Fazil Mustafa - Mirzə Cəlil niyə üşüyürdü?
23.02.13

Uşaqlıqdan oxuyarkən hər dəfə kövrəldiyim iki əsər və bu əsərlərin iki epizodu vardı. Biri Süleyman Sani Axundovun “Qaraca qız” əsərində Piri babanın Qaraca qızın ölümündən sonra söylədiyi son ifadədir: “Daxmamın bülbülü uçub getdi”.

İkincisi isə Mirzə Cəlilin həyatının son günləri ilə bağlı Həmidə xanımın xatırələrində yer alan səhnədir: Mirzə Cəlilin sobanı qalamaq üçün əl yazılarını yığıb yandırması və son dəfə çaldığı kamança...




“Bir axşam
Məhəmməd Hadi,
Sata bilmədiyi şerləri cibində;
Çökürdü yerə-
Bakının soyuq dalanlarının birində.
Bir axşam
Mirzə Cəlil,
Əl yazılarını yığıb
sobanı qaladı;
Kimsə yan otaqda
İçin-için ağladı”.

Yeniyetmə çağların duyğuları içində mənim şeirlə təsvir etdiyim Hadi və Mirzə Cəlil obrazlarıydı bunlar. Biri şeirlərini satışa çıxarmışdı çörək üçün. Çünki ac idi. Biri əl yazılarını yandırmağa götürmüşdü. Çünki üşüyürdü.
Mən Mirzə Cəlili həmişə üşüyən görmüşəm. Həmişə qızınmaq üçün nəyisə yandırmalıydı sanki...
Maraqlısı odur ki, Mirzə Cəlili oxuyarkən də hər zaman qaranlıq bir məkanda üşüdüyünü hiss edirsən.

“Gözümü ömrümdə birinci dəfə açan kimi dünyanı qaranlıq görmüşəm. Bu qaranlıqda ilk dəfə eşitdiklərim bunlardır: “Allahü əkbər! Allahü əkbər!”
Xatirələri bu ifadələrlə başlayır. Gördüyü qaranlığı aydınlada bilməyən “Allahü əkbər!” çağrışının hikmətinin necə təhrif olunduğu bir cəmiyyətin hədəflərinin, dəyərlərinin üzərinə getməyə qərar verir və Azərbaycan ədəbiyyatında, ictimai-siyasi mühitində öz xalqının geriliyinə, eyiblərinə ən sərt formada saldıran belə bir şəxsiyyət tapmaq çətindır. Eyni zamanda Novruzəlini də, Məhəmmədhəsən kişini də, Usta Zeynalı da, Nazlını da, saqqallı uşağı da sevə-sevə acıyan bir düşüncə adamı ilə söhbətləşirsən sanki...

Mirzə Cəlil hər şeydən öncə oxucu ilə söhbətləşən, oxucunu hadisənin içinə gətirməyi bacaran əsrarəngiz qabiliyyətə sahibdir.
Onun yaşadığı cəmiyyətdə bütün subyektlərin hədəfləri qeyri-insani və ya mənasızdır. İnsanlar ömürlərini absurd dəyərlərə həsr edərək dünyadan köçürlər. Xudayar bəy, Məhəmmədhəsən kişinin eşşəyini Zeynəbi siğə etmək üçün satır, Məhmməhəsən kişi eşşəyi Kərbəlaya ziyarət üçün saxlayır, Novruzəli xanın məktubunu qorumağı əsas vəzifə olaraq görüb rus məmuru ilə yumruq davasına çıxır və s.

Eyni absurd yaşamı sezmək üçün “Tərcümeyi halim”in başında gələn cümlə quruluşuna və mövzuya bir diqqət yetirin:
“Və yuxu kimi gəlir ki, o vaxtlar, yəni 50 il bundan qabaq, yəni mən balaca məktəb uşağı olduğum zamanlar evimizdə, küçədə, məktəbdə, bazar və dükanda gördüklərim və eşitdiklərim ancaq məscid söhbəti olardı, minbər söhbəti olardı, namaz idi, oruc tutmaq, əhya saxlamaq idi, vəz və mərsiyə idi. Sübhdən axşamadək gördüklərim kişilər və övrətlərin sübhdən axşamadək məşğələləri məhz namaz qılmaq, oruc tutmaq, genə namaz, genə oruc, məscid, qurban kəsmək, imam təziyyəsi və qışqırıqlı və cəlallı məhərrəm təziyyəsi və ağköynək büsatı olardı”.

Mirzə Cəlil buradan başlayır. Mirzə Cəlil hədəfini dəqiq seçib. Ona görə də aktualdır. Ona görə dünən də, bu gün də yasaqlıdır. Bu gün kimsə cəsarət edib “Dəli yığıncağı” olduğu kimi tamaşaya qoya bilməz. Düşüncə sistemi, iman anlayışı yüz illər bundan öncəsindən fərqlənməyən bir Azərbaycan və bir Azərbaycan xalqının içindən hər an, hər gün bir Şeyx Nəsrullah çıxması gözləniləndir. Ona görə ki, Şeyx Nəsrullaha qarşı çıxan qəhrəman da araq şüşəsinin dibindən çıxan İskəndərdir. “Sizin kimi camaatın qəhrəmanı da mənim kimi olar” nöqtəsini qoyarkən sanki yüz illərin dəyişməyəcək anlayışlarını uzaqgörənliklə yaratmış. Onun “Azərbaycan” məqaləsini bu gedişlə yüz il sonra da rahat bir pafosla, yanğı ilə cəmiyyətimizə üz tutub oxumaq mümkün olacaq.

Mirzə Cəlil, Türk ailəsi içindən ayrı bir dini və milli kimlik olaraq ortaya çıxan Azərbaycan topluluğunun modern dilinin memarıdır. Uzun illərin ümumtürk ədəbi dili formalaşdırmaq istəyən aydınlarla apardığı söz mübarizəsində, əslində qalib gələn Mirzə Cəlil oldu. Sanki Osmanlı türkcəsinin reformasiyasını irəlicədən görərək, Azərbaycan türkcəsini ayrıca bir şöbə olaraq şəkilləndirməyi intuitiv şəkildə hədəf seçmişdi. Ərəb, fars, moltanı qarışıqlığı içində əslində yeni ləhcə deyil, məhz türk dilinin müstəqil, modern qolunu yaratmışdı Mirzə Cəlil.

Mirzə Cəlilin istər ”Xatirələr”inin, istər də “Tərcümeyi-halim”in bəlkə də əsas məzmununun dini düşüncə və həyat yönümüzə aid olması onun Azərbaycan probleminin mahiyyətini dəqiq tutmasından xəbər verir. Mirzə Cəlil, Axundovdan fərqli olaraq inkarçı deyil, etirazçıdır. Axundov üçün dinin təməli, prinsipləri yanlışdır və cəhalətin qaynağı İslamın özü və Peyğəmbər Məhəmmədin şəxsiyyətidir. Axundov bu dinə qarşı protestanlıq ideyasını qoyurdu. Mirzə Cəlil üçün isə İslamın təməlinə duyarsızlıq yoxdur, bidət, mərasim, mövhumat çirkabı ilə öz mahiyyətindən uzaqlaşması əsas problem olaraq görülür.

Mirzə Cəlil istədiyi kimi gülə bilir- “Molla Nəsrəddin”də, Mirzə Cəlil istədiyi kimi canıynan-qanıynan ağlaya bilir- Danabaş kəndində. Mirzə Cəlil ucdantutma öz cəmiyyətinə tüpürə bilir- “Ölülər”də Kefli İskəndərlə. Mirzə Cəlil cəmiyyətin sağalması üçün hər cür müalicəni seçmə haqqını özünə tanıyan bir ictimai təbib xarakteri təqdim edir.
Mirzə Cəlilin başladığı nöqtəyə bir də qayıtmalıyıq. Dələduz Şeyx Nəsrullahın qarşısına kefli İskəndərlə çıxılan bir cəmiyyət Dəlilər yığnağı olaraq öz natamam şifrələrini çözə bilməyəcək. Kefli İsgəndərin tüpürcəyini üzümüzdən silib Anamızın Kitabını bir də oxumalıyıq... /publika.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.