Tarix İnstitutu da Əkrəm Əylislinin “Daş yuxular”ını müzakirə etdi
06.02.13

AMEA Tarix İnstitutunun Elmi Şurasının Əkrəm Əylislinin “Daş yuxular” romanında bəhs olunan tarixi faktlara həsr olunmuş iclası keçirilib. İclasda çıxış edən institutun direktoru Yaqub Mahmudov bildirib ki, tarixçilər bu əsərdə göstərilmiş faktlarla çox narazıdır. Onun sözlərinə görə, müvəqqəti atəşkəs elan olunmasına baxmayaraq, Azərbaycan müharibə vəziyyətindədir: “Lakin buna baxmayaraq ölkəmiz dünyanın inkişaf etmiş ölkələri bir sırasında olmaq üçün sürətlə irəliləyir. Bütün bunlar Azərbaycana qarşı kəskin qısqanclıq doğurur. Hazırda Azərbaycana qarşı aparılan başlıca siyasət budur ki, ölkəmizin işğal olunmuş torpaqları erməni işğalında qalmasın. Əsərin prezident seçkiləri, Xocalı faciəsinin, Sumqayıt hadisələrinin ildönümü ərəfəsində yazıldığı nəzərə alınmalıdır”.

Tarixçi bildirib ki, yazıçı əsərdə Azərbaycan xalqına düşməni dost, dostu düşmən kimi təqdim edib: “O yuxuları Naxçıvanın Əylis kəndində görür. Birinci yuxuda görür ki, Guya bu ərazidə türklər soyqırımı törədiblər. Bu, yazıçının 2015-ci ildə qondarma soyqırımının 100 illiyinə töhfəsidir. İkinci yuxuda Naxçıvanı erməni torpağı kimi görür. Azərbaycanlılar isə sonradan gəlmiş vəhşilər, barbarlardır. Ermənilər isə kökə malikdirlər, humanistdirlər.  Əsərdə yazıçı erməniyə çağırış edir ki, sən öz Məkkə, Mədinənə -Naxçıvana sahib çıxmalısan. O gözləyir ki, ermənilər qayıdıb Naxçıvana gəlsin və Əylis yenidən cənnət çevrilsin. Bu, Azərbaycanın xalq yazıçısının onun xalqına olan münasibətidir”.

Yaqub Mahmudovun sözlərinə görə, Əkrəm Əylisli əsərdə Qərbi Azərbaycandan olan soydaşlarımızı sürü, yağışdan sonra çıxan göbələk adlandırır, islam dinini aşağılayır.

 “O, sünnət olunanları vəhşi kimi qələmə verir. Əkrəm Əylislinin görmədiyi yuxular da var. O bu yuxuları qəsdən görmür. O yuxularında 31 mart soyqırımını, Bakıda törədilən 20 yanvar hadisələrini, Şəhidlər xiyabanını, Qafqaz İslam Ordusunu, Türk şəhidliyini görmür, Azərbaycanın işğal olunmuş torpaqlarını, Xocalını, Şuşanı, Qarakəndi görmür. Nəticə etibarı ilə bu yuxular yazıçının suyunu içdiyi, torpağında yaşadığı fəxri adlar aldığı vətəninə O bu əsərlə ermənilərə, qriqoriyanlara xidmət edir. Onun ən böyük cəzası Azərbaycan xalqının nifrətidir”.

Daha sonra Elmi Şuranın üzvləri, tarixçilər əsərə münasibət bildirib. /APA/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.