AYB-nin şöbə müdirinin başını kəsmək istəyiblər
15.01.13

Yazıçılar Birliyində Mahirə Abdulla ilə Abbas Abdulla arasında baş verən qalmaqalda daha bir ad ortaya çıxdı-Sayman Aruz... 

 

M.Abdulla iddia edir ki, onu AYB ilk təhqir edən şəxs Sayman Aruz olub. Xanım  cənubi Azərbaycandan zəlzələdən əziyyət çəkənlərə kömək məqsədi ilə yığılan pulların çeklərinin gizlədildiyini də açıqlayıb.


Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz isə açıqlamasında M.Abdullanın ona və Anara şər atdığını bildirdi: “Bu Mahirə xanımın növbəti şəri-böhtanıdır.  Anar müəllim bizim böyümüzdür. Biz onu  kiçik işlərə qarışdırmırıq. Onun özünün kifayət qədər problemləri var.  Mən pul yığımı kampaniyasına qətiyyən qarışmamışam. Bizim şöbənin işçiləri var -Dilrubə, hamı ona müraciət edib. Pulları o, xanım yığırdı. Siyahı bizdədir, kim istəyir, gəlib baxa bilər. Həmin siyahıdan Anar da, Fikrət Qoca da xəbərdardır. Özü də guya, nə yığılıb ki. İki ay kampaniya aparmışıq, bu boyda Azərbaycan xalqından vur-tut 500 manat pul yığılıb. Onun üstünə də 2 min dollar qoyub zəlzələdən əziyyət çəkənlərə göndərmişik. Mahirə özünü kim hesab edir ki, biz ona çek göstərməliyik. Nəyə görə? Kimdir o? Əgər  xalqsevər, cənubsevər idisə gətirərdi 5 manat da  o verərdi. Bundan sonra soruşardı ki, “mənim verdiyim pul necə oldu? Yeri gələndə güneylini təhqir etməyə qalxır. Gülüncdür.  Mən onu heç vaxt təhqir etməmişəm. Aydın Xanəmirovun tədbiri idi. Orada mənə söz verdilər. Dedim ki, gəlin virtual bütöv Azərbaycanı yaradaq. Virtual hakimiyyətimizi yarada bilsək, oradakı soydaşlarımızı yanımıza çəkə bilərik. O, farsa qulluq etməkdənsə bizə qulluq edərdi. Bu xanım ayağa qalxdı, dedi ki, “sən farssan, öyrədilib göndərilmisən”. Dedim ki, mən türkəm. Zindanda dırnağı çəkilmiş insanam. O, yenə də  təhqirlərində davam etdi. Mən susdum, cavab vermədim. Səhəri o, xanım evimə zəng edib xanımımın yanında dedi ki, “sənin başını kəsib anana göndərəcəyik, səni öldürəcəyik. De görüm mən hansı millətin nümayəndəsiyəm?”. Mən də ona dedim ki, sənin kimi tərbiyəsiz insanı mən heç bir millətin nümayəndəsi hesab edə bilmərəm. Bu yaydan bəri məni yıxmaq üçün planlı şəkildə davam edirdi.” /aznews.az/

Yenililklər
14.05.20
Qafqaz Albaniyası abidəsi biganəliyin qurbanı olub
14.05.20
“Azərbaycan coğrafi adları ingilis dilində” kitabı nəşrə hazırlanır
14.05.20
Əlyazmaların elektron kitabxanasının yaradılması işi davam etdirilir
12.05.20
Rumıniyalı məşhur şairin kitabı Bakıda nəşr edildi
12.05.20
Dünya ədəbiyyatına dair fundamental əsər
12.05.20
Azərbaycan Milli Ensiklopediyasının 9-cu cildi nəşr edilib
12.05.20
Türkiyədə hər biri 500 illik tarixə sahib iki ədəd "İncil" tapılıb
11.05.20
Mərahim Nəsib - Sinif yoldaşım intihar edəndə sevdiyim qız nişanlandı
11.05.20
Fəxri Müslüm - Söhrab Tahirin əziz xatirəsinə
07.05.20
“Ulduz” jurnalının Məhəmməd Hadiyə həsr edilə xüsusi buraxılışı çap edilib
07.05.20
Fərid Hüseynin miniatür şeirlər kitabı çap olunub
07.05.20
Azad Qaradərilidən yeni ktab: “Qadağan zonası”
07.05.20
Rəbiqədən yeni kitab:“Çətirlərin qiyamı”
13.04.20
SURDO TV internet kanalı fəaliyyətə başladı – VİDEO
10.04.20
Mucru.art fəaliyyətə başladı
27.03.20
Nərimanov irsinin öyrənilməsinə layiqli töhfə
25.03.20
Orxan Mərdan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
23.03.20
Muzeyləri onlayn ziyarət etmək imkanı yaradıldı
23.03.20
Milli Kitabxana ölkəmizdə yaranan vəziyyətlə əlaqədar oxuculara onlayn xidmətlərini təklif edir
23.03.20
Antonio Tabukkinin "İzabel üçün. Mandala" romanına ön söz
23.03.20
Məhəmməd İqbal - İlahi eşq və milli düçüncə şairi
23.03.20
Türkiyəli rejissor Xocalı soyqırı haqqında film çəkəcək
21.03.20
Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı çap edilib
16.03.20
Elmira Axundova - Məmməd Orucun "Oyun havası"
15.03.20
Anar: “Koronavirusa görə yaşlı üzvlərimizin işə gəlməsinə məhdudiyyət qoyulacaq”
15.03.20
Qalib Şəfahətin "Sandıq" romanı çap olunub
14.03.20
Cəlil Cavanşirdən yeni kitab - "Eşq və intihar"
13.03.20
“Tarix və Tale” romanına dünyanın “şəxsiyyət vəsiqəsi” demək olardı, amma…
12.03.20
“Wall Street”də Nigar Əliyeva tərəfindən açılmış “America IDream” şirkəti
12.03.20
İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib
12.03.20
Xalq yazıçısı səfir təyin edildi
11.03.20
Fevralda ən çox satılan Azərbaycan ədəbiyyatının siyahısı
11.03.20

İstanbulda qədim və nadir Azərbaycan xalçalarının sərgisi açılacaq

11.03.20
“Avroviziya-2020"-də Azərbaycan təmsilçisinin mahnı və klipi təqdim edilib
10.03.20
Səxavət Sahilin “İsanın qadını” romanı 2-ci dəfə nəşr olundu
08.03.20
Müşfiq Şükürlü - Anaravirus
08.03.20
Təranə Vahid - Xırda bəhanələr
06.03.20
Yazıçı Xanəmir Telmanoğlunun yeni kitabı çap olunub
06.03.20
Balaca əclafın sayəsində keçmişinə boylanan qəhrəman - Cəlil Cavanşirin romanı haqda
06.03.20
200 min manat büdcəsi olan “Ədəbiyyat qəzeti nə üçün 15-20 manat qonorar verməlidir?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.