Hekayə necə yazılır? - Öyrənin
30.01.13

Məşhur yazıçının məsləhətləri.

Məşhur Peru yazıçısı Xulio Ramon Ribeyronun (1929-1994) hekayə yazmaq istəyənlərə tövsiyələrini təqdim edir. Qeyd edək ki, Riveyro daha çox qısa hekayələr müəllifi kimi tanınır. O, Limada ədəbiyyat təhsili alıb, 1960-cı ildə Parisə köçərək orada jurnalist fəaliyyəti ilə məşğul olmağa başlayıb.

1. Hekayə hadisədən bəhs etməlidir. Hadisəsiz hekayə yoxdur. Hekayələr oxucu da bəhs edilən hadisəni özünəməxsus şəkildə danışa bilsin deyə yaranır.

2. Hekayədəki hadisə real, ya da təxəyyül məhsulu ola bilər. Amma əgər realdırsa təxəyyül məhsulu kimi, təxəyyül məhsuludursa real hadisə kimi olmalıdır.


3. Hekayə qısa olmalıdır, bir dəfəyə oxuna bilməlidir.


4. Hekayədə bəhs edilən hadisə əyləndirməli, həyəcanlandırmalı, təəccübləndirməlidir. Əgər bunların hamısını birdən edə bilirsə lap əla. Əgər bunların heç birini bacarmırsa o hekayə sayılmır.


5. Hekayənin üslubu açıq olmalıdır; yəni şişirdilmiş, dolanbac yox. Gəlin, onu buraxaq şeir, ya da romanın ixtiyarına.

6. Hekayə yalnız göstərməlidi, öyrətməməlidir. Əks halda rəvayət olar.

7. Hekayə bütün texnikaları qəbul edir: monoloq, dialoq, sadə anlatma, yazışmalar, bir-birilə əlaqəsiz mətnlərin kollajı və sair. Ancaq bu üsullar hadisəni dağıtmamalı və oxucu hadisəni bir ifadə ilə yekunlaşdıra bilməlidir.

8. Hekayəyə başlamaq üçün xarakterin, ya da xarakterlərin talelərini təyin edəcək bir qərar qəbul etmək məcburiyyətində qaldıqları bir dilemmayla qarşı-qarşıya olduqları bir an, ya da vəziyyəti seçilməlidir.

9. Hekayədə ölü zamana yer yoxdur, lazımsız heç bir şey yazılmamalıdır. Hər bir söz mütləq zərurətdən doğmalıdır.

10. Son nə qədər gözlənilməz və ya qeyri-adi olsa da hekayə qaçılmaz bir sonluğa doğru axmalıdır; əgər oxucu hekayənin gedişini bəyənmirsə deməli hekayə düzgün yazılmayıb. /kulis.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.