Anar Günel Mövluda cavab verdi
26.12.12

“Yeni Müsavat”ın ötən saylarında gənc şairə, publisist Günel Mövludun iki hissədən ibarət müsahibəsi işıq üzü görüb. Sözügedən müsahibədə G.Mövlud yaradıcılığı, şəxsi həyatı ilə yanaşı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla aralarındakı gərgin münasibətlərə də toxunub.

“Mən 75 dənə söz sadalayaram ki, o, bu günə qədər bizim haqqımızda deyib, halbuki həmin sözləri 20 yaşında gənc belə özünə rəva bilməzdi. Bu adam oğluna, qızına eyni vaxtda təqaüd alıb. Xalqın büdcəsindən gələn pulu heç kimə lazım olmayan, divar qəzeti səviyyəsindəki ”Ədəbiyyat" qəzetinə, “Ulduz” jurnalına xərcləyib. Abırlılığı şəxsi məsələlərə aid etməyək. Anarın öz ailəsi, dost-tanışları arasında nə qədər abırlı olması məni maraqlandırmır. Amma yazıçı Anar kimi zəhmət çəksin, abırlı olsun, onda da gənclərdən özünə abır görər" deyən G.Mövluda Anardan gələn cavab isə gecikmədi.


Dünən redaksiyamızla əlaqə saxlayan Anar bu müsahibəyə cavab vermək istədiyini söylədi. “Yenə yalan, yenə böhtan” başlıqlı yazılı cavabı olduğu kimi nəzərinizə çatdırırıq.

“Hörməti Sevinc xanım! ”Yeni Müsavat" qəzetində (22-23 dekabr) Sizin bir qadın yazıçıyla apardığınız müsahibəylə tanış oldum. Müsahibə verənin mənim haqqımda söylədiyi ədəbsiz sözlər onun hansı abır-həya sahibi olduğunu əyani şəkildə göstərir. Tərbiyəsizliyə tərbiyəsizliklə cavab vermək istəmirəm. Yalnız müsahibədə yer alan iki ağ yalanı təkzib edirəm. Müsahibə verən iddia edir: “Anar bu günə qədər bizim haqqımızda elə sözlər deyib ki...” Sizin, yəni kimin? Konkret söhbət bu qadından gedirsə, “Yeni Müsavat” qəzetində mənə qarşı son iki hücumuna qədər onun heç bir yazısı heç bir vaxt diqqətimi çəkməyib və təbii ki, onun haqqında heç yerdə heç bir söz də deməmişəm. Heç yerdə onun cürlərinin ünvanına söz dediyimi də göstərə bilməz. Konkret yalanlara, böhtanlara cavab verməli olanda belə heç kəsin adını çəkmirəm. Kim deyilənləri özünə aid edirsə öz işidir. Ümumiyyətlə, hər yetənin adını çəkməyi özümə yaraşdırmıram".

Anar daha sonra G.Mövludun ikinci iddiasına da cavab verib: “Müsahibədə ikinci iftira da yeni deyil. Müsahibə verən iddia edir ki, mən eyni zamanda oğluma və qızıma təqaüd vermişəm. Nə eyni zamanda, nə müxtəlif zamanlarda oğlum və qızım Yazıçılar Birliyindən və ya hər hansı başqa yerdən təqaüd almayıblar və nə qədər mən Yazıçılar Birliyində işləyirəm, almayacaqlar. Bu yalanı vaxtilə başqa birisi də ortaya atmışdı. Təkzib etdik, amma görünür, gərək məhkəməyə müraciət edəydik ki, başqası həvəslənib eyni böhtanı atmayaydı. Bu uydurmaları bir daha təkzib etməyə ona görə məcburam ki, vicdanı olan hər kəs mənə qarşı hücumların 99 faizinin nə sayaq ağ yalanlara, qara böhtanlara, növ-növ iftiralara əsaslandığını görüb agah olsun”. /musavat.com/


Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.