Şərif Ağayar - 12 yaşlı qızın ərə getmək istəyi
04.03.13

Sevgililər  günü, axşam, bir qohumumun evinə qonaq getmişdik. Qohumum mənimlə yaşdaşdır. Yaxşı oğlandır, imkanları da yaxşıdır, amma çox mühafizəkar, dinə meylli, millətə bağlı, adət-ənənələrin hər gün tozunu alan birisidir. Amma etiraf edim, bu keyfiyyətlər ona yaraşır. Çünki səmimi olduğuna inanıram. Arvadı işləməyə qoymur. Öldürsən məhəllədə siqnal verməz, bərkdən danışmaz və gülməz, aralıqlarda qadın, qoca, uşaq gördümü, yekə və qara CİP-ini saxlayıb onlara yol verər, rahat keçmələrinə şərait yaradar. Pulu çox olsa da borc verməyi sevmir. Sınamışam. İbadət etmir, amma ciddi-cəhdlə Həcc ziyarətinə hazırlaşır. Əxlaqdan danışmaq onun hobbisidir. Çoxlu sitatlar çəkir. Bəzən elə söhbətlər edir ki, ardınca nə danışacağımı bilmirəm. Əslində onunla darıxıram. Amma ən ağır əxlaqi söhbətlərdən akrobat cəldliyi ilə şux zarafatlara, atmacalara keçməsi məni həmişə şənləndirir. İçən deyil. Siqaret də çəkmir. İnanın, indiki Azərbaycan cəmiyyəti üçün ideal bir kişidir.
 
İki övladı var. Oğlu özü kimi standart olduğundan maraqsızdır. Ancaq qızı... O ha! Allahın bəlasıdır! 5-ci sinifdə oxuyur. Adı Türkan. Elə ərköyün böyüdüblər ki, nə desə uzağı bir saata hazır olmalıdır. Ən bahalı telefonlardan işlədir. Onu qardaşı ilə məktəbə aparıb-gətirən maşının markasını belə özü seçib. İnternet qurdudur.
 
Çox savadlıdır həm də. Xüsusilə ingilis dilini tum kimi çırtlayır. Mənə böyük hörməti var. Çünki internetdə tez-tez yazılarımı görür. Təvazökarlıqdan uzaq olmasın, məni atasından qat-qat böyük və maraqlı adam sayır.
 
Bu dəfə də mənə xeyli naqolay suallar verdi. Filan qızın şəklini niyə like etmisən? Filan dostunu o günü televizorda gördüm, sən niyə yox idin? Qızın necə oxuyur? Facebookda profili varmı? Və sairə və ilaxır... Tərləmişdim inanın!
 
Bu heynidə dostum – qızın atası həmin çevik zarafat təfəkkürünü işə salıb köməyimə çatdı. Köməyimə çatdı, amma alova özünü atmış oldu.
 
– Qardaş, görürsən də, bu uşağın dilini-felin? Nə olacaq bu belə?
 
– Yaxşı olar inşallah! – mən dedim müdrikcəsinə.
 
- Nə olacaq? – Türkan tapança kimi açıldı – Sən də anam kimi demək istəyirsən ki, məni alan olmayacaq?
 
 
Atasının yumşaq yerinə biz batırdılar elə bil. Yerindən dik atıldı. Amma təmkinini pozmayıb gülümsədi. Gülümsəyincə rəngi qıp-qırmızı oldu.
 
Türkan isə hələ də danışırdı:
 
- Mən onsuz da burda ərə getməyəcəm... Bizimkilər kobuddular, savadsızdılar, küçədə bərkdən danışırlar, paltar geyinməyi, saç daramağı bilmillər.
 
 
– Bəs kimə gedəssən? – dostum artıq yumora köklənmişdi.
 
– “One Direction” qrupundakı uşaqlara...
 
Məni gic bir gülmək tutdu, dostum isə şokda idi deyəsən:
 
– O nə olan şeydir?
 
Türkan şirin bir şaqqanaq çəkdi:
 
– Bilmirsən, ay ata?! Londonda məşhur musik qrupdur.
 
Dostumun harayına mən çatmaq istədim:
 
– Türkancım, adam bir nəfərə gedir axı, sən bir qrupdakıların hamısına necə ərə gedəcəksən?
 
Türkan:
 
– Qrupda beş nəfərdilər, beşini də sevirəm, hansı məni bəyənsə ona da gedəcəm! – tamam ciddi idi.
 
Atası söhbətin dərinə getdiyini görüb bozardı:
 
– Qızım, sən hələ uşaqsan, belə şeylər danışma. Sən böyüyənə qədər, onlar qocalacaqlar.
 
– Xeyr, ata, onların 18 yaşı var, mənim 12.  6  yaş nədir ki? Sən anamdan 5 yaş böyük deyilsən?
 
– Qızım sən zarafat edirsən yəqin...
 
- Yox, ata, zarafat eləmirəm. Bəs ingilis dilini niyə öyrənirəm? Mən Van Dayrekşn qrupundakı oğlanların birinə ərə gedib, Londonda yaşamaq istəyirəm...
 
Dostumla çarəsiz biri-birimizə baxdıq. Onun üzündə xəfif bir nisgil göründü. /kulis.az/      
 

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.