Sevil Gültən - Qurbanəli bəy XXİ əsrdə
14.01.13

Hadisələr vaqe olur XXİ əsrdə, 2012-ci ilin axırlarında, Azərbaycanın paytaxtı Bakı şəhərində.

Noyabrın sonlarında mobil telefonuma zəng gəldi. Bir kişi idi. Telefon nömrəmi YB üzvlərindən biri verib ona. Kitab tərcümə etdirmək istəyirdi. Kimliyi ilə maraqlandım. Vəzifə adamıdır. Hamımızın tanıdığı bir yerdə işləyir. Hətta bir az sevinən kimi oldum. Gör haaa, o boyda vəzifədə işləyən adamla ünsiyyətdə olacam...

Vaxt təyin etdi. Deyilən vaxtda onun iş yerinin qarşısında idim. Yazını verdi və xahiş etdi ki, bacardığım qədər tez qurtarım. Təcili çapa getməlidir. Onu da əlavə etdi ki, yazıda çoxlu korrektə səhvləri var, onları da düzəldim, onun da haqqını verər. Razılaşdım. İstədim deyəm ki, gəlin müqavilə bağlayaq. Demədim. Nədənsə mənə elə gəlir ki, “ gəl müqavilə bağlayaq” – demək qarşısındakı adama inamsızlıqdır. İnanmamaq isə həmin adamı təhqir etməkdir. Mən isə bu vəzifəli adamı təhqir etmək istəmirdim.

- Neçəyə edirsiniz?-sual verdi.

Dedim ki, normal halda söz sayına görə tərcümə edirlər, belə baha olur, mən səhifə hesabı edirəm. Ən aşağı qiymət dedim.

- Yox, buna gücüm çatmaz-, dedi ( Təsəvvür edin ki, bazarda kartofun kilosu 50 qəpikdir. Bir adam gəlib deyir ki, 50 qəpiyə 10 kilo kartof versin)

 

Deyəndə ki, Azərbaycan dilindən ingilis dilinə tərcümə çətindir, nə desə yaxşıdır? Deyir ki, Ruscaya tərcümə daha çətindir. Fikrini onunla əsaslandırır ki, rus dilindəki “ ж “ hərfini yazmaq çox çətindir. Bu adama görə tərcümə etmək hərfləri yazmaqdır, özü də əllə yazmaq.

O dediyi qiymətlə razılaşdım. Öz-özümə dedim ki, onsuz da boş-bekar oturmuşam evdə. Nə verərsə, qənimətdir. Söz var deyərlər, “ Bekar dayanınca düşməninə daş daşı” .Qabaqcadan bir az beh verməsini istədim. Əvvəlcə duruxdu, sonra bir az verəsi oldu. Söz verdi ki, yazını təhvil verən gün qalan haqqımı verəcək. Niyə də inanmayım ki...Kişi ki, söz verdi, yerinə yetirər. Mənə görə belə olmalıdır.

...Verdiyi yazıya gəlib evdə baxdım, çox hissəsi ensiklopediyadan kopya edimişdi. Bakının tarixi haqda, sonra da bəzi məktəblərin yaranma tarixi, onların direktorları barədə məlumatlar. Adətən bu cür kitabları çap edəndən sonra kitabda adı çəkilən bütün adamlara satırlar. Yəni, belə kitablar pul qazanmaq üçün vasitədir. İngilis dilinə tərcümə etdirməkdə məqsədi isə daha çox qazanmaq, yəni o kitabı xarici ölkələrin səfirliklərinə satmaq idi.

Yazı çox pis şəkildə yığılmışdı. Başdan-başa korrektə səhvi ilə dolu idi.

....Yazını onun dediyi vaxtda təhvil vermək üçün bütün vaxtımı, gücümü sərf etdim. Demək olar ki, sutkanın yarısını tərcümə etməklə məşğul oldum. Hətta söz verdiyim vaxtdan da iki gün qabaq yazı hazır oldu. Boş vaxtım olduğundan yazının Azərbaycan variantını da korrektə etdim, kişi söz verib, korrektəyə görə də az –çox haqq verər, dedim.

...Zəng etdim ki, tərcümə hazırdır. Düşünürdüm ki, yenə də onun iş yerinin qarşısına gedəcəm, yazını diskdə təhvil verib zəhmət haqqımı da alacam..Necə deyərlər...” sən saydığını say...”. Dedi ki, filan yerdə olan nəşriyyata gedim, o da gələcək ora. “ Ağa deyir sür dərəyə..” .. Neyləməliyəm ki? Günlərlə əziyyət çəkmişəm, zəhmət haqqımı almaq üçün onun dediyi ilə razılaşmalıyam ya yox?!

Çox uzaqda idi nəşriyyat . Hava da yağışlı. O dediyi vaxtda çatdım nəşriyyata, əgər ona nəşriyyat demək mümkünsə. Qapıdan içəri girəndə üfunət iyi vururdu adamı. Birtəhər dözüb ikinci mərtəbəyə qalxdım. İki qız, bir kişi vardı nəşriyyat adlanan yerdə. Qızlar çay içirdilər, kişi isə komputerdə qurdalanırdı.

....Tərcümə etdiyim yazını təhvil verdim, özünü nəşriyyat direktoru kimi təqdim edən şəxsə...

...Əyləşib gözləməyə başladım...Təxminən 3 saat keçdi. Neçə dəfə zəng etdim filankəsə. Hər dəfə də “ çatıram” dedi...Axır ki, gəlib çatdı. “ Nəşriyyat”-ın işçılərinə tapşırıq verdi ki, kitaba yazılmış ön sözü hazırlasınlar. Bir saat da ön sözə sərf olundu. Çap edib verdi mənə. Gördüm ki, bu filankəs kişinin mənə haqq vermək fikri yoxdur. Dözə bilmədim:

-Bəs mənim zəhmət haqqım? Axı mən yazını tamam qurtarmışam, təhvil vermişəm...

Könülsüz-könülsüz əlini cibinə salıb mənə çatası haqqın yarısını çıxartdı.

- Bəs niyə hamısı yox- sualıma “ Bir az pul da mənə qalsın”, - dedi.

Sanki mənə milyonlar verirdi.

- Bəs ön söz üçün nə qədər verəcəksiniz?

Sualımı eşidib qaşqabağını salladı. “ 6-7 səhifə nədir ki, ona görə haqq istəyirsiniz? Sizin əlinizdə heç nədir..”

Ürəyimdə dedim ki, təki yerdə qalan pulumu versin. Ön sözü də götürüb gəldim evə. Bütün gecə fasiləsiz işləyib tərcümə etdim . Səhərisi gün zəng etdim. “ Aparın nəşriyyata” -deyəndə öz fikrimi bildirdim: “ Mən niyə gedim ora. Zəhmət haqqımı orda işləyən qızlara verin, gətirsin mənə, mən də ön sözü təhvil verim.” Bəlkə də gedərdim, amma ordakı üfunət iyini bir daha ciyərlərimə çəkmək istəmirdim.

Razı oldu. Axşamüstü saat 4 –də zəng etdi ki, ordakı qızlardan biri zəhmət haqqımı gətirir mənim yaşadığım yerin yaxınlığındakı metroya. Uzaqbaşı bir saatlıq yoldur. Saat 5 oldu. Qızdan xəbər olmadı. Zəng etdim filankəs müəllimə, dedi ki, yəqin tıxacdadır. “ Axı o qız işləyən yer düz metronun yanındadır, niyə metroyla gəlmir ki? “ -deyəndə hazırcavab filankəs : “ Bilmirsən ki, metro bu vaxt basabas olur? Bu cavan qız uşağı basabasda necə getsin?”-cavabını verdi.

Yaxşı, gözləməkdn başqa nə çarəm var ki...Saat 6 oldu, 7 oldu, 8 oldu...Pul gətirən qızdan xəbər çıxmadı. Utana-utana ( atalar nə yaxşı deyib:”Utan utanmazdan qorx qorxmazdan” ) yenə zəng etdim. Dedi ki, qız tıxacda qalıb yorulub, qoy səhər gəlsin. “ Eybi yox, axşamın xeyrindən sabahın şəri yaxşıdır.”

...Səhər saat 8 olardı. Yuxudan təzə durmuşdum. Tanımadığım nömrədən zəng gəldi, salam-kəlamsız: “ Mən nəşriyyatdakı qızam. Tez gəlin metronun yanına. Tələsirəm, universitetə gedirəm” –deyib telefonu söndürdü. Vəssəlam!

...Dərsə gedən qızıma ön sözün tərcüməsini verirəm diskdə ( hətta ön sözün də Azərbaycan variantını korrektə etmişəm) . “ Zəhmət haqqımı verəcək, diski ver, pulu al gətir. “

Qızım gedir. Beş-on dəqiqədən sonra qayıdır. Əlində də bir dəstə vərəq. “ Pul vermədi?” –sualıma :“ Yox, bu vərəqləri verdi, dedi ki tərcümə edəsən.”

Səhər tezdən olduğundan filankəsə zəng etmirəm. Günortaya yaxın zəng etdim.

- Kitabda şəkillər də olacaq. Şəkilaltı sözlərdir. Çətin deyil ki...Bunu da edin, sabah zəhmət haqqınızı çatdıracam, - dedi.

.....15 səhifəlik şəkilaltı sözləri də tərcümə edib qurtarıram, zəng edirəm filankəsə:

- Hazırdır – deyirəm.

-Bu gün zəhmət haqqını çatdıracam, ogünkü qıza verərəm, gətirər -deyir.

...Gözləyirəm. Neçə saat keçir. Heç bir xəbər çıxmır. Zəng edirəm. Telefona özü cavab vermir. O gün nəşriyyatdakı kişi cavab verir, deyir ki, guya filankəs xaricə gedib, 3 günlüyə, telefonunu da ona verib. Mənə e-mail adresi deyir ki, şəkilaltı sözlərin tərcüməsini həmin ünvana yollayım, filankəs gələn kimi, haqq-hesab edər.

-Axı mən onunla səhər danışmışam, bəs niyə demədi ki, xaricə gedəcək. Həm də axı xaricdə də burdakı nömrələr işləyir, -deyirəm.

- Mən heç nə bilmirəm, -deyib “adboy” verir.

...Artıq tərs damarım tutur. Zəng edib tələb edirəm ki, mənim haqqımı səhərə qədər çatdırmasalar filankəsin iş yerinə gedəcəm, görüm həqiqətən işdədir ya yox.

...Filankəsin telefonuna cavab verən adam hirslənir:

-Elə etməyin ki, bu yazını başqasına tərcümə etdirim.

...Bu isə o deməkdir ki, mənim təhvil verdiyim tərcümə öz adımla çap olunmaya da bilər.

Dəfələrlə zəng edirəm. Nəhayət ki, filankəsin telefonuna cavab verən “ kişi” söz verir ki, səhər tezdən qız pulumu çatdıracaq. Həm də bizim evin yaxınlığındakı metronun yox, o qızın yaşadığı yerə yaxın metronun yanında. “ Sən o qızdan artıq deyilsən ki...Niyə o qız sənin ayağına getməlidir?”

....Nəhayət ki, zəhmət haqqımı alıram. Ön sözün tərcüməsini, şəkilaltı sözlərin tərcüməsi, eləcə də Azərbaycan dilində olan mətndəki korrektə işim üçün qəpik də almıram. Pis olmuram. Çətinliklə də olsa zəhmət haqqımı aldığıma sevinirəm...

...Dünən telefonumdan filankəsin nömrəsini silmək istədim. Birdən ağlıma nə gəldisə onun nömrəsini saxladım, amma adını pozub yerində Qurbanəli bəy-XXİ yazdım.

Axı bu filankəs Qurbanəli bəy XİX əsrdə yaşamır ki, gedib tövlədə gizlənsin. İndi gizlənmək üçün çox gözəl vasitə var: Mobil telefon. Ya telefonu söndür, ya da ver yanındakı adama, o da desin ki, filankəs burda yoxdur.


Avanqard.net

Yenililklər
10.08.20
"Ən böyük arzum Azərbaycan Mühacirət Muzeyini qurmaqdır" - Dilqəm Əhmədlə müsahibə
10.08.20
İzmirdə mifoloji varlıq olan Satyrosun heykəli aşkarlanıb
08.08.20
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub 
08.08.20
“Eurovision” mahnı müsabiqəsinin Amerika versiyası yaradılacaq 
08.08.20
Məmməd Məmmədli - Avropa kinosu kreativlik nümayiş etdirir
07.08.20
"Ulduz" jurnalının iyul sayı çap olundu
07.08.20
Nizami Cəfərov - Azərbaycan dilinin orijinal qrammatikası 400 il sonra
07.08.20
Haqverdiyevin kitabı macar dilində nəşr edilib
07.08.20
“Ümmətçilikdən millətçiliyə keçid dövrümüzün fəlsəfəsi” monoqrafiyası nəşr olunub
07.08.20
90 yaşlı Toğrul Nərimanbəyov
07.08.20
Mədəniyyət Nazirliyi ictimaiyyətə müraciət edib
06.08.20
Elçin İbrahimov - Azərbaycanda dil siyasəti
06.08.20
Şamaxıda Antik dövrə aid nekropol aşkar olunub
06.08.20
Respublika Kinematoqrafçılar İttifaqı Milli Kino Günü ilə bağlı kino xadimlərinə pul mükafatları təqdim edib
06.08.20
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub
03.08.20
“Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda V beynəlxalq elmi-nəzəri konfrans keçiriləcək
03.08.20
Azərbaycan Kinematoqrafçılar İttifaqının illik mükafatının qalibləri elan olunub
03.08.20
Əziz Mirəhmədovun “Seçilmiş əsərləri” çap olunub
30.07.20
Məşhur amerikalı aktrisa vəfat etdi
30.07.20
İsmayıllıda “DOST Evi” Yaradıcılıq, Sərgi və Satış Mərkəzinin təməlqoyma mərasimi keçirilib
30.07.20
Qazaxıstanda Xoca Əhməd Yasəvinin məqbərəsi bərpa edilib
30.07.20
“Xəzərin dalğaları” adlı Beynəlxalq Sulu Boya Festivalına 500-dən çox sənət əsəri göndərilib
29.07.20
Çağdaş Monteneqro şeiri - Eşq barədə gecə şeiri və sairə
29.07.20
Rembrandtın avtoportreti rekord məbləğə satılıb
29.07.20
"Azərbaycan ədəbi tənqidi" kitabı dəyərli elmi-nəzəri mənbə və birliyin təcəssümü kimi
29.07.20
Azərbaycan filmi Venesiya Film Festivalında əsas müsabiqəyə seçilib
29.07.20
Qismət Rüstəmovun kitabı Türkiyədə çap olundu
28.07.20
Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi - Vasif Adıgözəlov
28.07.20
Vüsal Bağırlı - Qəribə adam
28.07.20
Çağdaş dövrümüzdə biri-birini təkrarlayan şairlər
27.07.20
XI Bakı Beynəlxalq Qısa Filmlər Festivalına film qəbulu başladı
27.07.20
Qahirə Universitetində Azərbaycan ədəbiyyatı tədqiq olunacaq
24.07.20
Dan Braunun "Cəhənnəm" romanı
24.07.20
Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş film çəkiləcək
24.07.20
Konstantin Simonov - Evin sənə əzizsə...
23.07.20
Polad iradəli, ay Polad paşam...
23.07.20
Vladimir Korotkeviç - Kitabdaşıyanlar
23.07.20
Azərbaycanın ilk peşəkar qadın rəssamı
23.07.20
Elçin Hüseynbəyli - Bir adamlıq şəhər...
22.07.20
“#ulduzlu nəşrlər” seriyasından növbəti kitab işıq üzü görüb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.