Nobel mükafatçısı Knut Hamsunun Bakı qeydləri
12.02.13

“Səhər saat 7-nin yarısı. Bütün Bakı ağ tozun nəhəng buluduna bələnib. Burada hər şey ya ağ, ya da bozdur. Əhəng tozu insanların, heyvanların, evlərin, pəncərələrin, parkda bitən azsaylı ağac və kolların üzərini örtüb. Hər yer adama qəribə gəlir, çünki ağdır. Şəhərin havasından kerosin qoxusu gəlir. Bu qoxu insanı hər yerdə, küçədə və evdə təqib edir. İlk vaxtlar vərdiş etmədiyindən kerosin qoxusu öskürək yaradır...”

Bu cümlələri dünya şörətli Norveç yazıçısı, 1920-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Knut Hamsun 1898-ci ilin Bakısı haqqında yazır. Maksim Qorkinin “müasir dövrün ən orijinal yazıçısı” adlandırdığı, məşhur “Aclıq” və “Torpağın şirələri” kimi romanların müəllifi Hamsun Bakıya yenicə ailə qurduğu həyat yoldaşı Berqlyot Bex ilə təşrif buyurur. Gördüklərini “Nağıl ölkəsi” kitabında təsvir edir.

Knut Hamsun 1859-cu ildə Norveçdə doğulub. 17 yaşından ədəbi fəaliyyətlə məşğul olub. Ona ilk məşhurluğu 1890-cı ildə yazdığı “Aclıq” romanı gətirib. Yazıçını əsərlərindən heç də az tanıtdırmamış digər səbəb isə onun nasizmi müdafiə etməsidir. Hətta Nobel medalını 1943-cü ildə Göbbelsə göndərib. Norveçin nasist əlaltısı olan diktatoru Kvislinqi təqdir edib, ancaq sonralar onun qanlı əməllərindən sarsılaraq Berlində Hitlerə şikayətlənib. Onun bu mövqeyinin Hitleri bərk qəzəbləndirdiyini söyləyirlər.

Hitlerin intiharından dərhal sonra Hamsun onun haqqında nekroloq yazıb və nasizmin liderini “Xalqların azadlığı uğrunda mübariz” adlandırıb. Müharibədən sonra Hamsun nasizm tərəfdarı kimi məhkəmyə çəkilib, ancaq yaşı çox olduğundan (1945-ci ildə yazıçının 86 yaşı vardı) həbsxanaya salınmayıb və sadəcə cərimə olunub. Ömrünün qürubunda bir müddət qocalar evində yaşayıb. 1952-ci ilin 19 fevralında 93 yaşında vəfat edib.

***

1898-ci ildə Norveç Yazıçılar İttifaqından 1200 kron məbləğində təqaüd alan Knut çoxdankı arzusunu reallaşdırmaq imkanı əldə edir - Bakıya, Moskvaya və Konstantinopola səfər edir. Əvvəl Moskvaya gələn yazıçı oradan xanımı ilə birlikdə Vladiqafqaza və Tiflisə gedir, sonuncudan isə Bakıya gəlir. Bakı yazıçıya texniki tərəqqi şəhəri təəssüratı bağlışlasa da, o, bu tərəqqinin təbii mühiti məhv etməsindən narahatlıq hissi ilə yazır. “Bəli, bura da Amerika öz maşınlarının gurultusu ilə hücum edib” - Hamsun yazır. Halbuki, həmin vaxtın Bakısının əsas neft şirkəti amerikalılara yox, İsveç sahibkarı Nobelə məxsus idi.

Hamsunun həyat yoldaşı Berqlyot isə Bakıdan öz rəfiqəsinə yazır: “Biz hazırda Xəzər dənizinin sahilində, Avropanın ən şərqdə yerləşmiş şəhərindəyik... Kerosin və neft fontanları hər yandadır”.

Yazıçının “Nağıl ölkəsi” kitabından bəzi fraqmentləri dilimizə tərcümədə sizlərə təqdim edirik.

Tiflisdən Bakıya...

Tiflisdən Bakıya qədər olan yolu Hamsun “Nağıl ölkəsi” kitabında bu cür təsvir edir:

“Bizi Bakıya aparan qatardayıq... Kupedə hərarət 31 dərəcədən yuxarıdır. Bu xəttdə lokomotiv xam neftlə qızdırılır və bu istidə onun qoxusu dözülməzdir. Ancaq bizə, papiros çəkənlərə bu, elə də pis təsir etmir. Bütün kupelərdə çəkirlər, hətta qadınlar üçün kupelərdə də külqabılar var. Vaqonda çirkab dəhşətlidir, oturacaqlarda və divarda taxtabitilər sürünür.

Buralarda təbiət kasıb və kədərlidir, hər yan Günəşdən yanıb və səhra qumu ilə dolub. Heç yerdə meşə görünmür. Biz Ağstafa stansiyasına gəlirik, burada bufet var. Qızdırmadan əziyyət çəkirəm, susuzluğu götürmək üçün yüngül rus pivəsi içirəm və məlum olur ki, pivə yanğını bir az da artırır. Odur ki, Qafqaz şərabına keçirəm. Bir anlıq o, mənə kömək edir, sonra isə halım daha da pisləşir. Ağstafada başqa bir ifrata keçib çoxlu su içdim. Su Kür çayındandır. Bu, əsl dəlilik idi. Kim bircə dəfə Kür çayının suyunu içibsə, o, əbədi olaraq Qafqaza darıxacaq və geriyə qayıtmaq istəyəcək...”

...Bakı. İlk təəssürat...

“Bakıda 125 minə yaxın əhali var, bura Xəzər dənizində ən mühüm ticarət şəhəridir. Daima vurnuxan müasir həyat və hər anbarın qarşısında sərələnmiş çoxsaylı dəvələr qəribə təəssürat doğurur. Biz Qara Şəhərə, kerosin şirkətlərinin iqamətgahına getməliydik. Bizi oraya iranlı aparır; şəhərdə əksər faytonçular iranlıdır, onlar faytonu əsl şeytan kimi sürürlər, bir kəlmə kəsməyə imkan da yoxdur.

... Biz Nobelin evinin yerini soruşduq - bu, ona oxşayır ki, Xristianiyada (Norveçin paytaxtı Oslonun köhnə adı - Red.) kral sarayının harada olduğunu soruşasan. Bizə bələdçilik edəcək mühəndisi və onun ailəsini tapdıq. Onun həyətdə bağı olan yaxşı və rahat evi var, sahibə bağda akasiyalar əkib. Bu insanlar Bakıda sakit və gözəl həyat sürürlər. Bəzən küçədəki kerosin qoxusundan qorunmaq üçün pəncərələri bağlamaq lazım gəlir. Bu istidə bağlı pəncərələrlə oturmaq çox çətindir.

Mühəndis Bakıda olduğu bütün vaxt ərzində Qafqaz qızdırmasından əziyyət çəkir. Onun xanımı Bakıda doğulub, odur ki, bu qeyri-sağlam şəhərdə özünü evindəki kimi hiss edir. Mühəndis məni nəhəng müəssisənin çoxsaylı binaları, emalatxanaları və kantorları ilə gəzdirdi. Burada çoxlu fin, isveçli və danimarkalı çalışır.

Nobel müxtəlif boyaqlar axtarıb tapır, ancaq bu lənətlənmiş Bakıda əhəng hər yeri o qədər ağardıb ki, adam ağlını itirər. Şəhəri 13 indiqo növü ilə boyamaq - bu, ağlagəlməzdir! Şəhəri al-əlvan etməyə heç Nobelin də imkanları çatmaz...”
Bakıda insanların geyimi də qəribəlik hissi yaradır. Şəhər o qədər farslaşıb ki, daha onu Avropa şəhəri saymaq olmaz...”

...Qala...

“Köhnə Bakının mərkəzində yerləşən qalanın divarları fars-bizans üslubunda ucaldılıb. Divarlar xanın sarayını və 2 məscidi dövrələyib. Hazırda saray hərbi anbara çevrilib və içəri daxil olmaq üçün komendantın icazəsi zəruridir. İcazə üçün isə komendanta öz vizit vərəqimi göstərməliyəm, o isə məndə yoxdur. Vladiqafqazdakı kimi, burada da dostum Ventsel Hagelstamın vərəqindən yararlanmağa cəhd edirəm. Növbətçiyə üzərində “Fru Mariya Hagelstam” yazılmış kartı uzadıram, o, başını yırğalayır və pasportumu istəyir. Ürəyimdə “Tanrı, kömək et” söyləyib pasportumu uzadıram. Növbətçi hər 2 sənədə baxır, adları müqayisə edir və ona elə gəlir ki, hərflər uyğundur. Sonra qapını döyəcləyir və sənədləri komendanta aparır. Bu saxtarakarlığın baş tutacağına elə də ümid bəsləmirdim. Növbətçi qayıdır, pasportumu qaytarır və gənc poruçiki hər şeyi göstərməsi üçün mənə qoşur. Xilas oldum. Tüfəngli kazak mənimlə poruçikin ardınca gəlir...

... Poruçik deyir ki, Bakının son xanının 50 arvadı olub və ruslar 1806-cı ildə Bakını fəth edən zaman hamısını götürüb qaçıb. Bu Hüseynqulu xan Bakının fatehi general Sisianovu şəhər açarlarını ona təqdim etmək anında xəncərlə öldürtdürüb...

Burada 2 məscid də yerləşib və biz gözləyirdik ki, hansısa molla minarədən əzan verəcək, ancaq saat 12-dən keçsə də, molla gəlib çıxmadı. Bu barədə poruçikdən soruşanda, o, dərhal məscidin yaxınlığında əyləşmiş əmmaməli bir neçə qocanın üstünə qışqırdı, onlar poruçiki axır ki başa düşəndə isə başlarını yanlara yırğaladılar: molla xəstələnibmiş.

Biz Qız Qalasına da getmək istəyirdik, ancaq isti o qədər boğucuydu ki, bu niyyətimizdən daşındıq və parka yollandıq. Günəşdən bütün bitkilər yanmışdı, tozla örtülmüşdü. Mənzərə ağır təəssürat oyadırdı. Vur-tut bir neçə xırda akasiya, badam və əncir ağacına rast gəlinirdi...”

... Balaxanı...

“Nobel donanmasından bizim ixtiyarımıza Balaxanıdakı kerosin mənbələrinə getmək üçün paroxod ayırdılar. Sakit, aylı bir axşamdı. Bakıdan yarım saatlıq yol qədər uzaqlaşandan sonra gördük ki, dəniz qara su burulğanı ilə qaynayır. Burulğana bir qədər yanan lif atırlar və ani olaraq dəniz parlaq alovla alovlanır. Qara burulğanlar - neft qazıdır. Biz odun içi ilə dala-qabağa üzürük.

Sahil kerosindən nəm və yumşaqdır, qum ilə sanki sabun üstündəki kimi gedirsən, havada elə güclü neft və kerosin qoxusu var ki, adamda güclü baş ağrısı yaradır. Burada neft buruqları ilə dolu bütöv bir şəhər əmələ gəlib. Fəhlələr farslar və tatarlardır...”

... Suraxanı məbədi...

“Suraxanıda Od məbədi var. Burada yerin təkində heç bir mənbəyə ehtiyac görməyən, öz-özünə yanan və heç vaxt sönməyən müqəddəs od var. Qədim insanlar bu qatı suyu (neft - Red.) tapıb yandırıblar və o, əbədi yanır. Onlar bu odu Mitra, Günəş tanrısı ilə əlaqələndiriblər. Və bu qatı su onlar üçün müqəddəsləşib, onlar oda sitayiş edirlər.

Xeyirxah farsların arasından onların dininin banisi Zərdüşt çıxıb. Ona elə gəlib ki, xalqı yad tanrılara tapınır. O, qərara gəlir ki, 1 xeyirxah tanrı - Hörmüz və 1 şər tanrısı - Əhrimən var. Ancaq vaxt keçdikcə daha bir tanrıya ehtiyac yaranır. Bu tanrı digərlərindən ucada dayanmalıydı və onu Mitra adlandırırlar. Və Bakı yaxınlığındakı müqəddəs məbəddə Mitraya sitayiş edirlər.

Müsəlman dini yayıldıqca Zərdüştün dini öz rolunu itirməyə başladı. Ona inanan bəziləri Hindistana köçdü, orada dinlərini saxlayıblar və parslar adlanırlar, digərləri isə İranda qaldılar və cəmisi bir neçə min adamdırlar. Onları gavurlar, yaxud atəşpərəstlər adlandırırlar. Bu atəşpərəstlərdən bəziləri Bakı yaxınlığındakı Od məbədində lap yaxın vaxtlara qədər yaşayırdılar.

Məbədə gələrək onlar balaca hücrələrdə özlərinə sığınacaq tapırdılar. Hər hücrədə balaca kerosin lampası - sönməz Günəşin bir parçası yanırdı. Burada gavurlar və parslar üzüqoylu uzanır və ətraf dünyadan kənarlaşırdılar.

Ancaq Amerika buraya da gəlib çıxıb. Bir dəfə parslar məbədə gələndə ziyarətgahın yanında kerosin zavodu tikildiyini görürlər. Hücrələrdəki balaca günəşlər söndürülmüş, qaz şırnaqları isə zavoda istiqamətləndirilmişdi.
Belə olanda, gavurlar və parslar yavaş-yavaş bu yerləri tərk etdilər. Şərqdən gələnlər onlarla savaşmışdı, ancaq onlar Qərbdən gələnlərə məğlub oldular. Hazırda onların Bakı yaxınlığındakı ziyarətgahı sadəcə nağıl, əfsanədir. Ancaq son imançı ölənə qədər canlı od onlar üçün müqəddəsliyini saxlayacaq...”

***

“Akkreditivlə pulumuzu ala bilmədik. Tiflisdəki bankın Bakı şöbəsində bu cür sənədi heç vaxt görməyiblər, odur ki, bizə Tiflisə getmək məsləhət bilindi. Ancaq bizə pul Bakıda da lazımdı - mehmanxana pulunu ödəmək, şəhərdə nələrsə almaq üçün.

Mühəndisin tövsiyəsi ilə mən Nobelin şirkətinin direktoru Hagelinin yanına yollandım. O, həm də İsveç-Norveçin Bakıdakı konsulu vəzifələrini icra edirdi. O, bir söz də demədən mənə 100 rubl verdi və heç qəbz də istəmədi. Bu cür etibar əlbəttə, xoş idi. Mən ona akkreditivi göstərmək istədim, dedi ki, ehtiyac yoxdur. Ancaq kağızı açıb ona göstərdim və o, ani olaraq kağıza baxdı.

Həmin vaxt mənim ağlıma da gəlmədi ki, böyük bir işbazın qarşısında dayanmışam. Və mənim əlimdəki kağızda nəzərlərini bir anlıq saxlayanda da, onun baxışları məhz sənəddəki pulun məbləği yazılan yerə düşüb. Akkreditivdə yeganə əhəmiyyətl olanı da elə məbləğ idi...” /teleqraf.com/

Yenililklər
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.