyi ağrıları freydistcəsinə poeziyaya gətirmək istəyən, çəngəl, bıçaq, qaşıq, bir sözlə bütün mətbəx əşyalarını seksual planda dərk edən, erotikanın ancaq ağrısını yaşayan, ləzzətini isə duymayan yazar kimi təqdim edir. Əslində Sevincin daha ciddi, daha maraqlı mətnləri var. Söhbət yeni eranın başlamasından gedirsə, yazarın bütün yaradıcılığını təhlil etmək qabiliyyətində bulunmaq lazımdır. Eyni zamanda yazarın özündən yox, onun yazdıqlarından danışmaq gərəkdir.

Ulduz jurnalı
​​Müəllif savadını dana bilmədiyi Nərmin Kamala da «ilişir» və onu istedadsız adlandırır. «Aç, mənəm»in müəllifini istedadsız adlandırmaq üçün gərək qərəzli olasan. Yazı müəllifi Cavid Zeynallıya ötəri nəzər salıb. İstedadını inkar edə bilmədiyindən, xırda qüsurlarını qabardıb. Bəlkə də naməlum müəllif, Cavidi yaxından tanıdığından(?) və ondan çəkindiyindən «ilişə» bilməyib. Əvəzində Mirmehdi Ağaoğlunun «Görüş» romanını sadəcə seksual baxımdan fərqləndiyini yazır. Halbuki, Mirmehdinin «Küləyi dişləyən» ciddi romanı da var.

     Bu qərəzlərə rəğmən müəllif Kəramət Böyükçölün romanında Qarabağ mövzusu ilə bağlı hamının bildiyi, amma heç kimin danışmadığı dəhşətli həqiqətlərin yer aldığını bildirir. Bəs onda Seymur Baycanın «Quqark»ı nədən bəhs edir. Müəllif «Quqark»ı yəqin ki, qoyun-quzudan yazılan roman kimi təsəvvür edir. Bu da onun öz düşüncəsidir.

Seymur Baycan və Əli Əkbəri siyasi və erotik-pornoqrafik nəsr cəhdləri edən müəllif kimi təqdim edir. Bu da yenə onun öz «işi»dir. Amma ən azından Əli Əkbər «Sarı gəlin» kimi düşündürücü romanın müəllifidir. Və bu əsər bədii cəhətdən xüsusi peşəkarlıqla yazılıb. Pornoqrafiya isə tamamilə ayrı bir zaddır ki, yəqin müəllif bu yazını yazarkən anlaqsız vəziyyətdə olub.

Yazıda belə bir hissə var: «Yeni romançıların adı saya-hesaba gəlmir: Seymur Baycan, Nərmin Kamal, Qan Turalı, Kəramət Böyükçöl, Cavid Zeynallı, Cavidan, Mirmehdi Ağaoğlu, Elxan Qaraqan, Aysel Əlizadə, Sevinc Pərvanə, Kənan Hacı, Sahilə İbrahimova, Əli Əkbər. Amma ad hələ imza deyil, kitab hələ roman demək deyil. Və onların böyük qisminin romanları həvəskar səviyyədən o yana keçmir».

Kimdir həvəskar? Özü də böyük bir qismi. 14 müəllifin adı çəkilir. Kimi həvəskar adlandıraq? Bunu da tapmaq çətin deyil.

Nə isə... Lənət şeytana. Amma «Ulduz» rəhbərliyi də gərək diqqətli ola. Onsuz da «Ulduzu»un başı bəlalıdır. Yoxsa buluda düşə bilər...

Qayıdaq Əsəd Cahangirin «Ulduz»una. AYB rəhbərliyi Əsəd Cahangirin «Körpü»sünü bağlasa da, Əsəd bəy həvəsdən düşmədi, «çerez» Kəramət «Ulduz» yapdı. Bu onun fəaliyyətinin nəticəsidir.  Yeri gəlmişkən «Körpü» elə körpə ikən beşikdəcə boğuldu. Anar müəllimin bu qərarını indi də anlaya bilmirəm. Həqiqətənmi AYB-nin jurnal buraxmağa parası çatmadı.

Elə buna görə Əsəd Cahangir Kəraməti kəramətləndirib. Pis-yaxşı jurnal çıxdı. Dizaynı maraqlıdır. Yeniliklər də var. Bütün bunlara görə çox sağ ol Əsəd Cahangirin payına düşür. Əsəd Cahangir də istəsə, bu alqışdan Kəramətə hədiyyə edə bilər. 

Sonda dediyim fakta bir daha qayıdıram. Buraxılışa məsul şəxs ön söz sayılan hissədə yazır:

«Jurnalın təkcə içindəki deyil, üz qabığı da fikir bildirməlidir». Çox gözəl. Etirafı da bacarmaq lazımdır. Tanıyanlar bilir ki, (qoy tanımayanlar da həqiqəti bilsin) jurnalın üz qabığındakı hərəkətetdirici əl Əsəd Cahangir, hərəkətə gətirilən oyuncaq isə Kəramət Böyükçöldür. Yeri gəlmişkən üz qabığındakı şəklə və onun ideya müəllifinə təşəkkür edirəm. Həqiqəti sübut etdiyi üçün. İnciməsin redaktorluq həvəsi olan gəncimiz. Məncə bundan sonra Kəramət Böyükçöl imzasını Kəramət Böyük(Cahangir)çöl etsə daha yaxşı olar. /Azadlıq radiosu/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.