Aqşin Yenisey - “8 mart” ayın neçəsinə düşür?
05.03.13

“8 mart” bayramından zəndeyi-zəhləm gedir. Soruş niyə?  Deyim: toy toğlusu kimi girinc-giriftar olursan zənənlərin arasında; birinə gül al, o birinə ətir, başqa birinə də fövqəladə əl yetir. Mənimki Novruz bayramıdı, beş-altı taxta yandır, üstündən hoppan, hisə verilmiş balıq kimi gəl evə, Allah verəndən ye, yıxıl yat.
Həm də “8 mart”dan ona görə zəhləm gedir ki, bu gün bütün arvadlar kişi, bütün kişilər isə arvad olurlar.
İndi gör 75 illik həyatını at belində keçirmiş “8 mart”ın ayın neçəsinə düşdüyünü bilməyən Buludxan kişi nə deyir;

“Elə cütlüklər var ki,  - söhbət ər-arvadlardan getmir - mənsub olduqları xalqların mədəniyyətini onlarsız təsəvvür etmək olmaz. Məsələn, alman xalqının belə cütlüyü Marks və Engelsdir, fransızlarınkı Pyer və Mariya Küri ər-arvadlarıdır. Bu siyahıda rusları, məsələn, “Ruslan və Lüdmila” təmsil edir.
Bir cütlük də var ki, onlarsız bizim adət-ənənələri, xeyir-şər məclislərini, el şənliklərini təsəvvür etsək, özümüzə altıaylıq, alayarımçıq, yəni basməmməd doğulmuş uşaq təsiri bağışlayırıq. “Kosa və Keçəl” - hünərin var, adət-ənənə sözlərini eşidəndə bu iki kişini, daha doğrusu, kişiyə oxşayan bu iki qəribə xeylağı yada salma. Onlar bizim bütün adətlərin, ənənələrin əcdadlarıdır. Yeganə cütlükdür ki, tarixin sınaqlarından, bütün dövrlərin iqtisadi krizislərindən, ailə münaqişələrindən alnıacıq, üzüaçıq çıxıblar və bu günə qədər hər il bir yerdədilər.

Leyli beş-altı səhifəlik əfsanəyə dözmədi, yazıq Məcnunu elə çərlətdi ki, zavallı aşiq havalanıb dərə-təpəyə düşdü, şirə-pələngə qoşuldu. Əsli toy gecəsi nə hoqqa çıxardısa, köynəyini altdan-üstdən nə təhər düymələdisə, Kərəm yorğanın altında dilxorçuluqdan yaş təzək kimi tüstülədi, yanğınsöndürənlər gəlib çıxana qədər gərdəkdə yetimin külü qaldı; deyilənə görə, FHN-nin əməkdaşları onun külündən dəmir kəlbətin tapıblar, yəni təzə bəy Kərəm, toy gecəsi gəlinin Əslinin yaxasını kəlbətinlə də aça bilməyib.

Şirin iki ayağını bir başmağa dirədi ki, gərək ərə gedəcəyim oğlanın, yəni Fərhadın Qaradağda daş karxanası olsun. Fərhad da əlinə bir daş baltası alıb daş demədi, qaya demədi, əlini, ayağını əzə-əzə, qanada-qanada tələf oldu Qobustanda: rəhmətliyin cəsədini zorla aldıq qarğa-quzğunun caynağından. Ay oğul, demək istəyirəm ki, bizim mədəniyyətimizdə Kosa-Keçəl kimi keçmişdən ta bu günəcən bir-biriylə adam balası kimi yola gedən, can deyib, can eşidən ikinci cütlüyə rast gəlmək müşkül işdir”.

Bu Buludxan kişinin fikri. İndi keçək öz mülahizələrimizə.
Bildiyimiz kimi, Kosa və Keçəl yalnız Novruz bayramında peyda olurlar, beş-altı dəqiqə AZTV-də dombalaq aşıb,cırtma çalıb düyüdən, fındıqdan-zaddan yığıb yenidən ərşi-aləmə çəkilirlər. Bəs necə yaranıb bu Kosa və Keçəl? Nə üçün bolluq rəmzi olan bahar bayramının əsas simvolları iki tüksüz qısır kişidir; özləri sovqat paylamalı olduqları halda, ondan-bundan əl-artıq yığırlar.

Novruzun əsas atributlarından biri tonqaldır. Atəşpərəstlərin inancına görə, Novruzda tonqalın üstündən “ya Allah!” deyib hoppansan, guya, ötən ildəki ağrıların, dərd-qəmin oda töküləcək, halbuki  mənim bir dəfə mobil telefonum, bir dəfə isə pul kisəm (yaxşı ki, boş idi) tonqala düşüb yandı, dərdim-qəmim isə dərd və qəm olaraq qaldı, hətta bir az da artdı. Ocaqda yanan telefonumun dərdini qeyd etsəm kiyafətdir. Guya, elə ki tonqaldan atıldın day gələn ildə işığa, qaza  borclu qalmayacaqsan, borcların odun üstünə tökülərək silinəcək, bir qızın da sənə könül verəcəyi istisna deyil, boş söhbətdi. Şəxsən mən bu il Novruz tonqalından elə bir niyyətlə tullanacağam ki, bir də yerə düşməyim.

Apardığım tədqiqatlar nəticəsində bu qənaətə gəlmişəm ki, Kosa və Keçəl elə bu tonqalın ilk qurbanlarıdır. Tarixin atası adlandırılan Heredot yazır ki, ilk Novruz tonqalı Urmiya gölünün şimal-qərb sahillərində qalanıb. O vaxtkı hakimiyyət çaparlar vasitəsilə ac-yalavac camaatı inandırıb ki, əgər xoş güzaran görmək istəyirlərsə, ürəklərində xoş niyyət tutub tonqalın üstündən hoppansınlar. Avam əhali də sevincindən qarışıb-dəyib bir-birinə, indiki Kosa və Keçəl isə o vaxt uşaq imişlər; hər ikisi də yetim. (O vaxtlar valideynlərin müxtəlif bəhanələrlə tez ölüb, aradan çıxması dəb idi). Tarixi mənbələrdə qeyd olunur ki, bu iki uşaq qarşı-qarşıya hoppandıqları üçün tonqalın üstündə kəllə-kəlləyə gələrək tonqala düşüblər və saçları, sir-sifətləri yanıb.

Arvadlar onları qatıq küpünə soxub zorla dirildə biliblər. Sonralar böyüdükcə Keçəlin  başından, Kosanın isə üzündən tük çıxmayıb. Əslində,  Kosa da keçəldir, sadəcə, şiş uclu papaq qoyduğu üçün keçəli olduğu görsənmir. Sonralar hər il tonqalda yanmış bu iki uşağı ildə bir dəfə Novruz bayramında yada salmaq, onların tonqalda yanmış yetim qəlblərini ovundurmaq, aş-qaradan  bir boşqab onlara da pay vermək camaat arasında adətə çevrilib. Ətağa cəddi, belə olub. Sir-sifəti ütülmüş bu iki yetim böyüyəndən sonra xalq onları unudub və bu ac səfillər kəndləri, mahalları gəzib sədəqə toplamaqla dolanıblar, beləcə tarixə düşüblər. Öz dövrlərinin, belə deyək, BOMJ-ları olublar. Heç düşünübsünüzmü, Novruz axşamı beş-on dəqiqə AZTV-də görünüb, arvadlardan pay yığandan sonra onlar hara gedirlər? Əlbəttə ki içməyə. Kosanın torbasında həmişə araq olur. Ümumiyyətlə, Kosa və Keçəlin üzündə hər il “paxmel” ovqatın əlamətləri görünür. İstənilən içən adam bunu təsdiqləyə bilər.

“Zakuska” yığmaq üçün çox uğurlu bəhanələri də var; guya, öz arvadını döyüb öldürmüş Kosa, Keçəli evləndirmək istəyir, buna görə də yardıma ehtiyacı var. Bəyəm arvad almaq belə ucuz başa gəlir? İki-üç boşqab düyü, beş-altı çürük fındıq, qurdlu alma, vəssalam, arvad qabağına yüyürəcək. Bəs bunun soyuducusu, qır-qızılı, paltaryuyanı, “Madonna” servisi nə olacaq? Əslində, Kosa çox yaxşı bilir ki, Azərbaycan xalqı heç vaxt Keçələ qız verməyib, vermir və verməyəcək. Keçəldən tövbəlidir. Nəinki keçələ, ikicə ay işsiz qal, gör gəlib evdəki halal arvadını əlindən alarlar, ya yox. Hə, Keçəlin evi, maşını, mağazası olsa, başqa məsələ. Qızlar növbəyə durmasalar, gəl Nərimanov metrosunun çıxışında mənim üzümə tüpür. Özü də yağlı keçələ heç kimin hünəri çatmaz keçəl desin. Əgər onun adı, tutalım, Məmişdisə, ona el-obada hörmətlə Məmiş müəllim, hətta Məmiş bəy deyə müraciət edəcəklər. Hətta onun olmayan saçlarının ağarmasının qayğısını çəkənlər tapılacaq. Xalq şairlərimiz onun gözəgörünməz saçlarını vəsf etmək üçün get-gələ düşəcəklər. Əgər bu keçəl - artıq özüm də ona keçəl deməyə cəsarət etmirəm - parlament, yaxud bələdiyyə seçkilərinə qatılsa, ölən yeri, səksən faiz səs toplayacaq.

Ancaq bizim yazımızdakı Novruz Keçəli həqiqi keçəldir, yəni lütün, acından ölənin biridir. Ona nəinki qız, heç qotur keçi də verməzlər. Belə olmasaydı çoxdan şildən, kordan birini verib yumardılar Kosanın ağzını. Keçəlsənsə oğlan gəlib, oğlan gedəcəksən bu dünyadan; içki düşkünü olacaqsan, BOMJ olacaqsan, Kosaya qoşulub dilənəcəksən.
Bizim Kosa və Keçəl bir suyundan Servantesin Don Kixot və Sançosuna bənzəyirlər. Kosa Don Kixot kimi arıq, uzun, ağıldankəm, Keçəl isə Sançotək gonbul və ağıllıdır. Lakin bizim Kosa və Keçəldən fərqli olaraq, heç olmasa, Don Kixotun atı, Sançonun isə uzunqulağı vardı. Bizim Kosa və Keçəlin boş xurcundan başqa heç nəyi yoxdu. /publika.az/

Yenililklər
27.01.23

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Bəyanatı

27.01.23
Vaqif Bayatlı Odər: "Qarabağdan ancaq Azərbaycanın Türk və Şərəf Damarını keçirməklə nəyəsə nail olmaq olar"
27.01.23
Günay Əfəndiyeva TDT-nin Macarıstandakı Nümayəndəliyini ziyarət edib
26.01.23
“Filologiya və sənətşünaslıq” jurnalının növbəti sayı çap olunub
24.01.23
“Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi hazırlanacaq
24.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda sərgi təşkil edib
24.01.23
Antonis van Deykin əsəri 3 milyon dollara hərraca çıxarılıb
23.01.23
"İnanıram" tamaşasının premyerası olub
23.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Türk Tarix Qurumu bir araya gəlib
23.01.23
Qara Qarayevin əsərləri Filarmoniyada səslənəcək
20.01.23
Günay Əfəndiyeva Ankarada Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Erol Özvar ilə görüşüb
18.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu qarşılıqlı əməkdaşlığı daha da gücləndirir
16.01.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Şuşa ilə bağlı layihələri davam edir
11.01.23
Vaqif Osmanov - Kimdir günahkar, insanlarmı, yoxsa zaman?
06.01.23
“Poetika.izm” jurnalının növbəti sayı çap olunub
05.01.23
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
30.12.22
Əhməd Cavad 130: “Mən bir Turan yolçusuyam”
29.12.22
“Ömər Faiq Nemanzadə” fotoalbomu nəşr olunub
29.12.22
İki beynəlxalq Türk təşkilatı bir arada
26.12.22
Azərbaycanın dünya ədəbiyyatındakı boş qalmış yeri - Kənan Hacı yazır
26.12.22
Almaxanım Əhmədli və sənət dostları İsveçdə konsert verib
26.12.22
Günay Əfəndiyeva Astanada keçirilən Mərkəzi Asiya Media Forumunda çıxış edib
24.12.22
Ədəbiyyat İnstitutunda Kamran Məmmədovun 100 illik yubileyi qeyd olunub
23.12.22
Bu il hərraclarda satılan ən bahalı rəsm əsərlərinin adı açıqlanıb
23.12.22
Günay Əfəndiyeva Qazaxıstan İnformasiya və sosial inkişaf naziri ilə görüşüb
22.12.22
Əziz Dövlətabadinin “Süxənvərani-Azərbaycan” kitabı çapdan çıxıb
22.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və idman naziri ilə görüşüb
22.12.22
“Atabəylər: Şəmsəddin Eldəniz” layihəsinin musiqi tərtibatı üzrə müsabiqə elan edilib
21.12.22
“II Sumqayıt Kitab Sərgisi”nin proqramı açıqlandı
21.12.22
Günay Əfəndiyeva Qırğız Dövlət Dil və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri ilə görüşüb
20.12.22
“Mifoloji lüğət” kitabı işıq üzü görüb
20.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Türk dövlətləri: Şərq və Qərb arasında körpü” adlı dəyirmi masa keçirilib
19.12.22
Aleks de Val - Aclıq və feminizm
19.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə əməkdaşlığı ilə beynəlxalq elmi konfrans keçirilib
19.12.22
“Sonuncu korifey” – Ədəbiyyatımızın “Don Kixot”u
17.12.22
Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ düyünü” kitabının təqdimatı keçirilib
16.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əlaqələri Avropa məkanında daha da genişlənir
16.12.22
AMEA-da “Akademiyanın Şuşanaməsi” ədəbi-tarixi ənənə və gələcəyə baxış” adlı konfrans keçirilib
16.12.22
Təranə Vahid - Dəfn nəğmələri
15.12.22
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Bursa Uludağ Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.