Bu ilin ilk “Ulduz”u işıq üzü görüb
19.02.13
Bugünlərdə “Ulduz” jurnalının 2013-cü ildə ilk nömrəsi çap olunub. Jurnal baş redaktor Elçin Hüseynbəylinin təqdimatı ilə gənc yazar Dəyanət Əlizadənin “Oyuncaq xoşbəxtliyi” hekayəsi ilə açılıb.
Dərgidə Nazir Rüstəm, Mahir Mehdi, Əzizəxanım Kazımova, Knyaz Qoçaq, Rəsmiyyə Sabir, Səyyarə Məmmədli, Arzu Hüseyn, İltimas Səmimi, Dəmir Gədəbəylinin şeirləri dərc edilib.
“Ulduz”un bu sayında tənqidçi Vaqif Yusiflinin “Azərbaycan” jurnalının ilk sayının çapdan çıxmasının 90 illiyi münasibətilə qələmə aldığı “Geriyə bax, qoca” yazısı işıq üzü görüb.
“Ulduz” jurnalının publika.az saytı ilə birgə həyata keçirdiyi “Variasiya” layihəsi də öz əksini tapıb.
Jurnalda həmçinin Seymur Elsevərin “Şöhrət ondan qaçaq idi”, Abdulla Muqdətoğlunun “Sazda etdiyim nəsihəti unutma, oğul”, Aydın Dadaşovun “Gecikmiş romantizmin təzahürü”, Mobil Aslanlı Huntürkün “Mir Möhsün Nəvvab fenomeni” məqalələri yer alıb.
Kamil Əfsəroğlunun “Qış yuxusu”, Meliton Kazitinin “İnsan inanıram”, “Hicran Hüseynovanın “Qəribə arzu”, Somerset Moemin “Kilsə xidmətçisi”, İmir Məmmədlinin “Vaxtsız qonaq”, Şükufənini “Bir sənək su” hekayələri də jurnalda çap edilib.
Dərgidə həmçinin Xalq artisti İlham Namiq Kamalın müsahibəsi təqdim olunub. /525.az/
|