Erməni yazıçısı: “Ermənilər Xocalını soyqırım olaraq qəbul etməlidirlər”

28.02.13

Etyen Mahcupyan: "Qarabağ Azərbaycan torpağıdır. Beynəxalq hüquq da bunu belə deyir"

Etyen Mahcupyan…Erməni əsilli köşə yazarı, yazıçı.  Öz sözləri ilə desək, fikir adamı. Köşə yazarlığına “Radikal” qəzetində başlayıb. 2001-ci ildən etibarən fəaliyyətini “Zaman” qəzetində davam etdirib. 2007-ci ildə Hrank Dinkin öldürülməsindən sonra onun yerinə keçib. 2010-cu ilə qədər "Agos" qəzetinin baş redaktoru vəzifəsini yerinə yetirib. Hal-hazırda yenə də “Zaman” qəzetində köşə yazarıdır. Türkiyədə tanınmış erməni ziyalılardan sayılır…

Vədələşdiyimiz kimi Karaköydə Sabancı Universitetinin binasında görüşdük. Məni qapıda qarşıladı. Elə əyləşər-əyləşməz cavabını maraqla gözlədiyim ilk sualı verdim:

-Etyen bəy, Türkiyədə erməni olmaq necə bir hissdir?

-Mən Anadolunun bağrından qopan bir insanam. Özümü buralara aid hiss edirəm. Bir zamanlar daha çox idik. indi etnik azlıq olmuşuq.

-Bir Türkiyə ermənisi olaraq Azərbaycan-Ermənistan arasındakı münaqişəni Ermənistanın Azərbaycan torpaqlarını işgal etməsini necə dəyərləndirirsiniz?

-Çox pis. Nəticə etibarilə eyni bölgədə yerləşən dövlətlər bir-biri ilə mehriban şəraitdə yaşamağa məcburdurlar. Qloballaşan dünya bunu tələb edir…

-Bizim mehriban qonşuluq şəraitində yaşadığımız zamanlar da olub və bu münasibətlər bizim tərəfimizdən pozulmayıb.

-Bilirsiniz, işin içinə millətçilik və din amili girdiyi zaman həmişə belə olur. Üzərində yaşadığımız torpaqlara millətçiliklə modernləşmə eyni anda yeridilib. Çox təəssüf ki, biz bunları həzm edəcək gücdə olmamışıq. Bu gün Azərbaycan və Ermənistan əmin-amanlıq içində də yaşaya bilərdi. Olmadı. Deməli,bunun  səbəblərini axtarmaq lazımdır. Düşünmürəm ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin bu həddə çatmasında xarici amillər rol oynayıb. Sadəcə hər iki ölkədə günü-gündən yüksələn millətçilik sonunda torpaq üzərində müharibəyə gətirib çıxardı. Qan töküldü... İki millətçiliyin yanaşı yola getməsi mümkün deyil. Əslində imperiyalar dövründə “mənim torpağım- sənin torpağın” deyə bir məhfum yox idi. Bu sonradan yaranıb. Əslində heç bir millət hansısa bir torpaq üzərində iddia sahibi ola bilməz. Torpaq hamınındır, millətlər isə onun üzərində müvəqqəti olaraq yaşayırlar.

-Sizcə də Ermənistanda günü gündən yüksələn erməni millətçiliyi yoxdurmu? Və erməni millətçiliyi kilsədən ilhamlanmırmı?

-Var. Azərbaycanda da var. Türkiyədə də var. Əslində bütün problemlər də buradan qaynaqlanır. Kilsənin erməni millətçiliyində böyük rol oynadığı da şəksizdir. Çünki bu millətçiliyin vahid konsepsiyasının olmadığı dövrlərdə kilsə liderlik edib… Ümumiyyətlə, hər hansı bir millətin sonradan yiyələndiyi millətçilik duyğusu onun var olan dəyərlər toplusu əsasında formalaşır… Türklərdə də təriqətlərin, məhzəblərin  türk millətçiliyin formalaşmasında oynadığı rol danılmazdır. Bu torpaq mənimdir, yox mənimdir mübahisəsi yarandıqdan sonra bir-birimizə yadlaşdıq, parçalandıq. Bu təkcə Ermənistanla Azərbaycan arasında olmadı, Anadoluda da belə oldu Yaxın Şərqdə də belə oldu… Əslində yeni-yeni dərk etməyə başlamışıq millətçiliyin bizə aid bir şey olmadığını. Bu ideologiya bizə yaddır, bizim damarlarımızdan axıb gəlmir. Bu mənada məncə 100,150 il geriyə getməliyik və münasibətlərimizi qaldığımız yerdən bərpa edərək özümüzü qloballaşan dünyanın şərtlərinə uyğunlaşdırmalıyıq.

-Millətçiliyin zərərli olduğunu deyirsiniz?


-Əlbəttə. Bütün problemlərimizi burada axtarmaq lazımdır.

-O zaman niyə erməni millətçiliyini özünüzə əsas istiqamət olaraq seçmisiniz?

- Mən millətçi deyiləm.

-Axı, siz erməni dəyərlərinə sahib çıxmağa çalışırsınız, Türkiyədəki erməni izlərinin silinməməsi üçün çalışırsınız, 1915-ci ildə baş verən hadisələrin soyqırım olduğunu  deyirsiniz…Bunlar erməni millətçiliyi deyilmi?

-1915-ci ildə baş verənlər, əlbəttə ki, bir soyqırımdır, amma mən erməni millətçisi deyiləm. Sözün düzü ermənicə belə bilmirəm. Mən türk dilində danışıram və mənim fikrimcə türk dili erməni dilinin bir qoludur. Məsələn, mənə təklif etsələr də Ermənistanda yaşaya bilmərəm. Sadəcə, ermənilərdən ibarət bir ölkədə yaşaya bilmərəm. Biz hamımız – türküylə, ermənisiylə, lazıyla, çərkəziylə bərabər bu torpağın rəngiyik və belə daha maraqlıdır.

-Torpaq üzərində iddiaların əsassız olduğunu söylədiniz. Sizcə ermənilərin Qarabağ üzərində iddiaları və işğalı onlar üçün nə dərəcədə gərəklidir? . Qazandıqlarının müqabilində bir də itirdikləri var.

-Qarabağ Azərbaycan torpağıdır. Beynəxalq hüquq da bunu belə deyir. Düzdür orada yaşayan ermənilərin sayı Azərbaycanlıların sayından çox olub amma nəticə etibarilə ora Azərbaycan torpağıdır. Əgər Azərbaycan Qarabağda yaşayan ermənilərə özünü idarə hüququ və təhlükəsizlik təminatı verərsə Ermənistanın bununla razılaşmamaq kimi bir şansı yoxdur.

-Bəzən Qarabağda yaşayan ermənilərin sayının azərbaycanlılardan artıq olduğu doğrudur. Amma bu, Rusiya tərəfindən ermənilərin süni şəkildə köçürülməsi nəticəsində mümkün olub. Sizcə, əvvəlki münasibətləri bərpa etmək mümkündürmü?

-Əslində hər iki millət bir araya gəlməlidir və səhvlərini etiraf etməlidirlər. Tarix boyu qonşu dövlətlər arasında hər zaman qan tökülüb. Müharibələr olub. Amma bunları unutmaq da mümkündür. Əslinə qalsa, bunun iki yolu var. Ya üstündən  keçib, sanki belə hadisələr yaşanmayıbmış kimi davranacaqsan İspaniya kimi, ya da qarşılıqlı etiraf edəcəksən. Etiraf etmək o milləti alçaltmaz, əksinə daha da yüksəldər.

-Xocalıda bir soyqırım yaşandığını etiraf edirsinizmi?

-Orada bir qətliam yaşandıgını etiraf edirəm. Ağlasığmaz bir vəhşət yaşanıb. Amma ermənilərdən də soruşduğun zaman Sumqayıtda yaşananların əvəzi idi Xocalı deyirlər. Sadəcə Sumqayıtda yaşananlar daha kiçik hadisələr idi, Xocalı ilə müqayisə etdiyimiz zaman. Əslində ermənilərin də səhvi var. Məsələni düzgün təhlil edə bilmirlər. Əvvəlcə ermənilər Xocalını soyqırım olaraq qəbul etməlidirlər, sonra Türkiyədən tələb etməlidirlər. Demokratik addımlar atılmalıdır, hər iki tərəfdən də. Birinin sülh üçün uzanmış əlini o biri rədd eləməmilidir. Bu prizmadan baxanda mən Əkrəm Əylislini “Daş yuxuları”nı çox yüksək qiymətləndirirəm…

-Köşənizdə də yazmışdınız bu barədə.

-Bəli, yazmışdım. Cəsarətinə görə onu alqışlayırma. Bir gün bir nəfərin çıxıb bu həqiqətləri deməsi lazım idi. Məni maraqlandıran onun yazdığı roman deyil. Bəlkə bu roman ədəbi əsər olaraq zəif ola bilər, amma burada əsas məsələ yazıçının verdiyi mesajdır. Əkrəm Əylisli kimi vicdanlı adamların qorunması lazımdır. Ümid edirəm ki, bir erməni yazıçı da çıxıb, biz azərbaycanlıları belə qırdıq deyə etiraf dolu bir roman yazacaq. Münasibətlərin yalnız belə düzəlməsi mümkündür.  /publika.az/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.