Azərbaycanın “gənc Orxan Pamuk”u
15.02.13
Martın 12-də məşhur azərbaycanlı yazıçı Elçin Səfərli Sankt-Peterburqda oxucuları ilə görüş keçirəcək.
Publika.Az-ın məlumatına görə, 2012-ci il dekabrın ortalarında Elçin Səfərli Moskvada öz oxucuları ilə görüşmüşdü. Görüş zamanı Səfərli sonuncu “Əgər sən bilsəydin....” («Если бы ты знал...») kitabını təqdim edib.
Elçin Səfərli 12 mart 1984-cü ildə Bakıda dünyaya gəlib. Hal-hazırda isə Türkiyədə yaşayır. Elçin - “Bosforun şirin duzu” («Сладкая соль Босфора»), və “Qayıdışsız”( «Туда без обратно») bestsellerlərinin müəllifidir.
Rusiya mətbuatı onu “2008-ci ilin ədəbi kəşfi ” və “gənc Orxan Pamuk” adlandırıb. 2011-ci ildə Səfərli haqqında qısametrajlı “Hamıyla təklikdə” («Наедине со всеми») filmi çəkilib. /publika.az/
|