Əkrəm Əylisli: “"Erməni olsaydım, bunu hamı çoxdan bilərdi"
01.02.13

 

“MƏN O TƏHLÜKƏNİ HİSS ETMƏDİM”

- Əkrəm müəllim, xoş gördük.


- Xoş gününüz olsun.


- Siz verilişə gələnə qədər bir neçə dəfə zəng vurmalı oldum. Bu gün evinizin qarşısında aksiya keçirilib. Narahat olanlar varıydı ki, Əkrəm Əylisliyə təzyiqlər, təhlükə ola bilər, gələ biləcəkmi?


- Mən o təhlükəni hiss etmədim. Başa da düşmədim ki, bu aksiya nə üçündür, anlamadım.


- Niyə romanı Azərbaycanda yox, Rusiyada “Drujba narodov” jurnalında çap etdirdiz?  Siz rusdilli məkanın diqqətini çəkməklə özünüzü tənqidlərdən sığortalamaq istəyirdiz?


-  “Drujba narodov” məni 1960-cı illərdən çap edir. Son illər o jurnal mənə tez-tez müraciət edirdi ki, bizim müəllifimizə nə oldu? Bunların sözünü yerə salmamaq üçün bu əsəri tərcüməçiyə verdim. Baxdım ki, işlənməsinə ehtiyac var. Özüm tərcümə etməli oldum və onda üstündə xeyli dəyişiklik etdim. Axırı da bura dirəndi.

“MƏN ERMƏNİLƏRƏ MESAJ VERDİM”

- Bu əsəri yazmaqda məqsəd nəydi?


- Bu mövzunun çətin olduğunu, cəmiyyətdə birmənalı qarşılanmayacağını əvvəldən bilirdim. Bu iki xalqın fəlakəti üstündə çoxlu qazanc əldə edənlər, karyera quranlar var. Mən bilirdim ki, bu adamlar romanı qəzəblə qarşılayacaqlar. Açığı, mən burdan ermənilərə, Dağlıq Qarabağda yaşayan erməni vətəndaşlarımıza mesaj verdim.


- Nədir o mesaj?


- Mesaj verdim ki, siz elə bilməyin biz elədiyimiz pislikləri unutmuşuq. Pislik etmişik. Siz də etmisiz. Həmin pislikləri qoy sizin yazıçılar yazsın, qoy Xocalıda olanları desinlər. Mən mesaj verdim ki, Dağlıq Qarabağda erməni yaşayacaqsa, onu qorxutmalı deyilik. Erməniyə mesaj göndərdim ki, hələ hər şey itməyib, biz bir yerdə yaşaya bilərik.


- Sizi onda qınayırlar ki, romanda bəzi məqamlar yarımçıqdır. 1919-cu ildə Ədif bəyin əmri ilə bir kənddə ermənilər öldürülür. Amma o zaman ətraf qəzalarda olan qətliamlar, azərbaycanlıların öldürülməsi, bunu doğuran səbəblər yada salınmır.


- Mən tarixi əsər yazmamışam. Mən bir insanın taleyini yazmışam. Mən fincan barəsində söz deyirəmsə, deyə bilməzsiz ki, samovar haqda da yaz.


- Amma bu kənddəki qətliamdan yazırsızsa, bunu doğuran səbəbi də göstərə bilərdiz.


- Mən epik əsər yazmamışam. Bu “kamerni” əsərdir. Konkret temada yazılıb. Bədii əsər - əsər kimi yazılmalıdır. Elə bir böyük rus yazıçısı yoxdur ki, onu vətənə xəyanətdə ittiham etməsinlər. Qoqolu götürün, Rusiyanı ifşa edib.

“BU İFADƏ QƏTİ “YERAZ"LARA QARŞI HÖRTMƏTSİZLİK MƏNASINDA DEYİL

- Bakıda Ermənistandan gələn qaçqınların, sizin təbirinizcə desək “yerazlar”ın yaşlı ermənini öldürməsinin, aqressiv olmalarının motivi də açılmır.


- Romanda Sumqayıt hadisələrindən söz düşəndə deyilir ki, bunu Azərbaycan  

xalqı edə bilməzdi. Bunu ya “KQB” edib, ya da mafioz qruplara bölünən hökumət. Saday Sadıqlının arvadı Azadə xanım deyir iki, Qarabağdan qaçanları, ümidsiz, çörəksiz qalanları da düşün, özünü ermənilər üçün niyə öldürürsən? Mənə elə gəlir ki, bu, bədii cəhətdən çox da qeyri-kamil əsər deyil... Bir təhlükəli məqam da var, bunu möhtəkircəsinə yozurlar: “yeraz”. Bu ifadə qəti “yerazlara” qarşı hörmətsizlik mənasında deyil. Söhbət ondan gedir ki, həkim Saday Sadıqlını – ölkənin məşhur artistini, eyni zamanda onu xəstəxanaya gətirən başqa artisti tanımır. Onda artist başlayır qışqırmağa ki, bunu “yerazlar” edib. Yəni bunu bakılılar etməyib, bunu Ermənistanda incidilmiş qaçqınlar edib, “köpəkuşağı qaçqınlar edib” deyir. Artist elə bir vəziyyətdədir ki, “köpəkuşağı” ifadəsini də işlədə bilər, bunu mənim adıma yazmaq lazım deyil. “Daş yuxular” zalımlığa qarşı dinini dəyişməyə hazır olan, o qəddarlığa üsyan edən bir ürəyin, azərbaycanlı artistin fəryadıdır! Bu azərbaycanlını necə alçalda bilər? Bir azərbaycanlı bir erməninin həyatını hifz etmək üçün öz həyatından keçməyə hazırdırsa, bu Azərbaycan xalqını necə aşağılaya bilər, şərəfsiz edə bilər?  

“BU ƏLİ MÜƏLLİM BİLMİR Kİ, RASİST SÖZ DEYİR?..”

- Bu gün evinizin qabağında narazı gənclər aksiya keçirdilər. YAP rəsmiləri sizinlə bağlı açıqlama verirlər, hətta xalqdan üzr istəməli olduğunuzu deyənlər var.


- Mübariz qardaşımızın və Siyavuş müəllimin dediklərini anlaya bilərdim.
Amma açığını deyim ki, Əli Əhmədovun dediklərini anlayammadım. O deyir ki, bu, azərbaycanlı deyil. Guya mən erməniyəm. Bu, aşağı səviyyəli söhbətdir. Heç Əli müəllimə yaraşmaz. Mən də onu o biriləri kimi məhkəməyə verim ki, Əli müəllim, mənim hansı yerdən erməniylə genetik əlaqəm var? Sübut edin! Axı, bunu məhkəməyə çıxartsam, gülməli çıxar. Deyərlər ki, ölkədəki hakim partiyanın görkəmli şəxsiyyəti belə sual qoyur: “Bu ermənidir”. Axı, biz faşist dövlətində yaşamırıq. Bu rasizm hardandır? Bunu Azərbaycandan o yana çıxartsaq bizə nə deyərlər? Mən erməni olsaydım, bunu hamı çoxdan bilərdi. Bundan heç də xəcalət çəkməzdim. Əli müəllim sıradan siyasətçi deyil axı. Bu Əli müəllim necə bilmir ki, rassist söz deyir.

“BƏLKƏ AFAQ MƏSUDUN UMDUĞU ŞEYLƏR VAR”

- Azərbaycan cəmiyyəti bu romana hazırdırmı? Roman 2007-ci ildə tamamlanmışdı. AzadlıqRadiosuna demişdiz ki,  “Daş yuxular” adlı roman yazıram, amma çap etdirmirəm, çünki yaşamaq istəyirəm. Bəs nə oldu qərarınızı dəyişdiz?  


- Yazıçı zamanı bir az qabaqlamırsa, ədəbiyyatda qalmır.
Mirzə Fətəlinin taleyini yadınıza salın. Hələ teatr adı çəkilməyəndə pyeslər yazıb, altı komediya qoyub bu xalqa. O altı komediyada da Azərbaycan xalqını tərifləməyib.


- Yazıçı Afaq Məsud deyib ki, şokdadır: “Mən Əkrəm Əylislini gözəl yazıçı, dəyərli ziyalı kimi tanıyırdım. Amma indi bu fikrimdən daşınıram. İnsanda milli ruh olar...”


- İnanmıram Afaq xanım bilməyə ki, belə şey demək olmaz.
1937-ci ildə deyirdilər ki, mən daha dostumu tanımıram. Gecə yeyib-içirdilər, səhər “xalq düşməni” olduğunu biləndə qaçıb deyirdilər ki, belə dostum yoxdur. Hüseyn Cavidlə Abdulla Şaiq dostuymuş. Bir adam Abdulla Şaiqlə zarafat edir ki, Cavidi həbsdən buraxıblar, dostun gəlir. Tezdən cumur vağzala, “KQB”-şniklər gəlir ki, Şaiq əfəndi, dostun gəlmədi? Qayıdır ki, gəlmişdim tüpürəm onun üzünə... O dövrün belə şeyləri yadımızda ola-ola, yazıçıdan əl çəkmək, tanımıram demək?.. Bəlkə onun da umduğu şeylər var?..

“AZƏRBAYCANDA ELƏ DİNİ FANATİK YOXDUR Kİ, BUNUN ZARAFAT OLDUĞUNU BAŞA DÜŞMƏYƏ”

- Romanda islamla bağlı bir adətə - sünnət məsələsinə toxunmusuz.


- O, yumoristik səhnədir. Artist gedib Nardaranda sünnət toyunda vurub, deyir ki, sizin peyğəmbəriniz Allahdan belə ağıllıdır ki? Allah bunu belə yaradıb, siz də onu dəyişirsiz.


- Bunu yazmaqla dini kəsimin qəzəbinə səbəb  olmaqdan narahat deyilsiz?


- Qəti surətdə. Azərbaycanda elə dini fanatik yoxdur ki, bunun zarafat olduğunu başa düşməyə. Burda dinə sataşmaq yoxdur.

“XALQ SİZƏ "SAĞ OL" DEMƏLİDİR?”

Söhbətə Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri 
Bayram Hüseynzadə qoşulur:

- Bu gün Azərbaycanın Xocalı kimi böyük faciəsi var, o hadisələri eşidəndə əsl azərbaycanlının tükləri biz-biz olur. Mən Naxçıvan bölgəsində doğulmuşam. Mənim nənələrim-babalarım ermənilərin törətdiyi müsibətlərdən danışıblar. Bunları qırağa qoyub ermənini məzlum kimi, azərbaycanlını kimi zalım göstərmək çətin məsələdir. Xalq sizi necə başa düşsün?..


- Yerlim, canım-gözüm, mən burda erməni xalqını məzlum kimi göstərməmişəm.


- Əkrəm müəllim, siz bu gün Xocalıdan yazmalısız.


- Xocalını erməni yazacaq.


- Erməni yazmamalıdır. Əkrəm Əylisli tanınmış isimdir. Siz Azərbaycanı müdafiə ertməlisiz.


- Mən Azərbaycanı müdafiə etmişəm. Mənim əsərimi bu səviyyədə qavramaq məni ağrıdır.


- Siz bizi dəstəkləmək əvəzinə ermənini məzlum, azərbaycanlını zalım kimi göstərirsiz.
Siz xalqdan hələ “sağ ol” gözləyirsiz? Bəlkə də bu qurulmuş plandır, siz Nobel mükafatı alacaqsız, Allah uğurlu etsin. Ancaq o mükafat qarşısında xalqın nifrətini qazanacaqsız.


- “Nobel” almaq nədir? Bu bazardır, hər kəs “Nobel” ala bilsin?..

“AZƏRBAYCANCASINI ÜZƏ ÇIXARTMAYACAĞAM”

- Əsərin Azərbaycan variantı nə zaman çap olunacaq?
- Bunlar deyir ki, Xocalıdan yazmırsan. Romanın ruscasına qarşı bu qədər hücum varsa.. Mənim 75 yaşım var, ürəyimi partlatmaq bunların məqsədidirsə, mən azərbaycancasını niyə çap edim? Üzə də çıxartmayacağam. Kimsə onu mənsiz çevirib çap etsə məhkəməyə verəcəyəm. /
oxuzali.az/

Yenililklər
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
25.01.20
Fazil Abbasov - Qanımı süz, şərab kimi...
25.01.20
Əsmər Hüseyn Xan - Onda balaca idik, adımız uşağıydı
25.01.20
Şəhla Aslan Türkiyənin "KonTV" kanalında aparıcılıq edəcək
24.01.20
İradə Musayeva -  Repressiya illərində  tragik həbs situasiyaları...
22.01.20
“Dünya ədəbiyyatı” dərgisinin yeni sayı esse janrına həsr edilib
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.