Günel Mövlud - Mənim ilk qonorarım
01.03.13

Onun adı İskəndər idi. Ağlım kəsəndən cəmi bir neçə il yaşadığım kəndin ən mərd oğlanı hesab olunurdu. Hələ çox gənc idi, səhv eləmirəmsə yaşı 19-u təzə keçmişdi. İskəndər qeyri-adi dərəcədə yaxşı oğlan idi. Üzü daima gülümsəyər, özü isə heç vaxt zarafatından qalmazdı. Onun təmiz, saf təbiəti, ünsiyyətcilliyi, səmimiliyi kəndimizdə qocalı-cavanlı hamının ürəyini fəth eləmişdi. İskəndər istədiyi evə qapını döymədən girə, istədiyi süfrədə rahatca əziz qonaq kimi deyil, ailənin bir üzvü kimi otura bilərdi. O bu haqqı öz canıyananlığı, qayğıkeşliyi, xeyirə-şərə yaramağı, mərdliyi ilə qazanmışdı.
Kənddə kim ev tikdirirdisə, ən çox zəhməti İskəndər çəkirdi. Kim toy edirdisə, toyun yaraşığı İskəndər olurdu. Heç kim bacısını, arvadını, qızını onunla söhbət, zarafat elədiyinə görə danlamazdı, buna etiraz eləməzdi.

İskəndərin əsgərliyi qanlı-qadalı 92-ci ilə düşdü. Şuşanın işğal olunduğu, Xocalı faciəsinin qəfil qara bulud kimi başımıza çökdüyü, hər gün evlərə onlarla şəhid cənazəsi gəldiyi o məşum ilə.

İskəndər orduya həvəslə, ürəklə getmişdi. O dövrün bir çox gəncləri kimi müharibənin, sonra qələbənin romantikasına qapılmışdı. Doğulub böyüdüyü, hazırda işğal təhlükəsi gözləyən doğma kəndinə bir gün qələbə ilə qayıdacağına ürəkdən inanırdı.

O ön cəbhədə vuruşduğu müddət ərzində bir neçə dəfə kəndə baş çəkmişdi. Kəndin bütün uşaqları kimi mən və qardaşlarım da ünsiyyətcil, zarafatcıl İskəndəri çox istəyirdik. O kəndə gələndə, bütün kənd uşaqları kimi biz də onun qabağına qaçmış, döyüşçü paltarı, papağı, avtomatı ilə oynamışdıq. Uşaqlara cibindən şirniyyat, konfet ya nəsə belə bir şey çıxarıb vermək istəyən bütün böyüklər kimi İskəndər də uşaqlara nəsə vermək istəmişdi. Amma onun çoxsaylı ciblərindən patronlardan savayı heç nə çıxmamışdı. O bizə cibindəki patronları paylamış və bu patronları oddan uzaq tutmağımızı bərk-bərk tapşırmışdı.

Dərs ləvazimatının tapılmadığı həmin illərdə aşağı sinif şagirdləri say çöpləri sarıdan çox korluq çəkirdilər. Bəzilərinin valideynləri rayon mərkəzindən rəngli say çöpləri tapa bilsə də, bəzilərinin də valideynləri əlinə keçən çubuqları bıçaqla yonub, say çöpləri düzəldirdilər. Kənd məktəbində rəngli say çöpləri olan şagirdlər bü çöpləri həvəslə partanın üstünə düzür, alma-armud ağaclarının budaqlarından yonulma çöpləri olan uşaqlar isə bu kobud budaqcıqları vuclarında gizləyərək, saymağı öyrənirdilər.

İskəndərin bizə bağışladığı patronlar birinci sinif şagirdləri üçün göydəndüşmə oldu. İndi patronları ürəklə partanın üstünə qoyub saymaq öyrənən uşaqlar da vardı. Müharibənin qızğın vaxtında birinci sinif şagirdinin patronla say öyrənməsi adi hal kimi göründüyündən, kənd müəllimləri o uşaqlara heç nə demirdilər.

Elə həmin il bir səhər İskəndərin həlak olması barədə kəndə xəbər yayıldı. O döyüşdə vurulmamışdı. Yüksək gərginlikli elektrik xətti qırılıb onun oturduğu tankın üstünə düşmüş və İskəndəri vurmuşdu. Onun ölümü bütün kənd üçün şok oldu. Heç kim onun öldüyünə inanmaq istəmədi. Elə bil bir ata-ananın deyil, bütün kəndin oğlu həlak olmuşdu. Heç kim onun ölümünü həzm edə bilmirdi...
Yadımdadı ki, mən də böyüklərə qoşulub çoxlu ağlamışdım. Sonra onun barəsində təəssüratlarımı şeir halına salmış, beşinci sinifdə oxuyan uşağın yaza biləcəyi qədər yaxşı bir şeir yazmışdım. Şeiri məktəbdə ədəbiyyat müəllimimə göstərmişdim. Müəlimim şeiri bəyənmiş, iri hərflərlə kağıza yazıb, məktəb dəhlizinin divarına vurmuşdu.

İskəndərə şeir həsr eləməyim onun anası Mina xalanın qulağına çatan kimi durub evimizə gəlmişdi. O gəlib ağlaya-ağlaya oturdu və şeiri oxumağımı istədi. Şeiri əzbərdən dedim. Sonra o şeiri bir daha oxumağımı istədi. Yenə oxudum. Mina xala oğlunu öydüyüm şeirə dəfələrlə qulaq asdı. Sonra məni qucaqladı, öpdü və yenə ağladı. Az sonra o şeiri yazdığım vərəqi də məndən alıb, çıxıb getdi. Gedəndə, oturduğu döşəkcənin altına işarə eləyərək, anama:

- Bunu uşağa gətirmişəm. Zəhmət çəkib. Qoy əvəzini görsün dedi.
Biz onun konfet, şirniyyat-zad qoydubunu düşünüb, etiraz eləmədik. Amma o gedəndən sonra anam onun oturduğu döşəkcənin altına baxanda, orada biz tərəflərə təzə-təzə gəlib çıxan, qiyməti olduqca bahalı olan işləməli İran corabları gördük. Corabın qatını açanda, arasından şax bir yüzlük də çıxdı.
Yadımdadı ki, o vaxt anamla nə edəcəyimiz bilmədik. Bu yüzlüyü heç nə olmamış kimi qəbul eləmək mümükün deyildi. Onu Mina xalaya geri qaytarmaq isə qadını çox incidərdi. Bu, olduqca pis, çıxılmaz və qeyri-müəyyən bir vəziyyət idi.
O yüzlük mənim ilk qonorarım idi... /simsar.az/

Yenililklər
12.05.22
“Mirzə Ələkbər Sabirin sənət idealları və müasir dövr” adlı konfrans keçirilib
11.05.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevlə bağlı nəşr layihəsi həyata keçirir
10.05.22
Gülnar Səma - Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
01.05.22
Azad Qaradərəli: "Renessans həsrəti" kitabımın 3-cü cildini çapa hazırlayıram
30.04.22
"Ulduz"un aprel sayı çap olunub
26.04.22
Rövşən Xasayoğlu - Ana Kürüm yatağına dönərmi?
25.04.22
Azad Qaradərəli - Fikir bölüşmək cinayətlərin ən yüngülü kimi
22.04.22
Vasif Əlihüseynin “Azmış kimi”si çap olundu
22.04.22
Simran Qədim - Meta: gələcəyin interneti
22.04.22
Habil Yaşar -  “CinemaPlus”da
22.04.22
Yetmiş dörd yaşın şeiri
20.04.22
Gülbala Dadaş - ŞİR həmişə ŞİRdi, mənim qardaşım...
19.04.22
“Oxu Günü-8” keçiriləcək
13.04.22
“Molla Nəsrəddin” ədəbi məktəbinin davamçıları satirik jurnallarının təqdimatı keçirilib
13.04.22
Hacı Zeynalabdin Tağıyevin haqqında “Xeyirxahlıq mücəssəməsi” adlı kitab  çap olunub
13.04.22
"Şeir sirdi, Adam, sirri bağırmazlar - ulduzlardan utan..." - Qulu Ağsəsin şeirləri
06.04.22
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi
04.04.22
Kitab haqqında rus klassiklərinin esseləri
04.04.22
Kərbəlada Füzulidən alınan halallıq-REPORTAJ
01.04.22
Fəxri Müslüm - Saçı bulud-bulud bir qız ağlayır
01.04.22
Gənc yazar Nemət Mətnin kitabı Türkiyədə çap olunub
01.04.22
"Ulduz" jurnalının mart sayı nəşr olunub
30.03.22
Bakıda I "Uşaq Kitab Festivalı” keçiriləcək
30.03.22
Azad Qaradərəli - Adı Arif olanın...
30.03.22
Azad Qaradərəli - Oljas Süleymenov fenomeni
30.03.22
Kənan Hacı - Bəlkə bizə ədəbiyyat lazım deyil?
30.03.22
Şirindil Alışanlının “Sözün yaşamaq haqqı” kitabı işıq üzü görüb
19.03.22
“Kəlniyyət” və “Məşəl” jurnalları transfoneliterasiya edilərək nəşr edilib
18.03.22
Vüqar Əhmədin “Şuşanın dağları başı vüqarlı” kitabı çap olunub
18.03.22
“Metafizika” jurnalının yeni sayı (2022/1) işıq üzü görüb
18.03.22
Məmməd Səid Ordubadinin 150 illiyinə həsr olunmuş elmi sessiya keçirilib
17.03.22
Motazz Muhi Əbdulhəmid Ədəbiyyat İnstitutunun qonağı olub
16.03.22
“Ustad”ın Novruz sayı çap olunub
16.03.22
Vüqar Əhmədə “Turan”ın xalq şairi adı verilib
16.03.22
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
14.03.22
“Məhəmməd Tağı Sidqinin həyatı və ədəbi-maarifçi fəaliyyəti” kitabı çap olunub
14.03.22
“Müqayisəli ədəbiyyatşünaslıq” jurnalının növbəti sayı çap olunub
14.03.22
Azad Qaradərəli - Onun sarı bənizi
10.03.22
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
05.03.22
“Ədəbi Proses – 2020-2021” elmi-yaradıcılıq müşavirəsi keçirilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.