Postmodernizmin canlı klassiki romanlarını necə yazır?
22.01.13

Postmodernizmin canlı klassiki, Amerika yazıçısı John Barth-ın (təv. 1930) "Paris review" jurnalına müsahibəsindən


JURNALİST


Mənim William Gass ilə John Gardner-in deyişməsindən çox xoşum gəlir: Gardner deyir ki, kitablarını hər bir kəsin sevməsini istəyir. Gass isə qayıdır ki, bacısını, yaxud qızını hər bir kəsin sevməsini istəmədiyi kimi kitablarının da hamı tərəfindən sevilməsini istəməz. Siz hansının tərəfindəsiniz?


BARTH


Gass rəhmətlik Gardner-i sevgi ilə şəhvani hissi qarışdırdığı üçün tənqid edirdi. Bunlar ayrı-ayrı şeylərdi.


Belə deyək də, mən anadangəlmə və temperamentcə romançıyam. Bir tərəfdən populyar mədəniyyətdən rişələnməsi romanın hörmətə layiq cəhətidir. Amma digər tərəfdən romançılıq bir sənət növüdür. Biz romançıların içində bunların hər ikisini bir əldə tutmaq kimi gizli bir istək var: həm inanılmaz gözəlliyə malik olan, həm də populyar olan roman yazmaq (Charles Dickens-in etmiş olduğu, yaxud indi Gabriel García Márquez-in elədiyi kimi). Amma qaz vurub qazan doldurmaq üçün yox, qəlblərə yol tapmaq üçün. Bayağı səslənir, hə? Lakin əksər romançıların arzusu məhz budur: çağdaş nəsri izləyən sadiq, peşəkar oxucu kontingentindən bir az kənara çıxmaq.


Etiraf edim ki, bu, mənim də yolgöstərən ulduzumdur. Lakin mən əslində həvəskar dənizçiyəm və bu səbəbdən şturman kimi də həvəskaram; mən heç vaxt yetişmək istədiyim mənzili yolgöstərən ulduzlarımla qarışıq salmıram. Mənim romanlarımın heç biri o miqyasda populyarlığa malik olmayıb və heç düşünmürəm ki, haçansa olacaq.


Amma əgər olacaqsa, buna yalnız sevinmək olar. Düşünürəm ki, bu mənada romançılıq mahiyyəti etibarilə Amerikan janrıdır.


Mən Amerikan romanlarını nəzərdə tutmuram, metaforik mənada Amerikan deyirəm: mühacirlərə və həvəskarlara qucaq açmasını nəzərdə tutaraq.


Mən bədii səviyyəcə ecazkar, eyni zamanda adi oxucuya çatımlı ədəbiyyatı sevirəm.


Lakin bu o demək deyildir ki, mənim Chesapeake-dəki qonşum James Michener* olmaq kimi gizli bir arzum var.
________

*James Michener (1907-1997) - Amerika yazıçısı, 25-dən çox romanın müəllifi


JURNALİST


Daha çox oxucu qazanmaq üçün kitablarınızda nəyisə dəyişər, güzəştə gedərdinizmi?


BARTH


Gedərdim, amma bacarmaram. Mən təzə bir işə başlayanda həmişə düşünürəm ki, “Çox bəsit bir şey alınacaq. Çox bəsit bir şey olacaq.” Amma axırı heç vaxt belə olmur. Mənim təsəvvürüm mürəkkəblikdə rahatlıq tapır. Axı, həyatın böyük bir hissəsi, heyran olduqlarımızın böyük bir hissəsi mahiyyətcə mürəkkəbdir. Mənim anlayışımda dünyada ən mürəkkəb iş elə sadə ola bilməkdir. Elə yazıçılar var ki, onların dəhşətli dərəcədə mürəkkəb şeyləri sadələşdirmək istedadı var. Mənim istedadım haqda isə bunun tam əksini söyləmək olar: nisbətən sadə şeyləri götürüb onları divanəlik dərəcəsindək mürəkkəbləşdirmək. Məsələnin kökü də elə bundadır: kimsə özünü dərk edir, kimsə də başqa birisi olmaq riskinə girir.


JURNALİST


Övladlarınız kitablarınızı sevirmi?


BARTH


Mən bilmirəm, o qırışmallar, bu kitabları oxuyurlar, yoxsa yox. Məncə, yeniyetmə olanda  xəlvətdə oxuyardılar, amma sonra böyüdülər, kimisi alim oldu, kimisi də biznes adamı. Məncə, onlar xoşbəxtdirlər ki, dədələri müəyyən bir dəyər kəsb edən yazılar yazır. Amma oxuyurlarmı? Bax bunu bilmirəm. Söhbətimiz bitən kimi onlara bir-bir zəng edib soruşacağam./oxuzali.az/

Yenililklər
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.