Ədalət Əsgəroğlu: "Dostbazlıq etməsinlər"
23.01.13

Azərbaycan Yazıçılar Birliyinin (AYB) "Azərbaycan ədəbiyyatının gələcək inkişafı və yazarlara dəstək məqsədi ilə"  təsis etdiyi mükafatın ilkin siyahısı bir neçə gün əvvəl açıqlandı. 

Yanvarın 21-də mükafat komissiyasının sədri, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla Azərbaycan Yazıçılar Birliyinin sədri Anara məktub yazaraq, işlərinin çoxluğunu əsas göstərib, sədrlikdən azad olunmasını xahiş edib.

Yanvarın 22-də mükafata şeirlər kitabı təqdim etmiş Aqşin Yenisey də mükafatdan imtina etdiyini açıqlayıb. Mükafatın ilkin nəticələri açıqlanandan sonra komissiya sədrinin imtinası və Aqşin Yeniseyin geri çəkilməsi bir sıra suallar yaratdı.

Məsələ ilə bağlı Aqşin Yeniseyin münasibətini öyrəndik. Onun sözlərinə görə, müsabiqənin AYB tərəfindən keçirilməsindən xəbərsiz olub:

- “Sözün açığı mən bu müsabiqənin Yazıçılar Birliyi tərəfindən keçirildiyini bilmirdim. Elə bilirdim, bu müsabiqə mədəniyyət fondu tərəfindən keçirilir. Ona görə də kitabımı mədəniyyət fondunun keçirdiyi müsabiqəyə təqdim etmişdim. Amma sonra məlum oldu ki, bu müsabiqənin yiyəsi yenə də Yazıçılar Birliyidir. Yazıçılar Birliyinin indiyə qədər keçirdiyi müsabiqələrdə olduğu kimi, burda da mütləq şəxsi münasibətlər rol oynayacaq. Ona görə də, bəri başdan öz imzamı ləkələməmək üçün, öz imzamın namusunu qorumaq üçün geri çəkildim. Yenə deyirəm, əvvəlcədən bilmirdim bu müsabiqəni AYB keçirir.

“Müsabiqə başlayanda mətbuatda dəfələrlə yazıldı ki, bu müsabiqəni Yazıçılar Birliyi  elan edib. Necə olur, siz bundan xəbərsiz olmusunuz?”sualına Aqşin Yeniseyin cavabı belə olub:

“Mən müsabiqə haqqında olan informasiyalarda oxudum ki, müsabiqəni AYB Slavyan universiteti ilə bir yerdə keçirir. Orda həm AYB-nin təmsilçiləri, həm də Slavyan Universitetinin münasifləri var. Mənim Azərbaycan yazıçısının həqiqətə tapındığına inamım yoxdur. Kimsə Kamal Abdullanın istefası ilə mənim geri çəkilməyim arasında bağlılıq axtarmasın. O, Kamal müəllimin verdiyi qərardır, bu mənim fikrim. Sadəcə, bu, təsadüf nəticəsində üst-üstə düşdü. Mən başa düşdüm ki, Milli Kitab Mükafatında söhbətlər hansı səviyyədə gedirsə, burda da eyni məsələ olacaq. Artıq qaliblər bəllidir, 10 min manat pul bölüşdürülüb. Mən orda niyə olmalıyam? ”

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu Oxuzali.az-a açıqlamasında bildirib ki, mükafat komissiyasının sədri  Kamal Abdullanın məktubuna müsbət cavab verildikdən sonra, onun yerinə xalq yazıçısı Mövlud Süleymanlı sədr təyin olunub.

“Bununla yanaşı müsabiqədə başqa bir yenilik var. “Azərbaycan” jurnalının nəsr şöbəsinin rəhbəri yazıçı Məmməd Oruc komissiyaya əlavə olunub. Aqşin geri çəkilibsə, bu onun öz seçimidir.  Yazıçılar Birliyinin burda heç bir günahı yoxdur. Məsələyə baxılar və yəqin ki, onun yerinə kimsə başqa birisi əlavə olunar”.

Aqşin Yeniseyin ittihamlarına gəlincə Ədalət Əsgəroğlunun mövqeyi belə olub: “Mövlud Süleymanlı sədrdir, bütün səlahiyyətlər onun əlindədir. Dostbazlıq etməsinlər, gerçəkliyi əks etdirsinlər. Necə ki Kamal Abdulla neytral bir adam idi, Mövlud müəllim də elədir. Burda Yazıçılar Birliyinin nə günahı var? Bu məsələni biz yazıçıların vicdanına buraxmışıq. Möhkəm dayansınlar, kim layiqdirsə, mükafatı ona versinlər. Bura Anarın, yaxud başqa vəzifəli şəxsin heç bir dəxli yoxdur. Yazıçılar Birliyinin sədrinin hansısa müdaxiləsindən söhbət gedə bilməz”.

Xatıradaq ki, müsabiqədə hər biri 2 min manat olmaqla 5 nominasiya üzrə qalib elan ediləcək. /oxuzali.az/

Yenililklər
18.10.19
“Bir şeir” yarışmanın qalibləri mükafatlandırıldı
18.10.19
Türkiye üzerinde oynanan satranç oyunu
16.10.19
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrlərinin təqdimatı keçirilib
15.10.19
"Buker"in qalibləri Marqaret Etvud və Bernardin Evaristo oldu
15.10.19
Ülvi ruhun sərhədsizliyi... - Nina Simiç Serbiyadan yazır
15.10.19
"Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub" - Tuğrul Tanyol ilə müsahibə
11.10.19
Peter Handke - Nəzarət şurasına təbrik sözü
10.10.19
"Azərbaycan universitetləri ilə sıx əlaqələr qurmağa çalışırıq" - Müsahibə
10.10.19
Nobel mükafatı bu yazıçılara verildi
10.10.19
Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
09.10.19
“Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabının təqdimaı keçirilib
04.10.19
Ədəbiyyat İnstitutunda xarici yazarlarla görüş keçirilib
04.10.19
“Akademik Məmməd Cəfər Cəfərov - Ədəbiyyat nəzəriyyəçisi” kitabı işıq üzü görüb
03.10.19
Əhməd Ağaoğlunun “Mən kiməm?” kitabı işıq üzü gördü
03.10.19
Mərkəzi Elmi Kitabxanada “Çincə-Azərbaycanca lüğət” oxucuların istifadəsinə verilib
03.10.19
Bakıda Avropa Film Festivalı başlanıb
02.10.19
Kənan Hacının "Məşədi Azər təzkirəsi" adlı kitabı çap olunub
02.10.19
İmadəddin Nəsiminin 650 illiyi münasibətilə poçt markaları buraxılıb
02.10.19
Qorunan milli dəyərlərimizin təbliğ olunduğu ünvan: Milli Dəyərlər Muzeyi
02.10.19
Vüqar Əhməd Hindastanda "Ayın şairi" seçildi
30.09.19
"Nesimi. İrak divanı" kitabı təqdim olunub
30.09.19
Yeni aşıq şeiri antologiyasının təqdimatı keçirilib
26.09.19
Türkiyədə Vurğun Əyyubun anma mərasimi keçirilib
26.09.19
Şairlərimiz Dünya Yazarlarının Belqrad Görüşündə
24.09.19
Opera və Balet Teatrının oktyabr repertuarı zəngindir
24.09.19

VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunacaq

24.09.19
Atatürkün ad qoyduğu xanım, milyonerin musiqiçi əkiz övladları... - FOTOLAR
23.09.19
Bəsirə Əzizəli - Məhəmməd İqbalin “Zarb-i Kelim” əsərində qadın
23.09.19
Etibar Kərimli - "Sehirbazlar dərəsi"nin postmodern "tilsimi", yaxud şərq Hamleti yaratmaq cəhdləri?!
20.09.19
Gülhüseyn Hüseynoğlunun kitabının təqdımatı oldu
18.09.19
BMT Pikassonun “Gernika” əsərinə görə İspaniyadan üzr istəyib
18.09.19
Vasif Əlihüseyn - Elə gözəl idi dizimdəki yaraların qurumuş qaysaqlarını qoparmaq
18.09.19
Vüqar Əhməd - Aktyorun dəfni
16.09.19
“Ədəbi Proses – 2018” elmi-yaradıcılıq müşavirəsi
16.09.19
Türk rənginin - Turkuazın hekayəsi
12.09.19
Ayhan Miyanalı - 40-ncı sınaq
12.09.19
Rəşad Məcidin “Qələmsiz yazılanlar”ı
12.09.19
İsa Həbibbəylinin yeni monoqrafiyası çap olunub
06.09.19
Naxçıvan Dövlət Tarix muzeyi - 95
06.09.19
Ramil Əhmədin “İki Şəhərin Yazıları” adlı kitabının təqdimat və imza günü keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.