Əkrəm Əylislinin həyat yodaşı işdən çıxması üçün ərizə yazdı
05.02.13
Qalmaqallı “Daş yuxular” romanının müəllifi Əkrəm
Əylislinin xanımı Qalina Aleksandrovna da işdən çıxması barədə ərizə yazıb.
Məlumata görə, o bu gün
direktor işlədiyi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 saylı filalına gələrək
artıq işdə qala bilməyəcəyini deyib və Mərkəzləşdirilmiş Kitabxana Sisteminə təqdim etmək üçün ərizə yazıb. Qalina
Aleksandrovna kitabxana əməkdaşlarına deyib ki, həyat yoldaşının yazdığı romana
görə bu gün işdən çıxarılmış oğlu Nəcəf də atasına etiraz edib.
Yazıçının
xanımı artıq Azərbaycanda qala bilməyəcəklərini və xarici ölkələrdən birinə
köçməyə hazırlaşdıqlarını da bildirib. Məlumata
görə, Qalina Aleksandrovna göz yaşlarını da gizlədə bilməyib.
Qeyd edək
ki, bu gün Qalina Aleksandrovnaya zəng olunub.
Lakin onun mobil telefonun oğlu Nəcəf Naibov cavab verib və anasının evdə
olmadığını deyib. /teleqraf.az/
|