Aliq Nağıoğlu - Qəribə hisslər
29.01.13

Hekayə

Saat ikiyə qalırdı. Doğulub boya-başa çatdığı kəndə get­məyə hazırlaşırdı. Orta məktəbdə müəllimə işləyən həyat yol­daşı hələ məktəbdən qayıtmamışdı. Fi­­kirləşirdi ki, gö­z­lə­mə­yinə gözləyib, bir az da döz­sün. Son günlər yek­nə­sə­qli­k­dən darıxırdı, amma sə­bə­bi­ni bilə bilmirdi. Yaş öz işini gö­rü­r­dü, ortada isə hələ bir şey yox idi. Zövq alacağı mə­ş­ğu­liy­yət qal­ma­mış­dı. İşi vardı, əmək haqqı alırdı, kollektivdə başı qarışırdı, ancaq di gəl, nəsə kefi açılmırdı, sə­bə­bi­ni özü də anlamırdı. Ona görə dünəndən beyninə bu fikir hakim kə­sil­­mişdi: bir az gəzişmək, mühiti də­yiş­mək lazımdır, yaxın qonşu kənddə yaşayan ata­sı evinə baş çəkər, hal-əhval tutar. Bir aydır ki, aza­d­lı­­ğa çıxan uşaqlıq dostunu görmək də bo­r­cu­­dur. Za­rafat deyil on beş il günəgün yatmaq ağır sınaqdır. Qəribə-qəribə şeylər eşitmişdi ondan...

– Əə-ə, burda niyə durubsan, harasa gedənə ox­şa­yır­san, – həyat yoldaşı idi, nə vaxt gəlmişdi, onu görməmişdi.

– İstəyirəm bir kəndə tərəf gedim, dədəmi, mə­zar­lı­qda uyu­­yan­ları yaman ürəyim istəyir, sənin gəl­mə­yini göz­lə­yir­dim, günortanı yemişəm, çayı da təzə dəmləmişəm.

– Heç ömründə yeməyini dədəngilə salmadın da, – birgə yaşadıqları otuz ildə həyat yoldaşının də­fə­lərlə səs­lən­di­r­di­yi bir cümlə də bu idi. Ancaq mək­təbdən hər dəfə ol­du­ğu kimi yorğun, əsəbi qayıt­dı­ğın­dan cavabını vermədi.

***

Kəndin içindən keçən, təxminən otuz il bun­dan əvvəl ba­­sılan asfalt tamam dağılmışdı: son­ra­dan vaxtaşırı tökülən daşlı-çınqıllı qumun iri daşları bö­yü­yən çalalarda batmış, qu­munu isə aram­sız yağan ya­ğış­lar yuyub aparmışdı. Ya­şa­dı­ğı kəndlə doğulub boya-başa çatdığı kəndarası yol boyu dəmir yol ke­çi­di­nə kimi yeni üslubda, yaraşıqlı evlər sa­lı­n­m­ış­dı: bu ev­lərin sahibi son zaman parlayan böyük im­ka­n­lı­lar sa­yı­lır­dı və daş hasara alınan həyətləri də olduqca geniş idi. Əvvəllər bir kilometrlik bu yolun hər iki tərəfi sovet tə­sər­rü­fa­tının əkin yerləri sayılırdı və o vaxtlar ətraf kəndlərin sa­­kinləri çox məhrəm idi. Bir-bi­rinin xeyir-şər iş­lə­rin­də iştirak edən camaatın qa­ran­lıq çökəndən sonra geri qa­yı­tmaları bəzən müş­kü­lə dönürdü: çünki yolun meşə zolağının için­dən keçən hissəsində qış aylarında yırtıcı heyvanların in­sa­nlara təhlükəli hücumları mütəmadi baş verirdi.

O, həmişə bu yolu piyada getməyi xoşlayırdı: ən azın­dan fikirləri ilə baş-başa qalırdı, ətrafdakı ən xırda də­yi­şi­k­lik­­lərə diqqət yetirirdi, nələrisə nə­zə­rin­də saxlamağa ça­lış­ır­dı. Niyə o beləydi özü də an­la­mır­dı, niyə o narkoman, alkaş de­yi­ldi; əclaf, yaltaq doğulmadı- bunları izah edə bilmədiyi kimi, qeyri- müəyyən xasiyyətinin izahını da yozmaqda aciz qalırdı.

Doğma kəndin sərhəddinin ilk metrindən əsl asfalt baş­­la­yırdı: keçən il yolun bu hissəsini kəndin çox imkanlı sa­­hibkarı basdırmışdı. Deyirlər, o, oğ­lu­nun toyunu kənddə də ça­ldırmaq fikrinə düşür: qo­naq-­qaranın həm çox, həm də sə­­­viy­yəli olacağını görüb təzəlikcə tikdirdiyi əzəmətli mü­l­kün önünə bir ki­lometrlik məsafədə təcili olaraq keyfiyyətli as­falt basdırır. Sonra, nədənsə toy kənddə baş tutmur, lakin yol əhvalatı yaddaşlarda bu hadisə ilə bağlı qalır.

Bir az aralıda, sahibkarın mülkünün tarazında uşaqlıq dostu Qəşəm görünürdü. Uzun boylu, lopa bığ­lı bu adam əlində çubuq irəli-geri yeriyərək do­da­qal­tı mızıldanırdı. “Nə yaxşı oldu Qəşəmlə rast­laş­dım, yəqin yolqırağı hevanları otarır, görüşüb dər­d­lə­şə­rik”. Ürəyi uçunurdu, Qəşəmin ina­d­kar dolanışığa bağlılığı ona qarşı yaxşı mənada həsəd ya­rat­mış­dı.

Dostu növbəti dəfə geri dönəndə onu gördü, ad­dım­la­rını yeyinlədib çatdı, qucaqlaşıb öpüşdülər.

– Ay qardaş, çoxdandır görüşmürük səninlə. Necəsən, zəmanə ilə neynirsən, ev-eşik, balalar?

– Min şükür, hələ ki hər şey yaxşıdır. Bilirsən də sənə də­yməmiş pələddən o yana adlaya bil­məz­dim, canınçün... Ancaq bəri başdan deyirəm: evə get­­mə­yəcəyik, başqa vaxta qalsın. – Qəşəm qara lopa bığlarına sığal çəkə-çəkə başını yellədi:

– Nə danışırsan ə-əə, sən bilirsən kimsən: le­qen­da­­rnıy Əliş, otuz beş il əvvəl səni belə çağırırdılar. O vax­tdan ikinci bir adam məktəbi sənin kimi bitirə bil­mədi. Qağacanı, mən bunu şənliklərdə həmişə fəxrlə deyirəm. – O, utancaqlıqla dos­­tunun əlini əllərinə aldı:

– Sağ ol əzizim, Allah səndən razı olsun. Sorağın qu­la­­ğıma yaxşı gəlir. Müəllimliyindən, el şən­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­liklərini apa­r­ma­ğın­dan, məntəqədəki fəaliy­yətin­dən məlumatlıyam. Allah səni pis nəzərdən saxlasın, kis­­binə bərəkət versin. – De­yi­lə­n­lər yağ kimi canına ya­­yıl­­dığından dostu aşağıda yaşıl göy­lük­də otl­a­yan inəkləri unudub ona qoşuldu, keçidə tərəf ad­­dı­mladı. Bu pa­yız məntəqəyə yağışlar tez düşdüyündən sa­hə­­lərdə yaxşı ot əmə­lə gəlmişdi: heyvanlar sanki hörüyə vu­ru­lubmuş kimi heç hara tərpənmirdilər.

– Ay qadan alım, bəri bax ey, zəmanə yavadır. O vax­tın kitablarında biz oxuyardıq ki, Amerikada, Türkiyədə, nə bi­lim daha hansı kapitalist ölkəsindəsə bizim təki insanlar do­­­lan­maq üçün beş-altı iş aparır­mış­­lar, şəkk edərdik. Sənə deyim, sadaladıq­la­rın­­­dan savayı, mən hələ uşaq da ha­zır­la­yı­­­ram, bərkgedən kən­din bələdiyyə vergisini də yığıram, vaxt tapanda tə­­sərrüfata da əl atıram; bəri bax, yoldaşım da hə­­­ki­mlik edir. Min şükür, day nə olmalıyam-qazançı Adə­­min oğluyam da, milyonçu olmayacam ki-də­dəm ömrü boyu on baş külfəti qara motosikletlə do­lan­dır­dı, axırda qazancı o oldu ki, bir ayağı çürüdü, kəs­dilər. Yadındadır, kənd so­ve­ti­nin qara siyahısına bir evə dörd baş qoyundan yuxarı düş­mə­mək üçün səhəridiri gözlü taxıl zəmilərində açırdıq. İndi qa­­ba­ğını kəsən var, isəyirsən min baş saxla. Başarana can qur­ban! – Dostu danışa-danışa hər dəfə sağ əlini onun çi­y­ni­nə vururdu. “Əşi bunun ürəyi lap doludur ki... Görəsən bu­n­la­­rı necə çatdırır.”

– Qəşəm sağlamlığına fikir ver, hələ uşaqların ba­­­la­ca­dır, qaçhaqaç deyil ki, can düşəndə xəbər elə­mir. Maşın al­dı­ğ­ını da eşitmişəm, Allah xeyir versin...

– Maşınsız keçinə bilmirdim, canım haqqı. Çox sağ ol! İndi hər yerə maşınla gedirəm. Nə giz­lə­dim, ən çoxu gecə toy­dan çıxanda dadıma çatır. Mə­nim­ki iri təkərlilərin ya­nında heç nədir, yenə min şükür, na­razı deyiləm. Gərək qa­pıda hər şey ola, özün bi­lir­sən bura baxmırlar-sağ əlini gi­cgahına tuş­la­dı-bura ba­xır­lar-həmin əlini sağ cibinə saldı. Onlar artıq da­­nışa­-da­nışa dəmir yol keçidinə ça­t­mış­dı­­lar. O da­yandı, dostu ilə söhbətdən ürəyində qəribə his­slər baş qal­­­dı­r­mışdı:

“Dirilər kimi, dünyasını dəyişənlərın ruhu da ya­xın­la­rı­nı gəzir, burdan qəbiristanlığa yaxındır. Düz­dür, beş-on il bu­ndan əvvəl özüm də sıxıntı, ça­tış­­mazlıq içində ço­ba­la­yır­dım. Şükür ki nisbətən yün­gül­­ləşmişəm, amma çətinliklərim çox­dur, canımız sa­la­mat olsun, bir ucdan edərik. Yadıma gəlir, Qəşəm beş il qabaq şeir deyənə acı həsədlə baxırdı. İşə bax ha, indi şənlik məclisləri onsuz ötüşmür. Deməli, çö­rə­yi ve­rən də, alan da Allahdır...”

– Səni görəndə, nəsə həmişə rahatlıq tapıram, ya­şa­ma­ğa ümidim artır, ancaq uşaqıq məğrurluğunu sax­lamısan. Qa­yıdan başı bizə dəyərsən, gözləyəcəm, sən mənimçün hər za­­man arzuladığım dostsan, – uzun boyunu əyib yanağından öpdü.

Sağa burulub relslərin arası ilə yeridi. Dəmir yo­lundan post götürüləndən çox bədbəxt hadisələr tö­rəmişdi. Deyirlər, hət­ta bu yaxınlarda rayon mər­kə­zin­dən fabrik fəhlələrini gə­ti­rən köhnə avtobus düz keçidin üstündə sönür, içəridə olan iyi­rmi işçi möcüzə nəticəsində sağ qalır. Son bədbəxt hadisə tən­­­­­­­­­­­zimləyici qatarın minik avtomobilini əzməsi nə­ti­cə­sində ca­van sürücünün ölməsi idi. Dünyasını də­yiş­ən gənc son­be­şik qardaşının qaynı idi, qəfil oğul itkisi gözlənilmədən va­r­la­­­nan atanın belini əy­miş­dı. “Zaman hər yerdə insanları də­yi­­şir, dolanışıq adam­­ları ağıllarına gətirmədiyi yerlərə apa­rıb çı­xarır. Bu kəndin də cavanlarının əksəriyyəti pul qaz­an­maq üçün xarici şəhərlərə üz tuturdular. Yeniyetmə gənc müs­­təqil həyata qədəm qoyan təki bahalı maşını, bər-bəzəkli ima­rəti, güclü sahibkarlıq fəaliyyətini görüb təəccüblənirdi. Sanki kitablar, şeirlər, sa­vad­lan­­maq haqqında fikirlər toy şən­liklərində səs­lə­nə­ndə yada düşürdü. Əvvəllər ya özü, ya da həyat yol­da­­şı təhsil almış ailələr, əslində övladlarını oxu­t­maq­da çətinlik çəkirdilər. Təhsili olmayan imkanlı ayıq tər­­­pənirdi: uşaqlarını ya pullu məktəblərdə ox­ut­du­rur, ya da re­pe­ti­tor-müəllim yanına göndərirdi.”

Aşağıda qəbiristan görünürdü, ehtiyatla dəmir yo­­­lun­dan endi. Axır zamanlar ölənlərin sayı artd­ı­ğın­dan əlavə iki he­k­tara yaxın sahə də dəmir çu­buq­la çəpərlənmişdi. Giriş qa­pı­sından içəri girəndə, al­çaq boylu ağzı yaşmaqlı tan­ı­ma­dı­ğı qadın qabağını kəsib əl açdı. Sədəqəni uzatdı, talvarın al­tında da­ya­nıb ümumi “fatihə” verdi. Onun yaxınları ağız tə­rəfdə bas­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­­dırılmışdı. Uzaqda dayanan 13-14 yaş­la­rın­da sa­rı­baş oğlan onu görcək yanına qaçıb dayandı. Əlində balaca ki­tab­ça vardı, başı ilə işarə elədi ki, baş­lasın.

Oğlan işini görüb haqqını aldı. Onun nəzərləri hey­kəli qo­­yulan məzara dikildiyindən ora yaxın­laş­dı. Burada uyu­yan, atası ilə əmiuşağı idi. Qəbirüstü abidə isə sonradan gö­tü­­rü­­l­müşdü. Mərhumun iki oğlu xaricdə böyük iş adamları idi, özü iyirmi il olar­dı dünyadan köçmüşdü. Lakin doqquz uşa­ğı bö­yük əziyyətlə, zillətlə böyüdən arvadı hələ sağ-sa­la­mat yaşayırdı. Xeyir işlərdə məşhur müğənnilərlə qol-bo­yun olub şəkil çəkdirirdi. Uşaq hafizəsində uzun müddət ma­ğmın kənd naxırçısı kimi qalan hey­kəl­li mərhumla bağlı bir əhvalat düşdü.

Deməli, yaz günlərinin birində, səhər çağı uzun ço­ma­ğı­na söykənən kənd naxırçısının qəmgin görkəmi ata ba­ba­sı­nın nəzərindən qaçmadığından ona yaxınlaşır. Səbəbini so­ru­şur, göz yaşlarını sax­laya bilməyən naxırçı:

– Tifillərim qırılacaq, məşədi, sənə qurban olum, na­xır­çılığım əlimdən çıxıb, – zarıya-zarıya onun ayaqlarına dü­şür. Kəndin sayılıb-seçilən kişisi naxırçını qaldırır, sa­ki­t­lə­ş­dirir. Camaatın yığılmasını gözləyir, sonra amiranə səslə üzü­nü onlara tutur:

– Obalı camaatı, düzdür kəndçiliklə ağır gü­zə­ra­nımızı sürürk, ancaq içimizdə elələri var, bizim ver­­di­yimiz çörək pu­luna gözünü dikib. Böyük ailə, azyaşlı uşaqların taleyi, sa­baha sağ çıxması bizdən ası­lıdır. Bu fəqirin əlindən başqa iş də gəlmir, ona görə içi mən qarışıq, qaytaraq mal-qa­ra­mı­zı naxıra, – a­dətən yaz ayları köp halları çox olduğundan əhali he­yvanları özü otarmağa üstünlük verirdi. El ağ­saq­­qalının məsləhətindən sonra, hamı bir nəfər kimi gös­tə­rişə əməl edir. Beləcə ağır külfət aclıq təh­lü­kə­sin­dən sovuşur. Bu ai­lə­nin xaricdə yaşayan iki oğlu böyük sərvətə yiyələnəndən sonra ad-so­yad­­larını də­yiş­miş­dilər. Lakin, nədənsə, bu ağırlığın yükünü çəkən valideynlərə bugünki nağılvari şəraiti görmək əksər zaman nəsib olmur. İndi içində qəribə hissləri keçir­dik­cə istər-istəməz kövrəldi. “Kəndlilər can­la­rı­nın qədrini bilmir, an­caq ümidlərini qara torpağın altına bağlayırlar. O sə­bə­b­dən də imkanlı övladları qəbirlərin üstünü düzəldir, bö­yrü­n­də bəzək şeyləri əkirlər.”

Kəndə getmək fikrinə düşəndən hisslərin, du­y­ğu­ların bu­rulğanında idi.Amma yüksəlişdənmi, ya nədəndi, mə­za­r­lı­q­­dan çıxınca, bu xatirələr daha onu bir o qədər də çə­k­mir­di, indi hər şeyi həmin il­lə­rin, ər­­gən­lik çağlarının bircə sa­atı­na qurban verməyə hazır idi.

Gün günorta olduğundan heç kəs gözə də­y­mir­di.Çox də­yişmişdi uşaqlığının keçdiyi kənd. Kə­n­da­ra­sı yolları hün­dür daş hasarlarla əha­tə­lən­miş­di. Bu ha­­sar­lar malalanmışdı, bəzi yerlərdə zövqlə, səliqə ilə rənglənmişdi.Orda-burda üç­mə­r­təbəli evlər diqqət çəkirdi.Damların üstü ən müasir rəng­li örtüklərlə əvəz­lənmişdi. Kəndin içinə, bəzi ara kü­çə­lərə, ev­­lərin iri darvazalarına qədər təzə asfalt ba­sı­l­mı­ş­dı. Do­­ğu­l­­du­ğu evə gedən yolun yarısı da belə idi.

Xaricdə oxuyanda, işi ilə bağlı uzaq səfərlərdə olandabu­ra­dakı hava da ona doğma gəlirdi, mü­qa­yi­sə edirdi; uşaq­lı­ğ­ının keçdiyi yerlər, palçıq evlər xəy­yal­la­rın­da, arzularında ya­şamışdı, onları özündə əks et­di­rib yaşatmışdı. Bəlkə elə bu səbəbdən insan do­ğu­lub-bö­yü­düyü torpağa nə vaxt ayaq basırsa, özündə ol­mur, duyğularının axarına düşür.

Ata evinin dəmir darvazasının arxası bağlı idi. Qar­da­şı­nı səsləsə də cavab gəlmədi. Bir az keçmiş qonşu həyətdən qa­ra­ya­nız, çəlimsiz oğlan uşağı qaça-qaça gəldi, gülə-gülə əl verib görüşdü.

– İt açıq olduğundan baba qapının dalını vurur, naşı adam girəndə qapmasın. Öz həyətimizdən keçib ça­­ğıraram, bu saat, – gəldiyi kimi geri qayıtdı. Hə­yət­dən qoyun sadırının iyi vururdu. Atası qocalsa da, qoyun saxlamağa davam edirdi. Bir az keçmiş qa­pı­nın arxasından zəhmli “poşolt, köpə­yoğ­lu­nun iti” səsi gəldi, dalınca bala qapının linki çə­kil­di:

– Bu da, baba, – qaraca irəli çıxıb arıq, üzü tüklü, nimdaş gödəkçə geymiş kişini göstərib du­rux­du.

– Gəl-gəl, xoş gəlibsən, – kişi əlini ona sarı yellədi, – qa­pıda dayanma, mənim yanımda cummaz. – İtə tərəf da­yan­dı. – Əcnaf necə baxır, elə bil deyir: yiyə-mənəm, it-sən. Bu, özümüzünküdür, Coni, – it quyruğunu bulaya- bulaya ge­­­­riyə çəkilib yanı üstə çöməldi.

O, əl verib görüşdü, atasının saqqallı üzündən öpdü.

– Nə var, nə yox, neyniyirsiz? Saqqalı vaxtlı-vaxtında qır­x­madın da...

– Gözüm görür ki... Birtəhər dolanırıq, hamı necə, biz də elə. Siz necəsiniz, – danışa-danışa hə­yə­tin qabaq his­sə­si­nə yeridilər. Gəlin onu görcək qu­ca­ğın­dakı ağlayan qız uşa­ğı­nı yerə qoyub gəldi:

– Xoş gəlibsən, qağa, böyük gəlin necədir?

– Salamları var, məktəbə görə gələ bilmir, ancaq la­leyk idi gəlsin, dilindən düşmürsən. Uşağı yer­dən götür, qoy­ma ağ­lasın, – dedi. Duruxsa da, özü onu yerdən qaldırdı, yaşlı üzün­dən öpdü. Kişi :

– Gəlsənə çöldə oturaq, hava yaxşıdır, burda stol-stul var, – dedi. Hər ikisi üzüm tənəkinin al­tında üz-üzə oturdu. Gün düşməsə də bura həmişə bürkü olurdu. Qaraca oğlan ya­­xınlaşıb:

– Gəlinbacı dedi Aykanı versin, yoxsa səni incidər, –uşağı ondan alıb içəri otağa apardı.

Kişi bir neçə dəfə udqundu, başını qaldırıb nə­zər­­­lə­rini onda saxladı:

– Gec-gec görünürsən, elə mən də... Uzaq vi­la­yə­t­də iş­lə­yəndə tez-tez gəlirdin. Zəmanənin üzü qara olsun, yaxın­lıq­da yaşasaq da illərlə görüşə bil­mi­rik. Gəlinə uşaqları sax­la­maq­da kömək edirəm, oğlan nə­­və­miz hələ yatır, vaxtına var, çatanda özü du­ra­caq... Sənin balaların necədir, na­ğa­yrı­r­lar?

– Nə yaxşı vaxtını bilir... İndikilər ağılları kə­s­dik­cə, uzaq­laşır. Deyəsən, böyüdükcə onların ü­zü­nə həsrət qa­la­ca­yıq. Yekənin hələ ki evlən­mək fikri yox­­dur, evim-pullu işim yoxdur, deyir. İndiki uşaq­­­lar hər kəslə normal dolanır, bircə ata-anaya la­qey­d­di­lər.

– Səbrli olsan, düzələcək. Sən də hövsələsiz olubsan, bir yerdə qərar tuta bilmirsən... Əvvəlki iş yerin bundan yaxşı idi.Nəyinə gərəkdir, başqaları necə, sən də elə... Heç vaxt dərinə getmə, ataların yaxşı misalı var: “Palaza bürün, elnən sürün”. Həmişə canıyananı vururlar, demişdim axı sənə: “El üçün ağlıyan göz, kor olar”...

– Oldu-keçdi, keçmişi tərpətməyək, dədə. İndiki işim də pis deyil.

– Təki elə olsun. Ancaq o arvadsifətin oğ­lun­dan özünü gözlə... Çoxdanın qurdudur. O gün ba­zar­dan qayıdanda az qala məni vuracaqdı, qaracaynan idim, uşaq tanıyıb. Lap təzə bahalı maşın idi, bərk sürürdü... Yəqin gəliri çoxdur? – kişi balaca göz­lə­ri­ni qıydı.

– Bilmirəm, ayrı-ayrı sahələrə baxırıq. Onunku özəl sahədi, ti­carət-xidmətdi... Nə bilim, Vallah...

– Dədəsini hüzürlərdə görürəm, pudralı xanım­lar kimi elə özünü dartır. Əyni-başı təmiz, ütülü, ayaqqabıları işı­ld­a­yır...

– Ağıllı atadır, xaricdə olanlara da baş çəkir, hər birinin evi-eşiyi, imkanatı... Uşaqlar da əl­bir­di­lər... Fe­r­ma­ları da var, xeyli mal-qoyun saxlayırlar...

– Zibilin zibilidir, mənə tanıtma! Uşaqlığımız bir yerdə keçib, o qədərnə çöldə qoyun döşləri əmib ki... Qın­dır­ğa bitdi, qırağını örtdü! Onun ucbatından kənd camaatı payı bəlli torpağına yaxın düşə bilmir. Düz deyirsən, ağıllı ol­­mağına ağıllıdır, öz gücünə oxuyub, qalxıb. Gözüaçıq idi, nəinki öz oğlanlarına, hətta qayınlarına kasıb qızı almadı, var­­lıya əyildi, tanımadığı-bilmədiyi yerlərə gedib çıxdı. Mənnən çox mal-qoyun saxlayan yoxdur, heç gör arta bi­li­r­əm, burda başqa şeylər olmamış deyil. Bazar qa­ba­ğın­da durub məxsusi qoyunlarımı sayanların çoxu o dün­ya­dadır, elə bilirlər saxlamaq asandır. Mən indi də yerimdən sübh tez­dən qalxıram.

Gəlin güllü sinidə bir cüt stəkan- nəlbəki, qənd­dan, çaynik gətirib mizin üstünə düzdü.

– Qağa, hazır günorta var, gətirim yeginən.

– Günortamı yeyib gəlmişəm, narahat olma gəlin, işində ol, dədə maraqlı şeylər danışır, – gülə-gülə stəkanlara çay süzdü.

– Sənə deyirəm, başqaları ilə nə işim. O gün qonşuya qo­şu­lub təzə məktəbə getmişdik, nəvəsi ilə maraqlanırdı. Hər cürə şəraiti var, səliqəli, təmiz. Bir mü­­­­­­­əllimin aralı qapıdan səsi koridoru başına gö­tür­müş­dü. Boylandıq, lopa bığ, keç­miş aqronom, toy­la­rın tamadası, sənin dostun; kitabı sərib qa­­bağına dabanbasma döşəyir, tez-tez də: “Fikrimi tuta bil­diiz, uşaqlar?” – deyə soruşur. Maraq üstün gəldi, boylandıq: baxaq görək, içəridə cəmi bir qız uşağı otu­rub, o da başını əlləri arasına alıb. Ay sənin oyu­nun olsun, bu da özü üçün məşq edir. Direktorun da ya­nın­da olduq, deyir: hər şeyimiz əladır, gəl ki uşaq­lar­da biliyə həvəs oyada bilmirik. “Həə, indi so­nun­cu sinifdə kvadrat tənliyini həll edə bilən şagirdi bar­ma­qla göstəririk. O da ola bir, ya da iki uşaq. Dər­di­mi­zə baxın, ay ağsaqqallar. Cib telefonu çıxandan bu gündəyik”. De­yirəm, məni çağırın həll edim, o vax­t­dan yadımda qa­lan­dır, gülür tüllab. Bundan əvvəl, in­diki məktəbin yerində Sə­fərin at tövləsi vardı, par­ta­­lar da heç düz əməlli-başlı yo­xu­du. Hamımız orda oxu­mu­şuq, içindən alimi, milyoneri, mə­nim kimi bisavadı çıxıb.Mahna axtarmağa nə var ki...Cırıq nol on biri vardı tüllabın,indi bahalı “Mersedes” sü­rür. Məş­hur sahibkar hər ay müəllimlərə paketdə pul verir, qış odunu qapısına gəlir, xeyir-şər işlərində başda olur, ancaq çi­fayda...

– Oğlan evdə deyil? – ürəyindən olan söhbət de­yil­di.

– Çörəyini yedi, getdi çölə, bir də axşam gə­lə­cək. O da bir az dingildədi, maşın aldım, qoydum al­tı­na. Böyük kül­fə­tik, maşınsız işimiz aşmır, həm də əziy­­yəti çoxdur, hər işi gə­­­li­nlə ikisi edirlər, mən əl da­l­dası verirəm, daha qabaqkı ca­­nım yoxdur... Qalır prava almaq, rayonda adını yazdırıb... Mə­nim pra­vam var, amma gözlərimə etibarım yoxdur. Sən o qə­­­­­­də­rinə yolu piyada gəldin?

– Həə, gəzə-gəzə, ordan da türbəyə döndüm, bi­zim­ki­lə­rin comasına yasın oxutdurdum. Yaman na­rahat idim, ana ge­­­cə­­lər yuxuma girirdi.

– Allah köməyin olsun, savab iş görübsən. Gahda-gü­zar­­­da mən də gedib baş çəkirəm. Düzü, gedəndə yaman pis oluram, çünki orda da ayrı-seçkilik baş alıb gedir. Mən də de­­yirəm-danışıram, olmasa, ürəyim partlayar.Ancaq hər adna axşamı yasın oxuduram, özü də Hacı Absəmədə, qa­lan­­­la­­rına etibarım yoxdur, hüllükçüdür. Rəhmətklik anan da sa­ğ­l­ı­ğı­nda ona oxutdurardı...

– Deyirlər, it Əyyubun oğlu türmədən çıxıb.

– Həə, bir ay olar. Bilməmiş olmazsan: it Əyyubda altı min pulum batdı. Bu gədənin işində vermişdim. Məhkəmədə ona ölüm kəsmişdilər, sonra pul gücünə on beş ilə saldılar. Mənim­lə xalaoğludur, qapıdan keçdi, yıxıldı ayaqlarıma, va­r­ım­dı, verdim. Sonralar istədim, dedi yoxumdu, gəl öldür. Düş­mən oldu, durdu-oturdu qaramca hürdü. Oğlanı bazar qa­b­a­ğın­da gördüm, hamısını danışdım, başa saldım.

– Fikrim var ona baş çəkim. Bir sinifdə oxumuşuq.

– Bekara yerə əziyyət çəkmə, it Əyyub onu da qaçaq saldı. Buraxılan gündən gününü göy əskiyə tutmuşdu: indi ki çöldəsən, qazan, mənim borclarımı qaytar. Babal qaçdı Ru­si­yə­tə... Ağır işə-zada özünü vermədi, yedi-yatdı, qo­ca­lı­ğı daməsciddə keçir kaf­ta­rın... Danışmaram. Məscidə ge­t­mə­di­yi­mi, namaz qıl­­madığımı, ehsanatlardan yemədiyimi öz­lərinə dərd edib bir para qurumsaq... – Kişi arıq əlləri ilə tüklü üzü­nü qaşıdı. – İndi neyləmək istəyirsən, gedəcək başqa yerinmi var­?

– Yoox, ürəyim uçunmuşdu, kəndi gördüm, sizi gör­düm, sakitləşdim. Burdan durub geri qa­yı­da­cam. Ba­xan­da uza­­qda yaşamırıq, di gəl vaxt tapa bil­mi­rik. Bir saat da olsa, bir­likdə olmaq başqa şeydir. Niyə biz beləyik, dədə? Həş­tad­dan yuxarı yaşın var, dün­yanın hər üzünü görübsən?

– Darıxan adamlar sənin kimi olur. His­si­yat­lı­san, hər şeyi ürəyinə salırsan. Elə bilirsən hamı sənin kimidir? Yoox, – özü də cavab verdi, – əhlikef adam­lar çoxdur, adı nisyə də­f­tə­rin­­­­dən çıxmayan, mal-qoyun saxlamağa lodanı ol­mayan, xal­qın balalarına dərs deməyə can çəkənlər, haram ye­yənlər... Kim­lər, kim­lər...Onlar çoxdur, lap çoxdur, balaca kəndi ba­şı­na götürüb... Halallar azdır, lap azdır, onlar tək­lə­nib, sı­x­ı­lır, boğulur...İndi sənə bir el məsəli da­nı­şa­cam. Bir dəfə padşaha gəlib deyirlər ki, bir yağış yağacaq, o yağışdan kimin üstünə düşsə, o adam dəli olacaq. Padşah vəzirə qayıdır: bu ərəfədə saraydan çıxmayaq ki, qəfil yağışa tuş gəl­mə­yək. Bir gün bu yağış yağır, padşahla vəzirdən başqa hamı dəli olur. Tədbirli vəzir bayıra çıxmasa da, bu yağışdan bir vedrə götürtdürüb saxlayır. Dəli olan camaat qalxır ayağa, üs­yan edir ki, bu nə padşahdır, bu, bizə oxşamır, dəlidir, bunu devirmək lazımdır. Vəziyyəti görən vəzir saxlatdırdığı su­dan tez götürüb padşahla öz üstünə çiləyir, bunlar da olu­r­lar həmin camaat kimi. Camaat da dərhal fikirlərini də­yi­şib padşahı devirmirlər, deyirlər səhv etmişik, səndən ya­xşısı yox­dur... Səni çox yordum, ancaq məni başa düş­mə­li­sən.

– Məşhur boksçu-onu sən də tanıyırsan-çox gözəl deyib: "Sən qalxanda dostlar bilir ki, kimsən, sən düşəndə isə bilirsən ki, dostlar kimdir". Həyat davam edir, yaşayırıq, yaşayaraq öyrənirik, tanıyırıq. Əsas odur ki, kiminsə ya­nın­da başıaşağı, gözü­köl­gə­li deyiləm. Heç kimə də ehtiyacım yox­dur. Ruzimiz İlahidəndi.

–Minbərə çıxıb xalqın başa düşmədiyi bir dildə xütbə oxu­yan xətibi anlaya bilmirəm.Vəfa və etibar: təəssüf ki, it və at bunu insanlardan daha gözəl anlayırlar,–atasının gə­r­gin­­­ləşmiş sifəti doğmalaşır, oradakı ifadələr də aydınca oxu­nur­­du.– Deməyim odu, heç nəyi özünə dərd eləmə. Mənim ömrü­mə çox qalmayıb, –sozalmış gözləri gülümsəyirdi. – Heç biriniz əziyyətə düşməzsiniz, dəfnimin pulu evdədir, mənim kimi adam tədbirli olmalıdır. Deyəsən, bunu sən də göz­ləmirdin. Böyük qardaşım da ölümünü bilirdi, düzdü Quran oxuyan idi. Həmin günü məni uzağa qoymadı, yanında oturtdu, “qorxma haa, yarım saata tapşıracam”,– dedi. Mənim vax­tıma bir həftə qalır, səhv etmərəm, inşallah. Gedək səni ötü­rüm,– hər ikisi ayağa durdu. Kişi dəmir darvazaya çatanda da­yanıb heysiz əlini yana açdı:

–Pis odur ki, bura yas çadırı üçün yaramır. Sadır iyinə camaat oturmasın, onu da söz edərlər. Sən ağlı kəsənsən, başqa yer seçərsiz. Özün də, bu neçə günü mənə tez-tez baş çəkərsən. İndi get, hamıya sa­lam­­larımı yetir, nə qədər yaxın olsaq da, bir o qədər uzağıq. Çalış evdəkiləri narahar eləmə, bunlar da bir şey hiss etmirlər.

Taqətdən düşmüş təkin, sanki gücünü-qüv­və­si­ni almışdılar. Beyni dolu idi, konkret bir şey fikirləşə bil­mir­di. Böyük marketin qabağından keçəndə otu­ran­­ların nəzərini çəkmədi. Sağa burulub asfalt yola çıxdı, indi ürəyindən keçdi ki, görəsən, ona, ölümünü əmisi və atası kimi qabaqcadan hiss etmək nəsib olacaqmı?!

Avanqard.net

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.