Sevinc Elsevər - Dostumu yoldan çıxaran qızlar
02.03.13

Dostum məşhur jurnalistdir, arvadı yaxın qohumudur, hal-əhval tutdum, dedi ki, əri onu atıb gedib, başqa qadınla yaşayır. Aqşinin “özümdən dərdli adamlar görəndə xəcalət çəkirəm” misrasının yeri məlum, xəcalət çəkdim! Təsəlli verməyə söz tapmadım. Qadın da səhvə yol vermişdi, xəyanətə görə ərindən vaz keçmişdi. Nənəm belə hallarda deyərdi: “Bala, bala, belə xoruzum xoruz olsun, noolar, qoy özgə çəpərlərində də banlasın!” Elə ona görə də nənəm babamla əlli il bir damın altında qayğısız, mehriban yaşayıb səkkiz uşaq böyütmüşdü. Uzunömürlü ailələrin bir sirri də burdadır.

Dostumu yoldan çıxaran qızları yaxşı tanıyıram. Perspektivli, şöhrətin astanasında olan kişilərə yaxınlaşırlar. Özlərini ailə dağıtmaq istəməyən ürəyi yuxa və intellektli qadın kimi təqdim edirlər, gözləyirlər kişinin arvadı düşdüyü durumdan bezib evdən getsin, çox vaxt istəklərinə çatırlar, iki-üç uşağı atasız qoyurlar. Bu qızlar ola bilsin, pul-para ovçusu deyillər, bunu da elə adamın gözünə soxurlar özlərini müdafiə eləyəndə. Amma bu qızlar şöhrətin peşindədilər, şöhrətli yazıçılar, aktyorlar, sənət adamları, jurnalistlər, vəkillər üçün pusquda dayanıblar. Azərbaycanda insanlar hər şeyi-təhsili, evlənməyi, boşanmağı dəbə çevirdiyi kimi intellekti də dəbə çeviriblər, burunlarının ucundan uzağı görməyən bu qadınlara necə intellektli demək olar, onu da anlamıram.

Kinoşünaslığı bitirirdim, Fəxrəddin Manafovun yaradıcılığından yazmaq istəyirdim diplom işimi. Fəxrəddin Manafova həmişə pərəstiş eləmişəm, aktyor kimi onunla mən ancaq Fuad Poladovu müqayisə edə bilərəm. İşi kafedradan aldım, sevincimdən uçurdum, aktyorun nömrəsini diplom rəhbərimdən götürüb bir axşam evinə zəng etdim. Aktyor biləndə ki, dördüncü kursdayam, pərəstişkarıyam və ondan diplom işi yazmaq istəyirəm. Elə tərzdə etiraz etdi ki, mən başa düşdüm aktyor gənc qızların əlindən o qədər çəkib , “təki xətadan uzaq olum” deyə onlardan yan gəzir, məni, sadəcə başından elədi.

Niyyətim ciddi idi, ortaya yaxşı iş qoymaq istəyirdim, üstəlik gül kimi sevgilim vardı... Məcbur oldum uzaqdan-uzağa danimarkalı rejissor Lars fon Trierin yaradıcılığından yazmağa... Bu ürəyim istəyən iş olmadı, hamı kimi yazdım, internetdən külli-miqdarda material çıxarmışdım, tapa bildiyim filmlərinə baxmışdım, vəssalam... Adam mənə canlı lazım idi, diri balıq kimi.

Mən sevgi nədir bilirəm, onu da dəqiq bilirəm ki, sevgi şüurlu və idarəolunan hissdir. Belə olmasaydı, niyə bütün qızlar, oğlanlar öz ağıllarınca hamıdan gözəl, hamıdan ağıllı bildikləri insanları sevgili olaraq seçirlər? /teleqraf.com/

Yenililklər
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.