Nahid Hacızadə - "İndiki gənclər bizdən savadlıdırlar"
11.02.13

Yazıçı Nahid Hacızadə ilə müsahibə.


- Dağlar sizdə nəyim qaldı, povestiniz qəribə əsərdir, sırf hisslə yazılıb. Başqdan-sana qədər də obrazdan-obraza hiss artır, dərinləşir. Sizi o dərəcədə hissə qapdıran nə idi əsəri yazarkən?

-İstəsən həmin povestin yazılma tarixindən sənə danışa bilərəm. Deməli, günlərin bir günü, bir qarlı qış günündə “Kirpi” jurnalının baş redaktoru Eyvaz Borçalı, “Gənclik” jurnalının baş redaktoru İlyas Tapdıq və mən dedik ki, gəl gedib Gədəbəyin qarlı dağlarını görək, qarı görək , bir-iki gün gəzib qayıdaq Getdik. Gəlişimizi eşidən rayonun hörmətli adamları, vəzifəli şəxsləri bizə qonaqlıq verdilər, çox yaxşı gün keçirdik. Axşam İlyasa dedim ki, ay İlyas gedək sizin kəndə. Onların kəndində olmamışdım. Rayonun birinci katibi bizə maşın ayırtdırdı. Çox təkid elədim ki, gedək, amma onlar qara görə getmək istəmirdilər. Nəysə maşın işləyən yerə qədər getdik. Qar, buz elədir ki, bayıra çıxmaq olmur. Gəlib İlyas oxuyan məktəbin yanında düşdük. Xeyli gedəndən sonra gördük ki, Əli İsmayıllı kəndində bircə işıq yanır, getdik işığa sarı. Kənddə hərdən it hürüşməsi gəlir, qalan heç bir həyat işarəsi yoxdu. Gəlib bir daxmaya çatdıq, mən qabaqda gedirəm. Doğurdan da, işıq gələn ev İlyasgilin evi idi. Buz bağlamış pəncərədən ev görünmürdü. Pəncərəni tıqqıldatdım, bir də eşitdim ki, İlyasın anası Mucuq xanımın səsi eşidildi: “Sən gələn yollara qurban olum ay İlyas”. Girdim içəri, dedi bəs bizim İlyas hanı? Dedim gəlir, onlar bir az arxada qalmışdılar. Bizə çay-çörək hazırladı, yedik, içdik. Söhbət əsnasında dedim ki, Ay Muncuq xala, niyə gedib Bakıda qızının, oğlunun yanında qalmırsan? Heç olmasa qışda get qal Bakıda, yay da gəl qal burda. Allah göstərməsin, burda bir hadisə baş versə, insanlar xəbər tutanacan iş-işdən keçmiş olacaq. Qayıtdı bircə cümlə dedi: “Ay Nahid, mən heç yana gedə bilmərəm, bax siz bu işığı görüb gəlmisiz. Mən burdan çıxıb getsəm ərimin ruhu digərgin düşər, inciyər məndən. O da müharibədən qayıtsa və görsə ki, bu ev qaranlıqdı inciyər bizdən. Ölübsə də ruhu inciyər. Mən bu evi yiyəsiz qoya bilmərəm”. Bu fikri məni sirkələdi, Bakıya gələn kimi sürətlə həmin povestini yazdım. O hadisə məni yazıçı kimi çox sarsıtdı. Bir Azərbaycan qadını müharibəyə getmiş ərini gözləyir, ona görə evinin işığını qoruyur.

- “Köçündən ayrı düşmüş” əsərinizdə Ceyhun obrazı var, anlaşılmazdır, qərarsızdır. O dövrdə bir neçə belə qəhrəmanları olan əsərlər var. Bu qəribə xarakterləri yaradan nə idi, o dövrün ab-havası, yoxsa?

-Mənim yazdığım əsərlərin hamısında səndəlilik var. Daha çox olmuş hadisələri yazmışam. Çingiz Fərəcov qəribə taleyi olub, Çingiz Şuşada uşaq evində böyüyüb, Nazim Hikmət onu oğulluğa götürüb. Altı ay Moskvada onun yanında qalıb. Bir dəfə o televizorda çıxış edəndə anası onu televizorda görüb tanıyır və gəlib onu televizyadan soruşub tapır. Çingiz öz həyatını danışdı, povestin əsas qəhrəmanı da odur. Çingiz obrazı da həyatdan gəlmə obrazdır. Ağdamda televizya günləri keçiriləndə ordaydıq. Qasım kişi vardı, gözəl istirahət zonası yaratmışdı. Orda bir oğlan xüsusi diqqətimi çəkdi. Birdən Qasım kişiyə dedm ki, bu oğlan kimdir. Dedi ki, bu daş karxanasında işləyir, həbsxanada qalandır. Gəlib burda işləyir, həm də vaxtından gedir. Əhvalatını danışdı, deməli, oğlan sürücü imiş. Bir gün müdiri məclisdən gələndə ona deyib ki, düş maşını mən sürəcəm. Yolda adam vurub. Həmin oğlanı inandırb ki, cinayəti boynuna al, mənim çıxışlarım çoxdur, səni azad elətdirəcəm. Sonra da heç bir köməklik etməmişdi. Ceyhun inamsız və həyatın hər üzünü görmüş insan idi, elə mənim qəhrəmanım da.

Bəzilərinə elə gəlir ki, o illər çox aydın illər idi, amma əslində çox çətin illər idi. O illərin yaratdığı obrazlar da belə olmalı idi. O qaranlıq illərdə insanlar neyləcəyini bilmirdi, insanın bada getməsi çox asan idi. Mən çalışmışam ki, o insanların daxili təbəddülatlarını verim, hisslərini əks etdirim. Mənimçün əsas qayə obrazın hisslərini əks etdirməkdir.

- Ənvər Məmmədxanlı ilə bağlı xatirələrinizi yazmısız, amma onun qəribə taleyi olub, evlənməyib. Amma nədənsə bu məsələlər ağızdan-ağıza danışılsa da düz-əmməlli yazılmayıb?

- Ə.Məmmədxanlının bacısı Həbibə xanımla bir yerdə işləyirdim. Həm də qonşuluğumuzda qalırdı. Ə.Məmmədxanlı tək yaşayırdı, hər şənbə günü bacısıgilə qonaq gəlirdi. Tez-tez bacısı gilə gələndə görüşür, harasa gedib çay içirdik. Saatlarla söhbət edirdik, çox maraqlı adam idi. Çox künə geyinirdi, əyninə fikir verən deyildi. Hər insanın həyatında mübhəm məqamlar var. Onun “Şirvan Gözəli” tamaşası Akademik Milli Dram Teatrında göstərilirdi. Tamaşa bitəndən sonra yaradıcı heyətin hamısı səhnəyə çıxdı, bircə Ənvərdən başqa. O da oturmuşdu lap salonun axırında, nəyisə birtəhər qolundan tutub səhnəyə aparanda, məndən qarşıdakı oturacaqda oturan iki xanımdan biri dedi: “Vay, vay nə yaman qocalıb bu, özünü də yandırıb kül elədi, məni də”. Sonra mən Həbibə xanımdan bu barədə soruşdum, o dedi ki, vallah Ənvəri də seviblər, Ənvər də sevib, ancaq alınmayıb nəsə”. Görünür, onun da məhəbbəti olub, ancaq qismət olmayıb deyə evlənməyib. Heç kəsə alçalan adam deyildi. Özüylə bağlı məqamlı danışmağa izn verməzdi.

- Adınız Nahid yox, Nohid olması qəribə göründü mənə.

- Hə, görünür o dövrdə kənd sovetinin savadsızlığına görə belə olub. Çünki kənddə İbrahimə İbrahım, Nahidə Nohid deyirlər, bəzi adamlarsa dedikləri kimi yazır. Mən birinci kursda oxuyanda, ilk dərs günü müəllimim Mircəlal Paşayev dərsin yarsını keçəndən sonra tələbələrlə tanış oldu, mənim yanıma çatıb əlini çiynimə qoyub adımı soruşanda “Nohid” dedim. Bir xeyli güldü, sonra dedi ki, Nohid adı yoxdur, Nahid var. Beləcə, bunu biləndən sonra adımı dəyişdim. Mircəlal müəllim çox gözəl insan idi, bu mənada indiki tələbələri şanssız hesab eləyirəm. İndi qulağıma çatır ki, müəllimlər tələbənin əlinə baxırlar.

- Sizin yaradıcılığınıza təsir edən yazıçılar kimlər olub?

- Mənə ən çox iki yazıçı təsir edib. Ə.Məmmədxanlı və İlyas Əfəndiyev. Onların əsərlərindən Azərbaycan dilinin incəliklərini öyrənmişəm. Mənimçün əsərin axarlı dili yoxdursa, o əsəri mahiyyəti maraqlı deyil. əsərin dili pinti olanda, mahiyyət də dəyərdən düşür.

- “Yada düşdü” adlı kitabınızda müxtəlif adamlar haqqında xatirələriniz yer alıb, amma daha çox xoş fikirlərə yer vermisiniz. Bu hal da sizi və haqqında yazdığınız adamı birmənalı göstərir.

- Əslində, xatirə elə yazılmalıdı ki, gələcəkdə yazdığın insan haqqında fikir formalaşsın. Yəni pisi pis, yaxşını yaxşı yazmalısan. Məsələn, Puşkin haqqında yazılan xatirələri oxusanız, mənim dediklərimə inanarsınız. Amma mən xaraktercə çox romantik adamam, həliməm. Ona görə də o insanları öz romantikamdan çıxış edərək yazıram, mənə xoş görünən cəhətlərini vurğulamağa çalışıram.

- Televiziyada işləyənlər daha çox vaxt azlığından şikayətlənirlər. Televiziya yazıçı kimi sizə mane olmurdu ki?
- Bəzən gecələr də studiyada yatırdım. Məzuniyyətə çox nadir hallarda gedirdim. Müntəzəm stol arxasında oturub yazmaq qismət olmayıb mənə. Televiziya ilə ədəbiyyat bir yerə sığmır. Televiziyanı həmişə sevmişəm, məsuliyyəti də həmişə qəlbimdə olub. Yəqin televiziyada işləməsəydim daha çox əsərlər yaza bilərdim.

- Dünən telefonla müsahibənin vaxtını təyin edəndə söhbətləşdik. Hiss elədim ki, gənclərdən narazısınız. Səbəb nədir buna?

- Yox bu ciddi narazılıq deyil. İndiki gənclər bizdən savadlı, məlumatlıdırlar, amma özlərindən çox razıdırlar, yazmadıqları əsərlərin lovğalığını edirlər. Bir ara Nərmin Kamal haqqında elə təbliğat getdi ki, elə bil indiyə qədər Azərbaycan ədəbiyyatı olmayıb, ədəbiyyat deyilən şey nədirsə elə onu N.Kamal yaradıb. Hələ bilmirlər ki, savad istedad demək deyil. İndiki gənclərin çoxu savadlıdır, amma istedadlı deyil. Ola bilər ki, kiminsə orta savadı olsun, amma böyük istedadı olsun. O adam böyük əsərlər yaza bilər. Bu gün istedadlar azdır, mən buna təəssüf edirəm. Amma gənclərin yolunun bu dərəcədə açılması, onlara şərait yaradılması məni olduqca sevindirir. Gərək gənclər də bu qayğıların nəticəsi kimi ciddi bədii nümunələr ortaya qoysunlar. İndi tapmaca tapmaca şeirlər yazırlar. Şeir asan əzbərlənməlidi, yaxşı oxunmalıdı, yaddaşlara köçməlidi. “Yada düşdü” jurnalında seçib qiymətli şeirləri çap edirəm ki, qoy klassiklərin nə yazdığını və necə yazdıqlarını görsünlər. Yalandan özünü ağlıllı göstərənləri sevmirəm./kaspi.az/

Yenililklər
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.