Nahid Hacıyev - Səs oğruları
13.02.13

Masanın üzərindəki meyvə qabı divara dəyib ciliklənəndə 12 yaşlı oğlan uşağı öz otağında gizlənib qulaqlarını yummuşdu. Qadın, qəzəbini artırdıqca daha ucadan qışıqırır, əlinə nə keçdi divara, döşəməyə çırpıb hirsini soyutmağa çalışırdı. Kişinin “Bəsdi” deyərək qadının qollarını tutması, onu sakitləşdirməkdən çox cəzalandırmaq görkəmini verirdi. Ərinin ona mane olunduğunu hiss etdikcə qadın, daha da ucadan qışqırırdı.

Beş mətrəbəli binanın üçüncü mərtəbəsinin, iyirmi birinci evindən gələn qışqırıq səsinə, ər-arvad davasına ilk olaraq ikinci mərtəbədə yaşayan yeraz Mamed çıxdı. Tavanı başına uçacağından qorxub, bu anlaşılmaz bağırtıların nə səbəbdən yarandığını bilmək üçün asta-asta pillələri qalxıb iyirmi birinci evin qapısının qarşısında dayandı.

Qadın “Oğraş oğlu, səni görüm itə dönəsən” sözlərini ərinin üzünə qışırdığında qulağında dərin, arası kəsilməyən uğultu eşitdi. Sillənin “şap” səsindən yeraz Mamed də diksindi. Qadın özünü ayaqda tuta bilməyib zərbənin təsirindən yerə yıxıldı. Öz otağında dolabda gizlənmiş 12 yaşlı oğlan uşağı dizlərini sinəsinə sıxıb ağlamağa başlamışdı.

Dördüncü mərtəbədəki tatar Yelena hay-həşirin qopduğu yerə gələndə yeraz Mamed işarə barmağını dodağına dayayıb Yelenanın susmasını istədi.

Qadın yerə yıxılmış halda bir neçə an sol yanağını tutub dayandı. Üzünə dəyən sillənin ədalətsizliyi və qadın gücsüzlüyü ona həmin an o qədər əzab verdi ki, ucadan, arası kəsilmədən qışqırmağa başladı. Qışqırıq səsi elə möhkəm və naləliydiki birinci mərtəbədən gürcü Alik, beşdəki Qarabağ qaçqını Eldar və yoldaşı Günay da səsə çıxdı. Bir neçə dəqiqənin içində iyirmi birinci evin qapısı qarşısında xeyli adam toplşamışdı. Hər gələn “nə olub?” sualını verib qulağını qapıya tərə uzadırdı. Səsə birinci mərtəbədən gələn gürcü Alikə tatar Yelena “Arvad öyrənib ki, əri ona xəyanət edir” deyib qulağını yenidən qapıya uzatmışdı. Beşinci mərtəbədən səsə çıxan qaçqın Eldarın “nə olub?” sualına gürcü Aliksə “Deyirlər kişi arvadını kimləsə tutub. Deyəsən Aravad başqasıyla yatırmış” dedi. Günay ərini dürtüşdürərək “Nə deyir? Nolub, nolub” deməsinə isə əri “Az deyəsən kişi içib arvadını döyür” deyib “dayan görək nə eşidirik” sözünü də əlavə etdi. Hələ üstəlik ikinci mərtəbədən qalxan naxçıvanlı Hökümə arvad, dördüncü mərtəbədən düşən bakılı Hicranı “Görürsən hay-həşir var özün düşürsən bə mənə niyə demirsən” deyib giley də etdi.

Kişi arvadının aramsız qışqırığını susdurmaq üçün qadının yaxasından yapşıb vargücü ilə yerdən qaldırdı. Əlini ağzına tutub bağıra-bağıra “İt qızı, qışqırma” deyib yenidən sillə vurdu. Yerə yıxılmağını qoymayıb ikici silləni də arvadın yanağına möhürlədi. Qadının dodağı partlamışdı. Yeddi yaşlı oğlan uşağı hələ də ağlayırdı. Daha atasından “ozmo”, rəngli karandaşlar, oyuncaq maşınlar istəməyəcəyinə özünü inandırırdı.

Qadın üzünə dəyən sillələrə, dodağının qanamasına fikir verməyərək hələ də qışırırdı. Qışqırıq səsi o qədər möhkəmiydiki səsə qonşu binlardakı insanlarda gəlmişdi.

Beş mərtəbəli binanın üçüncü mərtəbəsinin qapısı qarşısında insan izdihamı varıydı. Hər kəs pillələrdə özünə yer edib iyirmi birinci evdən gələn qıqşırıq, dava səslərinə qulaq asırdı. Binanın blokunda dayanıb içəri girə bilməyə çalışan, ancaq heç bir cəhdlə bacarmayan Taleh “Ayə nolub e orda” deyə-deyə sualına cavab axtarırdı. Kimsə, ondan bir neçə adam aralıdan “ Aya yuxardan deyirlər ki, nəsə qəliz məsələdi” deyib yerini rahatladı.

Qadının qışıqırıq səsi hələ də kəsilmirdi. 12 yaşlı oğlan uşağı barmaqalarıyla tapanca görkəmini canlandırıb dolabın içində hazır dayanaraq atasını gözləyirdi. Kişi vurduğu sillələrin sayını unutmuşdu. Qadında hal qalmasa da qışqırığını kəsmirdi.

Beş mərtəbəli binanın üçüncü mərtəbəsində, iyirmi birinci evdən çıxan tamaşa artıq yarım saatıydı davam edirdi.

Belindən qalxan göynərtili ağrı Talehi diksindirəndə o, hələ də içəri keçib hər şeyi öz qulağıyla eşitməyə çalışırdı. Polislər binanı çoxdan mühasirəyə almışdı. Dövlətin “toplaşmaq qadağandır” qanununu pozanların artıq yeddisi həbs olunmuşdu.

Evlərindən çıxıb nələrin baş verdiyini bilmək istəyələr çoxdan evlərinə qayıdıb qapılarını bağlamışdılar. Polis bu qanunsuz aksiyanı məharətlə dağıtmışdı.

Qadın hələ də qışqırırıdı. Halı kəsilmişdi, dodağından axan qan paltarını qırmızıya boyayırdı, gözlərində qaralma yaranmışdı, ancaq susmurdu.

Bakı-2013

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.