Əkrəm Əylislidən Anara və Elçinə sərt cavab

04.02.13

“Yazıçı Elçin deməli idi ki, əl çəkin bu adamdan, özünüzə siyasi şou düzəltməyin”

Azərbaycan xalq yazıçısı Əkrəm Əylislinin son günlər ölkədə əsas tənqid hədəfinə çevrilən “Daş yuxular” əsəri ilə bağlı bu gün Yazıçılar Birliyinə qapalı müzakirə keçirilib. Müzakirənin nəticəsi hələ mətbuata açıqlanmasa da, “Qafqazinfo”ya açıqlama verən yazıçı müzakirəyə qatılmadığını və onun iştirakı olmadan müzakirənin baş tutmasına münasibət bildirib:

“Müzakirədə iştirak etməmişəm. Yazıçılar Birliyinin mənim iştirakımla keçən son qurultayı səhv etmirəmsə, 1990-cı ildə olub. Həmin qurultayda mən, hələ seçki prosesi başlanmazdan əvvəl, birliyin katibi vəzifəsindən istefa verdiyimi qurultay iştirakçılarına bəyan etmişəm və ondan sonra Anarla vidalaşmaq üçün yalnız bircə dəfə Yazıçılar Birliyində olmuşam. Sonra 1992-ci ildə Yazıçılar Birliyinin üzvlüyündən azad olunmağım barədə birliyin katibliyinə ərizə ilə müraciət etmişəm. Ərizənin tam mətni belədir:“Get-gedə çürüməkdə olan və çürüdükcə daha tez iy verməyə başlayan Yazıçılar Birliyinin mənəvi məsuliyyətini üzərimdən götürmək məqsədilə birlik üzvlüyündən azad olunmağımı sizdən xahiş edirəm”. 

Ərizəni Anarın özünə göndərmişdim. Ola bilər ki, Anar onu katibliyə çıxarmağı lazım bilməyib. Ancaq mən o zamandan bəri bir dəfə də Yazıçılar Birliyinə getməmişəm, özümü bu birliyin üzvü saymamışam. Birliyin yeni üzvlük vəsiqəsinin hansı rəngdə olduğunu da bilmirəm. Sonralar mən Yazıçılar Birliyindəki mənəvi ab-havanın sovet dövründəkindən də süst və bəsit olduğunu mətbuatda dönə-dönə tənqid etmişəm. Burada aparılan “islahatların” ancaq bir məqsədə - indiki rəhbərliyin vəzifədə daha çox qalmasına xidmət etdiyini bildirmişəm. Ancaq hər hansı bir yeni kitabımın təqdimatının Yazıçılar Birliyində keçirilməsinin və hər hansı bir əsərimin burada müzakirə edilməsinin heç vaxt əleyhinə olmamışam. 

Lakin son 20 ildə Yazıçılar Birliyi tərəfindən mənə bir dəfə də bu barədə müraciət edilməyib. Buna görə də Yazıçılar Birliyinin mənim yeni əsərimə göstərdiyi bu diqqətin səmimiliyinə inanmıram. Tədbirin keçirilməsinin əleyhinə deyiləm. Lakin AYB-nin üzvü olmadığıma və son 20 ildə onun heç bir tədbirində iştirak etmədiyimə görə, müzakirənin hansı formatda keçiriləcəyindən asılı olmayaraq, özümün həmin müzakirədə iştirakıma lüzum görmürəm”.


Ə.Əylisli yazıçı Elçinin də “Daş yuxular” əsəri ilə bağlı tənqidi mövqeyinə münasibət bildirb: “Bunu deyən yazıçı Elçin deyil, dövlət adamı Elçindir. Əsərə bu cür münasibət kökündən yanlışdır. Yazıçı Elçin söz yox ki, deməli idi ki, əl çəkin bu adamdan, əsəri təhrif edib özünüzə siyasi şou düzəltməyin. Amma məmur Elçin bunu deyə bilməzdi. 37-nin nə demək olduğunu Elçin də bilir, Anar da bilir, mən də bilirəm”.

Açıqlamalarının birində ona və ailəsinə qarşı oluna biləcək hər hansı təzyiqlərdə bəyanat iştirakçılarının məsuliyyət daşıyacağını deyən yazıçı, bununla bağlı hər hansı bir tədbir görüb-görmədiyinə də münasibət açıqlayıb.

“Düşünmürəm ki, Azərbaycan camaatının özü tərəfindən mənim ailəmə qarşı təzyiq təşəbbüsü ola, olsa-olsa bunu yuxarılardan görürürəm. Əsəri yazmağıma peşman deyiləm, təhrif olunmağına peşmanam. Heç əsəri oxumayan, əsərdən xəbəri olmayanlar ağızlarına gələni deyirlər. Bayaq ANS-də “Günəbaxan” verilişində romanı müzakirə edirdilər, amma biri də əsəri oxumamaşdı. Onlara nə təlqin edirdilər, onu da deyirdilər. Aparıcı neytral mövqedə dayanmaq əvəzinə mənə qarşı nifrət yaradırdı”. /qafqazinfo.az/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.