Qulu Məhərrəmli: "Əkrəm Əylisliyə qarşı hücumlar uğursuz şoudur"
01.02.13

“Görkəmli Azərbaycan yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı davranışlar bədii əsərə etiraz çərçivəsini aşaraq, qisas kampaniyasına və tragikomik şouya çevrilir”. Bu sözləri tanınmış jurnalist, professor Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə, milli heysiyyətin böhranlı anlarında, xalqın minillik dəyərlərinin tapdandığı situasiyalarda susqunluq göstərənlərin hamılıqla və eyni vaxtda Azərbaycan bədii nəsrinin parlaq simalarından birinin üzərinə hücüma keçməsi yolverilməzdir: “Ötən əsrin 60-cı illərində Anar, Elçin, Sabir Əhmədov, Sabir Azəri kimi qüdrətli qələm ustaları ilə birlikdə yeni Azərbaycan nəsrini formalaşdırmış Əkrəm Əylisli bir-birindən maraqlı əsərlərində xalq ruhunu, parlaq milli mənəviyyatımızı yüksək sənətkarlıqla ifadə edib. İndi sözə, sənətə və ədəbiyyata yad çoxluğun belə bir yazıçını xalqı aşağılamaqda ittiham etməsi nə dərəcədə ədalətlidir? Kimsə Əkrəm Əylislinin xarakterini bəyənməyə, onun bəzən axına qarşı çıxmaq tərzini anlamaya, əsərlərinə dodaq büzə, hardasa rəngləri tündləşdirdiyini söyləyə bilər, amma heç kim onun istedadına və bu xalqa bağlılığına kölgə sala bilməz.

Əlbəttə, istənilən oxucunun bədii əsərdəki hansısa epizoda, hətta sözə və cümləyə görə yazıçıya etiraz etmək hüququ var, amma yazıçı da öz həqiqətini Tanrının ona verdiyi istedadla ifadə etmək haqqını daşıyır. Axı yazıçının Tanrı və oxucu qarşısında ilahi missiyası var. Bu missiya bədii obrazlar vasitəsilə şərə qarşı çıxmaq, ümumbəşəri ideyaları yaymaqdır. Əkrəm Əylisli də bütün böyük yazıçılar kimi bu missiyanın uğurunu hadisələri insan taleyindən keçirməkdə, məhz bu yolla bədii həyəcan yaratmaqda görür. Burada hansı xalqı aşağılamaqdan, hansı təhqirdən söhbət gedə bilər?! Bəyəm haqqında söhbət gedən romanın baş qəhrəmanı işıqlı düşüncə sahibi olan, iblisanə istəklərin meydan suladığı indiki mürəkkəb zamanda mənəvi dəyərləri yaşadan, bəşəri ideallardan çıxış edən azərbaycanlının obrazı deyil?

Təbii ki, mən belə həssas məqamda məlumatsız insanların kontekstdən ayrılıb verilən bədii parçalardakı ayrı-ayrı coşdurucu mənfi enerjinin təsirinə məruz qalmasını, yazıçıdan hadisələrin fotoqrafik təsvirini umanların həyəcanını anlayıram. Bu situasiyanın yaranmasından səmimi narahatlıq keçirənləri və əsərdəki bəzi məqamlara görə yazıçını qınayanları da başa düşürəm. Lakin prosesin qərəzli kampaniyaya çevrilməsi, vətənpərvərlik çuxası geyənlərin sayının birdən-birə artması adamı ciddi şübhələrə salır. İstər-istəməz bu qənaətə gələnlər olur ki, bu hay-həşir Əkrəm Əylislinin son dövrdəki tənqidi çıxışları ilə bağlıdır. Yazıçının özünün ona hücumların ölkədəki gündəmi dəyişmək cəhdi olduğunu deməsi də, görünür, təsadüfi deyil”.

Qulu Məhərrəmli sonda bildirib ki, istər diqqəti ciddi problemlərdən yayındırmağa cəhd və ya başqa siyasi texnologiya, yaxud sosial konfliktlərin idarə edilməsi mexanizminin işə salınması olsun – bütün hallarda Əkrəm Əylisliyə hücumlar azad düşüncəyə qarşıdır və mahiyyətə varmayan insanların hissləri ilə oynamağa yönəlmiş uğursuz şoudur: “Həm də bu addım neçə illərdən bəri cəmiyyətdə söz sahibi kimi nüfuzu olan həqiqi alim, yazıçı və şairlərə qarşı müxtəlif formalarda aparılan məkrli oyunun davamıdır. Ona görə bu oyun nə qədər tez dayandırılsa, Azərbaycan mənəviyyatı bir o qədər az zərər çəkmiş olar”. /"Media forum"/

Yenililklər
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.