Cavid Zeynallı Kənan Hacının “Atamın sevgilisi”ndən yazdı
19.12.12

Çoxdanın vərdişkarıyıq: bizi oxumurlarsa, deməli kütlə savadsızdır, kitablarımız satılmırsa əlbəttə, bizi anlamırlar, başları boşdur, eləcə gur-gur guruldayırlar. Lap yürüş davulu kimi...

 

Xub, bəs biz nə yazırıq? “Nə yazmaq əə, ağlınıza gələni hüdüləyib tökürsünüz, gic-gic şeylər sayıqlamaqdan başqa əlinizdən nə gəlir ki?”

 

Tənələr də bir tərəfdən adamı yorur, darıxdırır...

  

Kənan Hacının “Atamın sevgilisi” kitabı işıq üzü görüb. Kitabda “Çəhrayı qan” romanı və bir neçə hekayəsi yer alıb. Birnəfəsə oxudum: dilim büdrəmədi, kələ-kötür cümlələr zəhləmi tökmədi. Əlbəttə, Kənan Hacının nəsr dili rəvandır, laxlaq cümlələr, naşı ifadələr ən azı addımbaşı əl-ayağa dolaşmır. O Kənan Hacının ki, istedadına, ədəbi zövqünə də mənim şəkk-şübhəm yox. Billah! Di gəl,...

 

“Çəhrayı qan” romanını  Nabat adlı bir qıza dəlicəsinə vurulmuş talesiz gəncin həyat hekayəsi də saymaq olar.  O Nabatın ki: “Mən həyatında bəlkə də yeganə kişiydim ki, onunla fahişə kimi davranmırdım”. Qəhrəmanı da belə təsəvvür edin: daxili azadlığı əldə bayraq edib dərdi yamsılamaqla özünü kədərə pərçim edən zavallınını biri. Amma yaşanmış həyatmı, yoxsa illərin qələm təcrübəsimi, bilmirəm: Kənan qəhrəmanının düşdüyü acınacaqlı durumu əla təsvir edə bilib. İfadələr dəqiq, boyalar rəngarəng, gözəl...

 

Bir fahişəyə olan sevgisi hər şeyi alt-üst edir. İşdən uzaqlaşır, qəzetin baş redaktorunun “Təhminə”dəki Dadaş sayaq nəsihətləri kara gəlmir. Bir tərəfdən də zəhrimar içki... Bahoo, romanın 48-ci səhifəsində qarşımıza kim çıxsa yaxşıdır: Aqil Abbas! Heç nədən, elə qəfildəncə: “Bir dəfə Aqil Abbas məni yaş yuyub quru sərdi, dediyi sözlər indiyəcən qulaqlarımdadır. “Bala, sən çox istedadlı oğlansan, amma bu zəhrimara çox aludə olma. Heyifsən, vallah. İçki çox istedadlıların başını yeyib, axırına çıxıb. Hələ  dünyada arağı yıxan adam olmayıb, həmişə araq adamı yıxıb”

Bir xəbər alın görək, Kənan romanı kiminçün yazıb: hamı üçün, məsələn, həm də ucqar dağ kəndində yaşayan yeniyetmə Cəfər, çoban Kərəm üçün, yoxsa bir ovuc ədəbi mühitdən ötrü? Ki, ədəbi mühitdə Aqil Abbası tanımayana lənət! Əgər bunun adı ədəbi priomdursa, Kənan bəy çox üstünü vurmasın, bilməzlikdən çox şeylər olur.

    

Romanı oxuyanda bu kiçik həcmli əsərin üç-dörd ilə yazıldığı gümanına düşməyim, məni aldatmadı, müəllifin öz dilindən eşitdim. Təxminən 35-ci səhifədən sonra nəsrə tamam yad və yabançı olan belə-belə cümlələr başlayır: “Bununla belə, 37-ci ilin repressiyası tariximizin hələ də qan verən yarası kimi qalır və bu qətliamı qoca tarix və uca zaman Mir Cəfərə bağışlamayacaqdı”( səh, 46); “Elə bir insan yoxdur ki, onun bu və ya digər hadisədə özünü necə aparacağına qəti proqnoz vermək mümkün olsun” (səh, 48); “Almazın da yağlı müştəriləri bilirsiniz kimlər idi? Yüksək rütbəli polis işçiləri, qudurğan papa uşaqları, prokuror balaları” (səh, 50).  “O vaxt Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi, bütün diqqət ora yönəlmişdi, nizami demək olar ki, yox idi” (səh, 67). Yeri gəlmişkən, bu tipli cümlələrə kitabdakı hekayələrdə də rast gəlmək olur. Və zəhlətökən nəsihət olmasın, könül  istər, Kənan Hacı bu sayaq cümlələrdən qaçıb “aşına su qatmasın”. Öz axmaq vasvasılığımı da boynuma alıram, mübaliğəli çıxmasın, adda-budda qarşılaşdığım belə-belə ifadələr məni şapalaq kimi diksindirirdi: “əks təqdirdə, müşayiət edirdi, hökm sürürdü, müşahidə edirdi, buna baxmayaraq...” və s.

 

Adama elə gəlir, roman ya sonradan ixtisar olunub (özü də naşıcasına),  ya da müəllif hadisələri təmkinlə, ləngərlə təsvir etməkdən  təngə gəlib də, əsəri tezbazar yaxasıdan uzaqlaşdırıb. Məsələn, Almazın qızı Şahanə lapdanca peyda olur, avtobus şoferi Məmməd necə olur səhifələrin içindən çıxır, bilmirsən. Adam qalır çaş-baş... Və məlum olur ki, Nabat Pakistandan baş örtüyü ilə qayıdıb “mömin” qadın həyatı yaşayır: “Namaz qılmaq onun işi deyildi, sadəcə bədənini dincə qoymuşdu.”

 

Yazını necə, harda bitirməyi bilmirəm. Deyəsən, Kənanın başını itirən qəhrəmanının halına mən də yoluxdum. Buna müəllifin tələskənliyinə tutulmaq da demək olar. Amma bir şeyi qulağımızda sırğa edək: Kənan Hacının  yazıçı səmimiliyi məni hədsiz sevindirdi. Aldandığını hiss edə-edə müəllifin ardınca düşüb ta son səhifəyəcən nəfəs dərmədən ayaq döyməkdən yorulmamaq... Çoxmu yazıçı bunu bacarır?! Ona görə də Kənan Hacını oxumağa dəyər!  Elə birnəfəsə... Yorulmadan.../kulis.az/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.