Sevinc Elsevər - Qadınların qəribəlikləri
23.02.13

Tanıdığın  evlərə gedirsən, görürsən ki, bahalı mebellər var, içi qiymətli qab-qacaqla da doludur. Amma bircə dəfə də nə evin sakinlərindən bir nəfər, nə də ən əziz qonaq bu stəkanlardan birində bir stəkan çay içməyib, bu boşqabların birində yemək nədir, heç tort yeməyib. Elə bil padşahın özü üçün saxlayırlar bu qab-qacağı…Evin xanımı gətirdiyi bu cer-cehizlə qocalır, bayramdan-bayrama, seyrandan-seyrana əli əsə-əsə həmin qab-qacağı çıxarıb tozunu silir, təzədən yerinə düzür.

Dolabların, servantların, divanların üstü cürbəcür adda oyuncaq heyvanlarla dolu olur. Əlindən tutub qapısından uşağınla  girdiyin bu evlərdə uşaq potensial düşməndi. Evin sahibəsi oyuncaqları əlçatan yerlərdən yığışdırıb aparıb qoyacaq evin ən ucqar nöqtələrinə. Uşaq da baxacaq maddım-maddım, ağlayacaq, üzünü yerə sürtəcək. Evin sahibəsi nəinki utanmayacaq, uşağa düzgün tərbiyə vermək haqqında uzun-uzadı moizə oxuyub başını xarab eləyəcək.

Baxan deyər ki, bu qadın yumşaq oyuncaqları, bu ayıları, itləri, pişikləri  təbiətə olan sevgisindən evinə yığıb. Əsla. Qadının dolabı doludur cürbəcür heyvan dərisindən hazırlanmış şubalarla, ayaqqabılarla, çantalarla. Qapısına ac pişik gəlsə, ayaqqabısının burnu ilə vurub qovasıdır. İti can verən görsə, təpik vurub öldürəsidir. Sanitar epidemioloji mərkəzə  zəng eləyib küçədəki sahibsiz itlərin güllələnməsi  üçün yalvar-yaxardadı bütün günü.

Dekorativ güllərlə evini dolduran sahibələrin pəncərələrində nadir hallarda içində təbii gül yatan dibçəklərə rastlayarsan. Olsa da, o dibçəkləri evin, həyətin ən gözə görünməz yerlərində unudulmuş görərsən. Diblərinə bir qaşıq su tökən də tapılmaz, bu çiçəklər dekorativ ağacları sevən qadınlara ya qayınanalarından, ya analarından qalıb, üzə düşüb tullamırlar.   

Cehizlərini elə əzizləyirlər, elə gözə dürtürlər, baxırsan cehizin hay-hayı gedib, vay-vayı qalıb.  Ət, tikiş maşınıdır, sovetdən qalma soyuducudur, bir anbar işləməyən, heç nəyə yaramayan əşya tutub evin hər yerini. Ər beş dəfə həmin əşyalardan yenisini alıb, işlədiblər, köhnəldiblər, tullayıblar. Amma cehizlik əşyalar eləcə qalıb, ələ-ayağa dolaşmaqda. O səbəbdən ki, bu heç nəyə yaramayan dəmir-dümürü evin sahibəsinin dədəsi verib, qadının vaxtilə cah-cəlallı cehiz gətirdiyinin maddi  sübutudur, tarixi yadigardır.

Mücrü doludur qır-qızılla, ər borcun içindədir, oğul əsgərlikdədir, qız gəlin köçür, cehiz almağa pul yox. Ayağını dirəyir ki, qızıllar mənim bazarlığıma alınıb, satan deyiləm, verən deyiləm, dar günə saxlayıram. “Kəfən pulu saxlamışam”, - deyib oturub filan qədər pulun üstündə. Rəhmətliyin qızı,  kəfəni qızıl sapla tikəcəklər sənə?

Balonları doldurub kompotla, şorabalarla, mürəbbələrlə... Qonaq gələr, açarıq deyə-deyə bir də baxır ki, növbəti yaz fəslinin astanasındadı, balonlar hamısı xarab olub, nə yeməlidi, nə içməli. Başlayır dalbadal açıb tökməyə, evin adamlarını zəhərləməyə.
Üstəgəl bunun lüzumsuz qənaətcilliyi. Stolun üstünə xırda -xırda gətirir  hər şeyi... bir də baxır ki, ərzaqlar o qədər ləng yeyilib yerdə qalanı  xarab olub.

Çox, çox, çox  xoşbəxt olsalar da, xalxın, qonum-qonşunun dərdinə düşürlər, başqalarının problemlərindən danışıb-danışıb kişinin başını xarab eləyirlər, hətta ağlayırlar. Kişi də ayağa qalxıb əl-qolunu ölçə-ölçə hirslə belə deyir: “Mən ölmüşəm də, ağla...ağla... ağlar günə qalmış!”

 Bütün bu gülməli  qəribəliklərinə rəğmən, Azərbaycan qadını dünyanın ən gözəl qadınıdır. İçində də mən olmaq şərtiylə... Bu yazını 8 mart qadınlar bayramından qabaq üzə çıxartdım ki,  oxuyanda qadınların qanı qaralmasın. /teleqraf.com/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.