“İlin ən yaxşı tərcüməsi” mükafatı təsis ediləcək
20.02.13
Bu gün Azərbaycanda ən çox oxunan tərcümə ədəbiyyatıdır. Dünyanın bir çox ölkələrində tərcümə ilə bağlı müsabiqələr və ilin ən yaxşı tərcüməçisi seçilir. Belə bir ideyaya tərcümə ədəbiyyatında liderliyi əlində saxlayan “Qanun” Nəşriyyatında müsbət yanaşılır.
Nəşriyyatın direktoru Şahbaz Xuduoğlu açıqlamasında “İlin ən yaxşı tərcüməsi” fikrini bəyənib: “Bununla bağlı bir neçə dəfə ideya səsləndirilib və təkliflər olub. Yəqin ki, “Qanun” Nəşriyyatı olaraq belə bir mükafatı təsis edəcəyik”.
Ş. Xuduoğlu qeyd edib ki, 2013-cü ildə “İlin ən yaxşı tərcüməsi” mükafatını reallaşdırmaq mümkün ola bilər. “Biz mükafatın formasını hazırlyıb mediaya məlumat yayacağıq”. /modern.az/
|