Zamir Erkin Agazade - Yaşın nə fərqi var ki...
25.02.13
“Yeni yaşıma girdim, amma sənsiz yaş'anılmaz ki..”
*** Bu gün sənin 'adi günün'dür, mənim isə 'ad günüm'dür.. (:
*** “Hər il bir 'yaş' süzülür - ömrümdən..” Bu gün də belə.. Daha bir yaşı verdik yelə.
*** “Gözlərim də qocalmazdı, sən onu yaşlı etdin..”
*** Və sən hələ: “Yaş’ın kiçikdir deyirsən. Yaxşı, Sənin üçün yekə-yekə ağlayaram mən. “
*** Sonra öz-özümə deyirəm: "Yaşından utan: göz yaşından – kişi ağlamaz!.."
Avanqard.net
|