Aqşin Yenisey - 14 fevralın “paxmeli”
18.02.13

Tanrı vaxtilə rəhmətə getmiş müqəddəs Valentinə qəni-qəni rəhmət eləsin, ona görə ki, hər il fevral ayının 14-də bizi heç bir günahımız olmaya-olmaya sevmək istədiyimiz qadınların qənşərində xərcə salır, daha doğrusu, pərişan edir. “Sevgililər günü” mənə gələn təklifə baxın: “Feministlər haqqında bir şeir yazsaydınız çox sevinərdim”. İndi mən buna – qızdı, qadındı, kişidi-nədi  - necə izah edim ki, feminizm cinsi qadın xəstəliyidir. Düzdür, yoluxucudur, amma qorxulu deyil, həm də yalnız qadından qadına yoluxur. Kişilərin əndişələnməyinə gərək yoxdur. Deməli, qadın bu xəstəliyə necə yoluxur? Feminist bacı, əsəbiləşmədən gəlin əvvəlcə bunu aydınlaşdıraq: adətən, bu sindroma tutulmağa səbəb pasientin eqosudur. Qadın kişinin daha güclü bir varlıq olduğunu dərk edəndən sonra onun kişiliyini ona qısqanır, o da istəyir ki, kişi olsun, yaxud kişi kimi olsun. 

Necə ki, qadın zərifliyinə həsəd aparan kişilər qadın kimi, yaxud ümumiyyətlə, qadın olmaq istəyirlər. Yəni məhşur türk müğənnisi Bülənt Ərsoy. Belə kişilər bərbəzəyə, qadın aksesuarlarına, hətta bir kişini sevməyə meyilli olduqları kimi, kişi olmaq istəyən qadınlar da bunun əksinə, kişi görkəminə sahib olmaq üçün dəridən-qabıqdan çıxırlar. Sözsüz, biz qadına qarşı yönəlmiş istənilən zorakılığı külfətlikcə pisləyirik, ancaq özümün dılğır təcrübəmdən çıxış edərək qışqıra bilərəm ki, feminizmə can yandıran qadınların çoxu həyatında bircə dəfə də olsun bu cür kişi zorakarlığı ilə qarşılaşmayan xanımlardı. Kişi zorakılığı feminizm yaratsaydı, onda gərək bizi əkib-becərən nənələrimiz bığ buraxaydı. 

Qədim bir rəvayət var; quşların uçduğunu görən toyuq da qanadlanır, lakin iki-üç addım uçmamış kəlləmayallaq yerə düşür və Tanrıya asi çıxaraq belə bir iddiada bulunur: “Allah qanad versə də uçacağam, verməsə də”. Feminemka, feminizim – qadının kişi olmaq iddiasıdır. Toyuğun uçmaq iddiası kimi bir şey. Toyuğun uçmaq hikkəsi ilə qadının kişi olmaq hikkəsi riyazi qanunlarla ölçsək, düz mütənasübdü. 
Homerin “Odissey” poemasında Odissey bir adaya düşür; bu adada yanız qadınlar yaşayır, hamısı da, maşallah, su sonası. Odisseyi – həyatlarındakı ilk kişini görəndən sonra adadakı bütün qadınlar ona bir könüldən min könülə aşiq olur və elə buradan da içlərində mürgüləyən əsl qadın xislətləri oyanır. 

Hər bir qadın istəyir ki, Odissey onun olsun. Boyunu yerə soxduğum Odissey isə eynən bizim “Kitabi-Dədə Qorqud”dakı Beyrək kimi qılıncını çıxarıb uzadır ortaya ki, mənə yaxın gələnə söyüş qoymuşam. Adanın qadınları isə bu yarıtmaz yunan gədəsinə görə bir-birinin ətini didirlər. Yəni deməyim odur ki, feminizm qadının zahiri özündənrazılığıdır, əgər onun əlinə axtardığı kişi düşsə, marçamarçın biri bir qəpik olmasa, onda oxuduğum bütün kitablar mənə qənim olsun. 

Fransız filosofu və yazarı Jan Pol Sartrın bir arvadı vardı – Simon de Bovuar. Allah tərəfi, Sartrı sevirdi. Sartr isə nə qədər ağır fəlsəfi mövzularla əlləşsə də, yüngül həyat yaşayırdı, arvad-uşaq vecinə də deyildi. O boyda kişi hər gün bir qızla əl-ələ tutub Parisdə veyillənir, dondurmadan-zaddan yeyirdi. Dost-doğma arvadı Simon isə qalmışdı Allah umuduna. Və nəticədə nə oldu: Simon bacı əri Sartrın acığına döndü oldu feminist, üstəgəl, öz ərinə yanmışlıq vermək üçün feminizmdən bəhs edən bir kitab da yazdı. Ürəyi bununla da soyumadı Sartrı qısqandırmaq üçün adını indi unutduğum bir Amerika şairi ilə üç öpüb, bir dişləməyə başladı... özü də başladı nə başladı. 

Qadının feminist olmağı heç vaxt ictimai münasibətlər zəmnində üzə çıxmayıb, bu sadəcə, qadının şəxsi uğursuzluğunun ictimai, fəlsəfi, əxlaqi don geyindirilmiş təzahürüdür. 
Feminizm – özünü təhqir olunmuş hesab edən qadın eqosunun hikkəsidir. Feminizm mübarizə deyil, əks cinsə qarşı yönəlmiş şəxsi əsəbi münasibətdir. 

Adətən, feministlər başqa cütlüklərin birgə həyatına qısqanc yanaşırlar, onlar öz uğursuz qadın həyatlarını bütün həmcinslərində görmək istəyirlər. Onların gözəllik kompleksləri olur: “niyə mən yox, o!”. Özlərinə fikir vermirlər, kişisayağı jestləri mənimsəyib davranışlarında tətbiq edirlər. “Ən yaxşı”nı əldə etmək iddiası onları axırda “ən pis”ə qismət edir. Feministlər axırda özləri kimi yöndəmsiz heyvərənin birinə ərə gedib “şad-xürrəm” ailə həyatı yaşayırlar və lap axırda da Tanrının onlara verdiyi qadın həyatının içinə “kıx” edib ölüb gedirlər. 
Həyatda “feminist gəldi, feminist də getdi” deyə bilinəsi bir qadın yoxdu, “qadın ola bilmədi” deyiləsi psixi xəstələr var. Necə ki, bəzi kişilər də ömürləri boyu “kişi ola bilmirlər”. 
Toba, deyəsən, bu dəfə tutuzdurmağı bacardım. /publika.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.