Narıngül - Yolda - Hekayə
15.01.13

Böyük şəhərin kənarında yerləşənözünə yaraş­ma­yan kiçik, basırıq vağzalında hay-küydən qulaq tu­tu­lurdu.Küçənin ortasında sıra ilə düzülüb müştəri səsləyən sürücülər həyasızlıqla yoldan ötənlərin qar­şısını kəsir,dil boğaza qoymadan onları haray­la­yırdılar.

Küçənin ortasındakı yoldaşlarından bir qədər aralıda dayanmış,maşınına söykənərək hərdənbir müş­­təri çağıran sürücüyə birdən-birə iki nəfər yaxınlaşdı və bu sürücü üçün bir qədər gözlənilməz,eyni zamanda,göydəndüşmə oldu.

Yaxınlaşanlardan biri 30-35 yaşlarında qadındı,bahalı olmasa da, əyninə son dəbə uyğun paltar geyinmişdi,saçlarının rəngi paltarının rənginə uyğun idi.İncə mütənasib bədəni vardı ki,bu da qadını yaşından xeyli cavan göstərirdi.Qadının bir əlində üstü incə naxışlı əl sumkası,o biri əlində xeyi ağır olduğu kənardan hiss olunan iri yol çantası vardı.

O biri sərnişin üz-gözündən sevinc və gəncliyə xas ərköyünlük yağan,idmançıbədənli,yaraşıqlı oğ­la­n­­dı.Yəqin ki,yaşı 25-dən çox olmazdı.Oğlanın da əlin­də yolçu olduğunu uzaqdan bəlli edən yük çan­ta­sı vardı.

Üz-gözünü tük basmış,sifətindən laqeydlik və yor­ğunluq yağan sürücü bir anın içindəcə dirçəldi,müş­tərilərinin qabağına yeridi:

– Hara gedirsiniz?

Sual hər ikisinə aid idi və qadın da,oğlan da de­mək olar ki,eyni andacavab verdilər:

– Çinarlıya.

Verilən cavab hər üçünü qane etdi,üçünün də üzü­nə eyni anda təbəssüm qondu.

Sürücü maşının yük yerini açdı.Oğlan cəld hərə­kət­lə çantasını yük yerinə qoydu,sonra bir söz demə­dən qa­dının əlindən sumkanı götürüb yük yerinə yerləşdirdi.

Təşəkkür etməyə imkan tapmamış qadın oğlan tərə­findən nəzakətlə maşına ötürüldü:

Çox sağ olun.

Qadının minnətdarlığını oğlan eşitmədi.O,sü­rü­cüyə qoşularaq başqa bir müştəri axtarır,hərdənbir şən səslə nə isə danışır,hündürdən gülürdü.Əh­va­lının əla olduğu uzaqdan bilinirdi.

“Cavandır,həm də yaraşıqlı və özünə inamlıdır,yə­qin ki,öz yaşıdı olan qızların çoxu ölür bundan ötrü”.Qadın maşının pəncərəsindən oğlanı süzdü,son­ra maşının salonundakı kiçik güzgüdə laqeydliklə özü­nə baxdı,oğurluq edirmiş kimi, o tərəf bu tərəfə boylanaraq üz-gözünü yün­gülcə bəzədi.Maşının oturacağına söykənib göz­lə­rini yumdu.“Bu son fəsli də bitirə bilsəydim əla olardı,daha bir də qayıtmazdım əvvəlki fəsillərə”.Qa­dın yarımçıq qalmış romanını düşündü və birdən-birə bərk darıxdı.

– Gedək,deyəsən, bu gün o tərəfə gedən olma­yacaq.Nəhayət ki, sürücü təəssüf qarışıq səslə qərarını verdi.

– Fikir çəkmə,pulunu ödəyərik.

Oğlan özündən razı halda qabaqda,sürücünün ya­nında əyləşdi.

Maşın şəhərin haylı-küylü,basırıq küçələrindən çıxıb rahat və geniş asfalt yola düzəldi.

– Çinarlıda kimlərdəsiniz?

Oğlan çəpəki güzgüdən qadını süzdü.

– Tanımazsan, mən çoxdan o tərəflərdə yaşa­mıram.

Sonra qadın günahkar kimi nəzakətlə gülüm­sü­nərək əla­vəetdi:

– Heç özüm də orada çoxunu tanımıram.

Əslində,oğlan o qəsəbəyə yaxın başqa qəsəbədə yaşa­yırdı və onsuz da orada heç kimi tanımırdı.

Oğlan yanpörtü əyləşib qadını süzdü:“Pis de­yil,o qədər cavan olmasa da, cazibəlidir”.

Nədənsə,gözəl qadınlar həmişə şəhərin mər­kə­zində yaşamağa üstünlük verirlər.

Oğlan söhbətə körpü atmağa çalışdı.

Maşının qarşısına çıxan böyük yük maşını qəfil­dən yolun ortasına çıxdı,sürücü güclə əyləci basdı,ma­şın ləngər vurub yenidən yoluna davam etdi.

Bilirsən,mən uşaq vaxtdan uzaqlarda,böyük şə­­hərlərdə yaşamağı arzulamışam.Həmişə fikir­ləş­­mi­şəm ki,nə vaxtsa çox böyük,tanınmış adam ola­­ca­ğam,lap elə dahi yazıçı.Neçə ildir, böyük bir ro­­man başlamışam,ancaq heç cürə tamamlaya bil­mi­rəm,yarımçıqdır ki,yarımçıq,mənim öz hə­­ya­­tım kimi.Hər dəfə də son fəsildə ilişirəm.Tə­səv­­­vür elə ki,həmişə son fəsil ürəyimə yatmır və adə­­tim üzrə son fəslə görə bütün əsəri də­yişməli olu­ram.

Qadın təəssüflə ah çəkdi və üzünə qüssə qondu.O,həmişə romanı haqqında danışanda kədərlənir,əh­valı korlanırdı.

Oğlan yüngülcə köks ötürərək siqaret yandırdı,gö­zünü yolun kənarı ilə uzanan düzənliyə zilləyərək si­qareti sümürdü.

“Siqaret çəkmək çox yaraşır,yəqin özü də bilir bu­nu”. Qadının baxışları güzgüdə oğlanın baxışla­rıy­la rastlaşdı,dərhal gözlərini yayındırdı.

“Gözəl qadındır,bununla əylənmək,lap elə bir müddət dostluq etmək pis olmazdı”.

Bütün bunların sürücüyə dəxli yox idi.O,diq­qətlə yolu izləyirdi.

Bəlkə də bu sənə gülməli görünür,amma mən romanda yaşadığım həyatı əks etdirmək istəyirəm, öz həyatımıqadın dilləndi.

Oğlan maraq və acgözlüklə onu süzdü.

Qa­dın nədənsə oğlanı nağıl qəhrəmanlarından han­sı­na­sa bənzətdi, xatırlaya bilmədi,amma lap dəqiqi öz qəh­rəmanı de­yildi.

“Başlandı...yerə düşən kimi təklif edəcək,bir bə­hanə tapıb uzaqlaşmaq gərəkdir,elə etmək la­zım­dır ki,xətrinə də dəyməsin.Birdən bacarmasam,çox is­rar etsə...yox,nə mənası var ki,onsuz da hər şey ya­rımçıq qalacaq.Yarımçıq heç nə istəmirəm, mənəhəyat bütöv lazımdır.Həm də romanımı tamam­lamaq üçün lazımdır”.Qadına elə gəlirdi ki,ro­ma­nına öz həyatını köçürür və birdəfəlik beyninə həkk etmişdir ki,romanın son səhifəsi bitkin və məna­lı olmalıdır.

Maşın adamsızlığı və kasıblığı ilə uzaqdan se­çi­lən kafenin qarşısında dayandı.Xirda daşların üs­tün­də mürgüləyən it kənara sıçradı.

Ağ xalat geyinmiş ofisant oğlan gözə göründü və dər­hal yox oldu.Sürücü maşından düşən kimi tələ­sik ad­dımlarla kafenin dalında gözdən itdi.Qadınla oğ­lan üzbəüz qaldılar.

Oğlan gülümsünərək qadının əlindən yapışdı,onu kafenin kənarındakı otu dizə qədər çıxmış bağa tə­rəf çəkdi.

Qadın müqavimət göstərdi,amma müqaviməti oğ­lanın əhəmiyyət verəcəyi qədər güclü alınmadı.

Oğlan heç nəyə fikir vermədən qadını sinəsinə sıx­­dı.Kafenin işçilərindən biri boğazını arıtladı,ös­kür­­məkdən daha çox yaxında olduğunu hiss et­dirdi.Hər ikisi başını qaldırdı.Sürücü üzü onlara tərəf əy­lə­şib çayını hörtüldədirdi.Həyətin ortasında da­yan­mış it qulağını şəkləyib onlara baxırdı.Qadın oğlanı yün­gülcə özündən kənara itələdi.Oğlan,sürücü və qa­dın əyləşib birlikdə çay içdilər.

Yolun qalan hissəsi hamar deyildi və maşının qə­sə­­bəyə yaxınlaşdığı hiss olunurdu. Oğlan yolun kə­na­rı ilə uzanan düzənliyi gözlərinə yığaraqdüşündü:“Dü­şəndətelefonunu alaram. Sonra görüşərik, yə­qin özünün də ürəyindəndir”. Uzaqdan başı qırmızı örtüklü evlərigörcək o, şən səslə dilləndi:

– Mən çatdım.

Sonra oğlan qadına tərəf əyilərək gülümsündü:

Yəqin ki,görüşəcəyik.

Əlindəki telefon nöm­rə­si yazılmış balaca kağız

parçasını qadına uzatdı.

Maşın tərpənən kimi təkərlərin altından çıxan xə­fif toz içəri doldu. Oğlan maşındandüşdükdən sonra qadının ürəyinə səbəbi özünə də məlum olmayan xəfif bir qüssə qondu. Sonra fikirləşdi ki,şəhərə qa­yı­dan kimi romanını tamamlayacaq.Daha heç bir bə­yən­məmək filan olmayacaq.Bəsdir daha...Hər şeyin bir sonu olmalıdır.Dərhal da hiss etdi ki,çox yo­ru­lub vətaqətsizdir.Pəncərəni bir qədər aşağı en­di­rərək oğlanın verdiyi kağız parçasını cıraraq kü­lə­yin ağzına verdi.

Yolun kənarı ilə uzanan kolların üs­tü qara,qırmızı toz basmış böyürtkənlərlə dolu idi.Gö­rü­nür,bu il yay bu tərəflərdəhəmişəkindən bir qədərtez baş­la­mışdı.


Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.