Günel Mövludun başqan kimi ilk müsahibəsi
17.01.13

- Azad Yazarlar Ocağının başqanı oldun. Təbriklər!

 

- Təşəkkür edirəm.

 

- Seçki prosesi haqda  danışardınız. Kimlər sizə səs verdi? Sizdən başqa namizədlər oldumu?

 

- Açığı mən Gürcüstanda olduğumdan seçki prosesi barədə müfəssəl məlumatım yoxdur. Bilirəm ki, toplantı keçirilib və orda iştirak edənlərin əksəriyyəti mənə səs verib. Konkret Seymur Baycanın, Aqşinin, Rasim Qaracanın mənə səs verdiyini bilirəm. 

 

- Azad Yazarlar Ocağının qeydiyyatı ilə bağlı nə düşünürsünüz? Bu barədə planınız varmı?

 

- Azad Yazarlar ocağının koordinatoru, təşkilatçısı, təbliğatçısı, inzibati işləri ilə məşğul olan adam, bir sözlə AYO-nun bel sütunu həmişə Rasim Qaraca olub. Çox istəyərdim ki, mən sədr olduğum dönəmdə də Rasim bəy köməyini əsirgəməsin. O ki qaldı, məhz qeydiyyat məsələsinə, bu bürokratik problemdən daha çox, siyasi problemdir. Bu qurumun üzvlərinin demək olar ki, hamısı müxalif fikirli adamlar olduğundan, bizə illərdir ki, bürokratik əngəllər yaradılır. Hər halda, mən də sədr olacağım bur il ərzində bu məsələnin üstünə gedəcəyəm. Sadəcə bir şeyi nəzərə almaq lazımdır ki, AYO üçün belə inzibati problemlər fəaliyyətə əngəl hesab olunmur. Qurum həmişə mütəhərrik işləyir, tədbirlər, görüşlər, təqdimatlar keçirir. Ən vacibi isə budur ki, AYO durmadan ədəbiyyata, mətbuata yeni imzalar təqdim edir. Bu il də belə olacaq.   

 

- Sizin Azad Yazarlar Ocağından çıxdığınızı deyirlər. Bu doğrudurmu?

 

- Bir neçə il əvvəl AYO-nun bəzi incikliyim olmuşdu. Onda qurumdan ayrıldığımı demişdim. Bu, sadəcə bir küskünlük idi və ömrü çox qısa sürdü. Amma mən həmişə, hər yerdə özümü AYO-çu kimi təqdim etmişəm. Çıxışlarımda, yazılarımda, müsahibələrimdə AYO üzvü kimi danışmışam. Çünki həmişə AYO-çu olmuşam.  

 

 

- Başqanlığınız istefalarla nəticələndi. Bu barədə nə deyə bilərsiniz?

 

- Bunu məhz mənim quruma sədr seçilməyimə qarşı etiraz kimi qəbul etmədim. Çünki buna heç bir əsas görmürəm. AYO-dan ayrıldığını deyən-«ayrılan» demirəm, çünki bilirəm ki, onlar da həmişə mahiyyətcə AYO-çu qalacaqlar-üzvlərin heç birinin məni ya qısqanmasına, ya da hər hansı xoşagəlməz şeylər duymasına səbəb yoxdur. Açığı, mən Turalın AYO-dan getməyini təəssüf hissi ilə qarşıladım, çünki, onun timsalında AYO-nun əvəzolunmaz bir qələm sahibini itirdiyini düşünürəm. Sevincə gəlincə, onun başı zatən çoxdan ailə-məişət qayğılarına qarışdığından, uzaqda yaşadığından ədəbi proseslərə heç bir təsiri, qatqısı yox idi. Odur ki, onun gedişi sadəcə inzibati məsələdir. 

 

 

- Bu il üçün Azad Yazarlar Ocağı ilə bağlı hansı fəaliyyət planınız var?

 

- Rasim Qaracanın artıq başladığı «Alatoran yayınları» silsiləsini inkişaf etdirmək əsas planlarımızdan biridir. AYO üzvlərinin Gürcüstana səfərini və orda gənc gürcü yazarları ilə görüşlərini keçirməyi də planlaşdırırıq. Həmçinin, gürcü yazarlarını da Bakıya dəvət etmək fikrimiz var. Yeni tərcümələr, kitablar, görüşlər, tədbirlər olacaq. Qətlə yetirilmiş keçmiş sədrimiz, unudulmaz yazıçı Rafiq Tağının əziz xatirəsini yad etmək üçün də tədbir düşünürük. AYO tarxində ilk dəfədir ki, qadın rəhbər seçilib. Çalışacağam ki, yaxşı mənada fərq hiss olunsun.

 

 

- Azad Yazarlar Ocağına yeni üzvlər qəbul etmək istəyirsinizmi?

 

- Əlbəttə. Qapımız istedadlı, yaradıcı, xüsusilə də vətəndaş mövqeyi olan, sözün əsl mənasında azad ola bilən gənc yazarların üzünə açıqdır. Amma AYO-ya üzv olmaq, AYO-çu olmaq istəyən hər gənc bilməlidir ki, o bəri başdan çox şeydən imtina edir. Prezident təqaüdündən, adlardan, maddi rifahdan... AYO-nun yolu İsa peyğəmbərin yolu kimi bir şeydir - çarmıxını götürüb gəlməlisən.   

 

 

- Yeni qəbul olunan üzvlərin çox az tanınması tənqid edildi.

 

- Əvvəla, imzanın az tanınmasına görə ya imzanın özünü, ya da onu üzv edən qurumu tənqid eləmək absurddur. Tənqid imzanın zəifliyinə görə olar, qeyri-səmimiliyinə, nə bilim, başqa hansısa qüsurlarına görə olar. Az tanınmağa görə də tənqid olar?! İkincisi, AYO-ya yeni üzv olan gənclərin imzaları az tanınsa da, onlar istedad, özünüifadə məsələsində AYO-nun ən çoxdankı üzvlərindən də geri qalmırlar. Konkret olaraq, mən Emin Aslan və Zaur Qurbanlını AYO-nun tapıntısı, yeni beyin sərvəti hesab eləyirəm. Bu iki gənc məlumatlılıqları, intellektləri, istedadları ilə minlərlə istedadın arasından seçiləcək adamlardır. Məsələnin ən qürurverici yanı isə bu iki gəncin vətəndaş mövqeyi, gənc yaşlarında ictimai proseslərə qoşulmalarıdır. Onlar xislət, mahiyyətcə də milliliyə sığmayan bəşəri adamlardı. Mən ona görə məhz bu iki gəncdən danışdım ki, onların yaradıcılığı ilə konkret tanışam, intellektlərinə bələdəm. Mənim otuz iki yaşımda oxuduqlarımı onlar 24-25 yaşlarında oxuyur, müzakirə edirlər. Buna görə də, ürəklə deyirəm ki, AYO-nun yeni üzvləri AYO-nun yeni, bizdən, ikiminincilər nəslindən daha parlaq olacaq. O ki qaldı, digər imzalara, yəqin ki, gözəl ədəbi zövqə malik Rasim Qaraca, Seymur Baycan, Aqşin kimi adamlar onların quruma üzv olmasına etiraz etməyiblərsə, deməli, o gənclər AYO-çu olmağa layiqdi. /kulis.az/ 

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.