Faiq Balabəyli-49 - Şair doğum günün mübarək

23.02.13


Məni ağlamazsan


Məni ağlamazsan,
Sağlığımda səni çox ağlatdım,
Saçlarından tutub başını
Divara vurdum,
Eşitmək istəmədiyin
Sözlərlə təhqir etdim səni.
Hədəqədən çıxmış gözlərinlə
Boğazından keçməyən nəfəsinlə
Mənim belə olmadığımı
Bilmədiyini demək istəyirdin.
Məni ağlamazsan,
Düyün–düyün olmuş ürəyinin əzabını
Mən vermişəm sənə.
Saçlarının arasındakı ağ cığırları
Mən göndərmişəm sənə.
Çayımı, çörəyimi vermisən,
Sevmisən məni, dəli kimi sevmisən…
Məni ağlamazsan.


Bbilirəm darixirsan

Bilirəm darıxırsan,
Gözlərin də yol çəkir.
Dərd, sevincin üstünə
İmza atır, qol çəkir.
Kəndimizdə ağaclar
Tökür yarpaqlarını.
Şəklimi bas bağrına,
İslat yanaqlarını.
Külək əssə, çıx çölə,
Gətirəcək qoxumu.
Sənsizlik ərşə çəkib,
Gözlərimdən yuxumu.
Kövşən ətri gəlir, bax
Mənim şeirlərimdən.
Zülmət düşəcək sabah,
Gəl yapış əllərimdən.
Şəklimi gözlərinə
Nə tutub bağlayırsan
Yaman islandı şəklim
Bu nədir ağlayırsan?..


Sən getdin

Sən getdin, özünlə apardın,
Gətirdiyin bir udumluq sevinci.
Zülmətə döndü hər tərəf,
Yağmura düşdüm elə bil.
Batdı limanda gəmilər,
Söndü bütün işıqlar,
Sən gedəndən sonra.
Bir vaxtlar barmaqarası
Baxdığım həyata
Barmaqlıqlar arasından
Baxmağımı indi dərk etdim.
İndi özümə görk etdim;
Necə də gözəlmiş həyat,
Və sənli günlər.
Sən getdin,
Və başa düşdüm ki,
Bu andan məhbəs həyatı yaşayıram,
İçimdə sənsizliyi daşıyıram.


Və bir gün

….Və bir görərsən qayıtmışam mən,
Həminki adamam, dəyişməmişəm.
O şirin anları oyatmışam mən,
Həminki adamam, dəyişməmişəm.
Nə boyun–buxunum, nə də ki, səsim,
Saçını oxşayan əlim, nəfəsim.
Tükənməz heç zaman arzum, həvəsim,
Həminki adamam, dəyişməmişəm.
Göydə göy buludam, dağlarda çayam,
Çağırsan gələrəm, harayam, hayam.
Necə görursən də eləcə buyam,
Həminki adamam, dəyişməmişəm.
Mən həbsxana həyatına öyrənə bilmədim,
çıpındım qəfəsdəki quş tək,
hər gecə bir şirin yuxu arzuladım,
gözlədim bayquş tək
toraxaylar kimi yuvamda qalan
balamı arzuladım,
gözləri, yolumu gözləməkdən çuxur salan
anamı arzuladım
mən yaşamaq istədim,
“həyat gözəldir” dedim
oğlumun geniş alnı, qızımın zərif teli
hər gecə yola dönüb
keçdi yuxularımdan
məni geri səslədi
əlimdən nə gəldi ki əllərimin içində
axtaram əllərinin izlərini
hara baxsam görürdüm
balamın gözlərini
çırpınırdım yaralı quş kimi
səsimə səs verənlər
azaldı günü gündən,
təqvim vərəqləri tək
günlər ötüb keçdikcə
ayırdım günü, gündən.

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.