Rasim Qaraca: “Bu günü olmayanın gələcəyi də olmayacaq” – MÜSAHİBƏ
19.02.13

Fevralın 18-də Rasim Qaracanın ad günü idi. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri və xidməti olan Rasim bəyin 53 yaşı tamam oldu. Onun yaradıcılığı ilə tanış olmayan adamlar belə, əminəm ki, nə vaxtsa, adını hardasa eşidiblər. Çünki Rasim Qaraca uzun illərdir Azərbaycan gəncliyinin kitabsızlıq yarasına az da olsa, məlhəm çəkməyə çalışan tək-tük insanlardan biridir.
Ad günündə Rasim bəylə məkdaşımızın etdiyi ədəbiyyat söhbətini oxucularımıza təqdim edirik.

- Rasim bəy, ötənlərdə “Alatoran” yayınlarından endirimli kitab satışı aksiyası təşkil etdiniz. Ümumiyyətlə, bu aksiyada məqsəd nə idi? “Alatoran” yayınlarından dərc olunan kitabları satmaq, yoxsa sadəcə kitab satışına marağı artırmaq? Bu tipli aksiyalarınız davam edəcəkmi?

- Bu aksiyanın ideyası gənc AYO-çulara məxsus idi. Mən də bunu həvəslə dəstəklədim. Və effekti də gözlədiyimizdən artıq oldu. Qısa vaxt ərzində satışa çıxarılan kitabların hamısı satılıb qurtardı. Məqsəd oxuculara daha ucuz kitab təqdim etmək idi. Kitab oxuyan yoxdur söhbətlərini mənasız hesab edirəm, məlum oldu ki, oxuculara ucuz qiymətə kitab təqdim edəndə onlar bir neçə kitabı birdən ala bilirlər. Məncə naşirlər tamah barajını aşağı endirsələr, bundan həm özləri, həm də oxucular məmnun qalarlar. “Alatoran” bir çox yeniliklərə imza atıb, ucuz kitab ənənəsinin təməlini qoymaq istəyirik, inanıram davam edəcək.

- Ötənlərdə Əkrəm Əylislinin “Daş yuxular” romanına etiraz edən bir qrup adam Gəncədə yazıçının kitablarını yandırdı. Kitab yandıranların olduğu ölkədə kitab yazmağa, satmağa çalışmaq necə hissdir?

- Kitab yandırmaq çox böyük cahillikdir. Bu hadisə durumumuzun düşündüyümüzdən daha fəlakətli olduğunu göstərdi. Kitab yandıranları islah etmənin təkcə bir yolu var bəlkə də, o da yenə kitabdır. Cəhalətlə mübarizə aparmaq hər birimizin vəzifəsi olmalıdır. Aydınlanma mənim əsas şüarımdır.

- Yəqin ki, “Daş yuxuları” oxumusunuz. Ümumiyyətlə, bir ədəbiyyatçı kimi bu romanı bədii mənada necə qiymətləndirirsiniz? Bədii ədəbiyyat nümunəsi olaraq, “Daş yuxular” sizin üçün uğurlu nümunədirmi?

- Ümumiyyətlə, mən Əkrəm Əylislinin romantik-sentimental üslubunu bəyənmirəm. Hətta bu üslubu bir məktəb halına gətirdiyinə görə Ə.Əylislinin ədəbiyyatımızın inkişafına ziyan vurduğunu deyə bilərəm. Mistik Markesi bəh-bəhlə dəbə mindirən məhz odur, özüylə bərabər bu cərəyanın böyük dəstəsini meydana gətirib. Sovetlər dövründən Azərbaycan ədəbiyyatının, pis-yaxşı, qazanmış olduğu realizm məktəbi Əkrəmin sayəsində mistiklərlə və falabaxanlarala əvəzləndi, Vaqif Bayatlı, Ramiz Rövşən kimi qara pərdə şairləri, Mövlud Süleymanlı kimi metafizik nasirləri ədəbiyyata o gətirib, demək olar ki, ədəbi prosesin relsini işıqgələndən ithürənə o çevirib. Məcazi mənada, indi elə metafizika onu cəzalandırır, belə demək olarsa…

- Belə çıxır ki, Əkrəm Əylisli sizin yazıçınız deyil…

- “Daş yuxular”ın yalnız qısa məzmunu ilə tanış olmuşam. Əsəri oxumaq fikrim yoxdur… Lakin, bütün bunlara baxmayaraq, bir yazıçıya qarşı bu qədər təzyiqin göstərilməsi mənə görə, böyük ədalətsizlikdir. Əkrəm qələmlə yazıb və ona qarşı bütün iradlar yalnız qələmlə yazılaraq bildirilməli idi.

- Yəni, Əkrəm Əylislinin xalq yazıçısı titulu əlindən alınmamalıydı?

-  Bizdə “xalq yazıçısı”nın əsl mənası “hakimiyyət yazıçısı” deməkdir. Əkrəm də əvvəlindən axıra kimi hakimiyyət yazıçısı olub (bəlkə buraya bir epitet də əlavə edib demək olar: vicdanlı olmağa çalışan hakimiyyət yazıçısı), indi həmin titul onun əlindən alınıb. Məncə, Əkrəm özünün yazıçı müstəqilliyinin qayğısına qalmalıydı. İkibaşlı oynamağın nəticəsi hər zaman belə olub.

Onu da deyim ki, bu hadisənin bədii-estetik cəhətdən ədəbiyatımızın boyartımına təsir edəcəyi mənasızdır. Fəqət yazıçı anlayışının, yazıçı sözünün aktuallaşması baxımından Əkrəm hadisəsi tarixi məna daşıyır. Cəsarət yazıçının əsas özəlliklərindən biridir. Bəzən bu cəsarət ona həyatı bahasına başa gələ bilər, lakin cəsarətli söz düşüncənin sərhədlərini genişləndirir, buna görə də tarixi məna daşıyır. Çağdaş ədəbiyyatımızın kabinet yazarlarını gözünüzün önünə gətirin: sözü piləyərək söyləyən, kölgəsindən qorxan bu cür yazarlar guya gələcəkdə əsl dəyərlərinin veriləcəyinə inanırlar. Bu günü olmayanın gələcəyi də olmayacaq, bu birmənalıdır. Ədəbiyyatımızın yaxın tarixində Rafiq Tağı və Əkrəm Əylisli nümunəsinin olması bizim üçün böyük şansdır. Bu ölkədə azad sözün tarixi ənənəsi var, bu ənənə davam edir və davam edəcək… Yazıçı sözü təsir etməlidir. Canlı həyatla, onun problemləriylə üzvi şəkildə bağlanmalıdır. Bunun ən yaxşı nümunəsini biz Rafiq Tağının yaradıcılığında görürdük. Rafiq periodik olaraq skandallar yaratmağı bacarırdı.

- Rasim bəy, siz uzun illərdir ki, Azərbaycanda ədəbi prosesi canlandırmağa çalışır, bu yöndə fəaliyyət göstərirsiniz. Necə düşünürsünüz, uzun illər gördüyünüz iş öz bəhrəsini verdimi və ya məqsədlərinizə nə dərəcədə nail olmusunuz?

- Hal-hazırda həm çoxlu əsərlər yazılır, həm çoxlu kitablar çap olunur, həm də oxucuların sayı artıb. 10 il əvvəl bu mənzərə ağlasığmaz görünürdü. Cəmiyyətdəki mənəvi böhranın arxada qaldığını hiss edirəm, çox gözəl, sağlam gənclik yetişib, oxumaq dəb halını almağa başlayıb, artıq Azərbaycan gəncliyi öz iradəsinə hakimdir. Bu prosesdə özümün hansısa xidmətlərimin olması haqqında danışmaq istəmirəm… Hər kəs azca da olsa öz ölkəsinin patriotu olmalıdır. Mən də bu cür olmağa çalışmışam. Hobbim olan işlə məşğul oluram, öz fərdi nümunəmdə “bax bu cür də yaşamaq olar” mesajını verirəm. Məncə bu önəmlidir.

- Rasim Qaraca Azərbaycan ədəbiyyat tarixində nəylə xatırlanacaq? Ümumiyyətlə, özünüzü bu mənada harda görürsünüz?

- Mənim ədəbiyyat tarixində qalmaq və ya əbədiyyətə düşmək kimi bir qayğım yoxdur, çünki əbədiyyət adlı bir zadın olmadığını başa düşürəm. İndiki zaman mənim üçün önəmlidir, keçmiş də, gələcək də buradadır, yaşamaqda olduğumuz anın içərisində. /ann.az/

Yenililklər
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.