Aqşin Yenisey - Seymur Baycanın donorluğı
18.01.13

Son illər donorluq xeyriyyəçiliyi ətrafında xeyli canlanma hiss olunur, yəni insanlar dünyasını dəyişmiş yaxın adamlarının meyidxanalarda yarılmasına razı olmadıqları halda, bəzi adamlar başlarına gələcək qəfil ölümdən sonra – Allah uzaq eləsin - könüllü şəkildə öz bədən üzvlərini ehtiyacı olan xəstələrə vəsiyyət edirlər. Məsələn, məhşur futbolçu Roberto Karlos vəsiyyət edib ki, fələyin işini bilmək olmaz, işdi, başıma bir iş gəlsə, rus yük ayğırının ayaqlarına oxşayan ayaqlarımı yerimək arzusunda olan topal bir adama calayarsınız. Mən həyatım boyunca çox qaçmışam, bəsimdi. O gün Bakıya sünnət toyuna gələn Cennifer Lopez isə elə bir yerini donor kimi vəsiyyət edib ki, artıq Ceniferin dalının arzusuyla dalbadala düzülmüş donorlar hərraca başlayıblar. Sözümün canı, elə bir gün yoxdur ki, dünya mediasında harasınısa kiməsə verməyə hazır olan məhşurlardan danışılmasın. İndi gör mənim başıma nə gəlib; bizim bu yazıçı Seymur Baycan, oxuyub belə sarsaq xəbərləri və qərara gəlib ki, həyat fanidi, gedim mən də bir donorbaz vəsiyyət yazım, bəlkə, bir zibilə yaradı. Zəng vurdu ki, mən də dünya məhşurları kimi hər hansı bir qəzavü-qədərə ürcah olarsam – ancaq telefonda hiss etdim ki, bunu deyəndə qulağını dartıb “mumuç” dedi – bu cür yaraşıqlı vücudu torpağın altına aparıb sarsaq kərtənkələlərə, min cür bör-böcəyə yem etməyim. Qoy mənim bədən üzvlərim, heç olmasa, ehtiyacı olan xəstə bir akseptor oxucumun həyatını xilas etsin. Hiss etdim ki, bunu deyəndə xətdə kövrəldi. Dedim gəl gedək bu işlərlə məşğul olan bir tibb müəssəsinə, orda səni müayinə etsinlər, hansı orqanın yararlıdırsa, onu nəzərə alacaq və özlərində qeyd edəcəklər. Nəsə, yığışdıq getdik. Həkim əlində bədəntanıyan aparat Seymurdan soruşur ki, hansı orqanlarını donor olaraq verməyi düşünürsən? Həkimin sözünü ağzındaca kəsdim və doktor türkiyəli olduğu üçün türkcə dedim: “Komple alın, oğlum”. Həkim bildirdi ki, müayinə olunmalıdır, hansı orqanı yararlıdırsa, onu qeyd edəcəyik. Seymur ilk olaraq qulaqlarını təklif etdi. Türkiyəli doktor bir xeyli donor yazıçımızın bu qulağından girib, o biri qulağından çıxandan sonra eynəyini çıxarıb bayaqdan qapının ağzında mürgüləyən və kosmetik əməlyyata gələn qadınların Qvazemodanın belinin donqarına oxşayan burunlarına, sünnət olunmağa gələn, ancaq başına, daha doğrusu... nəysə... gətiriləcək oyunladan intiutiv xəbər tutub bağıran oğlan uşaqlarının məlum yerinə iştaha ilə baxıb yalmanan gonbul bir pişiyi göstərib dedi: “Əfəndim, siz bilirsinizmi, o pişik bu qulaqlardan gündə neçəsini yeyir? İstəyirsənizsə, qeyd edim, ancaq heç bir kar xəstə bunlara yiyə durmayacaq, biz də məcbur olub onları da bu pişiyə atacağıq, çünki kar eşitmək istəyir, daha da kar olmaq yox”.

Seymur bir az pərt oldu, sən demə, o öz qulaqlarını Qəbələ RLS-i zənn edirmiş. Həkim soruşdu ki, daha nə təklif edirsniz? Yazıçı dostum qayıtdı ki, gözümün birini. Həkim yenə işə girişdi və nəticə: “Yaxşı gördüyünüzə əminsinizsə, burda mənə elə bir şey göstərin ki, burdadır, amma burda yoxdu”. Dostum da söz altında qalmadı: “Sizə assisentlik edən qız, burdadır, amma indi burda yoxdu”. Uzaqdan baş barmağımı yuxarı qaldırıb, “əla cavabdır” işarəsi göstərdim. Həkim də gözünün mənfi yeddiyə yaxınlaşdığını bilsə də, üstünü vurmadı, cavabdan razı qaldığına görə gözün birini korlar üçün qeyd etdi.

Həkim daha sonra təklif etdi ki, bəlkə, daxili orqanlara keçək, məsələn, ürəyinizə. Seymur qəti etiraz elədi: “Doktor, mənim kimi adamın ürəyi ilə başqası yaşaya biməz, mən özüm onun öhdəsindən birtəhər gəlirəm. Mənim bütün sevgim, əzablarım ordadır, mən özümü orda basdırmışam, gəlin, insanları bədbəxt etməyək. Mən hələ diriykən bu ürəyi yaşamaq üçün çoxlarına verdim, üç gün keçmədi ki, özümə qaytardılar, daşımağa, yaşamağa gücləri çatmadı. Doktor, ürəyimə toxunmayın, mənim bu dünyada olduğu kimi, o biri dünyada da, yəqin ki, bircə yoldaşım olacaq: o da mənim ürəyim. Amma qaraciyərimdən iki şişlik verə bilərəm”.

Türkiyəli həkimlə çoxdanın tanışı olduğum üçün o üzünü mənə tutub kədərli-kədərli dedi: “Abi, bunu hardan tutub gətirmisən? Və pəncərəni açıb siqaret yandırdı. /simsar.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.