Yazıçılar Birliyi təkzib edir: “Müsabiqənin bizə dəxli yoxdur”
21.02.13
Ədəbiyyat müsabiqəsi ətrafındakı qalmaqal böyüməkdədir. Kamal Abdulla bu müsabiqənin ideyasının Yazıçılar Birliyinin sədri Anara məxsus olduğunu bildirib. Ardınca isə o, sözügedən müsabiqənin Yaradıcılıq Fondu ilə heç bir bağlılığı olmadığını və bu layihənin mükafatının Yazıçılar Birliyi tərəfindən müəyyənləşdirilməsini vurğulayıb.
Amma Yazıçılar Birliyindən verilən məlumata görə, Ədəbiyyat Müsabiqəsinin Yazıçılar Birliyi ilə heç bir əlaqəsi yoxdur: “Belə müsabiqələr çoxdur. Təşkilatçılar belə müsabiqələrin keçirilməsində reklam üçün Yazıçılar Birliyinin adından istifadə edirlər. O müsabiqənin Yazıçılar Birliyinə heç bir aidiyyatı yoxdur”.
Yazıçılar Birliyinin mətbuat katibi Ədalət Əsgəroğlu isə ümumiyyətlə, bu qalmaqala qarışmaq istəmədiyini bildirdi: “Mən o müsabiqə ilə qətiyyən maraqlanmıram. Münsiflər heyətinin üzvləri, sədri və təşkilatçılar var, onlar da cavab versin”. /aznews.az/
|