AYB-nin qalmaqallı müsabiqəsnin qalibləri açıqlandı
05.03.13

Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin qaliblərinin siyahısı artıq məlumdur.
 
Ədəbiyyat Müsabiqəsinin münsiflər heyətinin sədri, xalq yazıçısı Mövlud Süleymanlı 21 fevralda mətbuata verdiyi qısa açıqlamada nəticələrin bir-iki günə elan olunacağını demişdi. Lakin vəd edilən vaxtdan on gündən artıq keçsə də qaliblər açıqlanmadı. Kulis.Az araşdırma apararaq qaliblərin siyahısını əldə edib. Məlum olub ki, iştirakçıların sayının az olmasına baxmayaraq hər nominasiya üzrə iki nəfər  mükafatlandırılıb. Üstəlik, nizamnamə pozularaq Yaşar Qarayev və Nəcəf Nəcəfov mükafatları birləşdirilib. Bu birləşdirilmiş nominasiya üzrə də iki şəxsə mükafat verilib.
 
Qalibləri təqdim edirik.
 
Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu mükafatının iki qalibi var:  Etimad Başkeçid və Alpay Azər. Bu nominasiya üzrə cəmi üç əsər vardı. Mükafat almayan yeganə əsər  Varisin (Varis Yolçiyev) “Yetmiş yeddinci gün” romanıdır.
 
Ən yaxşı poetik əsərə görə – Əli Kərim mükafatı Mahir Qarayev və
Vaqif Bəhmənliyə verilib.
 
Ən yaxşı tərcümə əsərinə görə – Abbas Səhhət mükafatı Vilayət Hacıyevə təqdim olunub. 
 
Ən yaxşı tənqid və esseistik əsərə görə verilən Yaşar Qarayev mükafatı ilə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda Azərbaycan haqqında yazılmış ən yaxşı publisistik əsərə görə təqdim edilən Nəcəf Nəcəfov nominasiyaları birləşdirilib. Həmin mükafatlar isə Vilayət Quliyev və Əsəd Cahangirə verilib.
 
Xatırladaq ki, mükafat komissiya heyətinin sədri Kamal Abdulla 21 yanvarda istefa verdi. O Kulis.Az-a verdiyi müsahibədə mükafatların təqdim edilməsindən sonra öz fikirlərini açıqlayacağını bildirdi.
 
Kamal Abdullanın arxasınca Aqşin Yenisey, Zakir Sadatlı, Azad Qaradərəli, Əsəd Qaraqaplan və Şəhriyar Hacızadə Ədəbiyyat Müsabiqəsindən çıxdıqlarını bəyan etmişdilər. Onlar bu addımlarını müsabiqənin qeyri-obyektiv keçiriləcəyi ilə izah etmişdilər. /kulis.az/

Yenililklər
03.03.21
“Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaradıldı
26.02.21
Səxavət Sahil - İsa kimi Xocalı
26.02.21
Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
25.02.21

Azərbaycan kitabları Fransa Milli Kitabxanasında

25.02.21
Nəcəf bəy Vəzirovun “Dələduz” pyesində dövrün həqiqətləri
24.02.21
Görünməyən mötərizələr – Fərid Hüseyn Salam Sarvanı tənqid etdi
24.02.21
“Əlyazmalar yanmır” jurnalının növbəti nömrəsində
23.02.21
Xalq artisti Yalçın Rzazadə vəfat edib
22.02.21
Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş beynəlxalq xalça eskizi müsabiqəsi elan edilib
19.02.21
Nizami Gəncəvinin 880 illiyi münasibətilə İspaniyada xüsusi poçt markaları dövriyyəyə buraxılıb
19.02.21
Mədəniyyət Nazirliyi işğaldan azad olunmuş ərazilərdə tarix və mədəniyyət obyektlərinin vəziyyətinə dair məlumat yayıb
19.02.21
Aşıq Ələsgərin 200 illik yubileyi qeyd ediləcək
18.02.21

“İzahlı dini terminlər lüğəti” nəşr olunub

18.02.21
Xalq şairi Nəriman Həsənzadə “İstiqlal” ordeni ilə təltif edildi
18.02.21

Prezident İlham Əliyev Nəriman Həsənzadəni 90 illik yubileyi münasibətilə təbrik edib

16.02.21
Paşa Talıblı - Mənim şeirlərim başsağlığıdı...
16.02.21
Sabir Rüstəmxanlı yaradıcılığı haqqında monoqrafik tədqiqat
16.02.21
Mədəniyyət naziri ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarının rəhbərləri ilə görüşüb
16.02.21
İlqar Fəhminin "Yenilməz" romanı işıq üzü görüb
15.02.21
Tural Turan - Sazaqlı şaman ruhu
15.02.21
“Əbdürrəhim bəy Haqverdiyev arxivindən nümunələr” kitabı çapdan çıxıb
15.02.21
İsmayıllı və Sabirabad Regional Mədəniyyət idarələrinə rəis təyin edilib
15.02.21
Vüqar Əhmədin yeni monoqrafiyası nəşr olunub
15.02.21
Misirdə Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılıb
15.02.21
Azərbaycan vokalçıları Mariinski Teatrının səhnəsində
15.02.21
Nizami Gəncəvinin 880 yubileyi münasibətilə konfrans təşkil edilib
13.02.21
Fotojurnalistika müsabiqəsi elan olunub
12.02.21
Gənc və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub
11.02.21
Sənədli kinoya aid unikal materiallar əldə olunub
10.02.21
Sabir Rüstəmxanlının "Qarabağa dönüş"ü niyə önəmlidir?
10.02.21
Nəcəf bəy Vəzirovun “Daldan atılan daş topuğa dəyər” əsərində cəmiyyətdə geniş yayılan cadugərliyin ifşası
09.02.21
Əbdürrəhim bəy Haqvеrdiyеvin “Dağılan tifaq” faciəsində dövrün inikası
06.02.21
S.S.Axundovun “Laçın yuvası” pyesinin mövzusu və ideya məzmunu
03.02.21
“Bəxtsiz cavan” faciəsində köhnəliklə yeniliyin qarşılaşdırılması
02.02.21
Türkiyənin önəmli jurnalı xüsusi buraxılışını II Qarabağa müharibəsinə həsr edib
02.02.21
“Ozan” elm və sənət toplusunun dördüncü buraxılışı işıq üzü görüb
29.01.21
Aşıq Ələsgərin lirik şeirlərindən ibarət yeni kitab nəşr olunub
29.01.21
"Qarabağ Şəhidləri və Qarabağ Zəfəri" şeir müsabiqəsi keçirilir
28.01.21
Ali Attestasiya Komissiyası dissertasiya müdafiələrinin distant formada keçirilməsi qaydalarını müəyyənləşdirib
28.01.21
Qara Qarayevin “Yeddi gözəl” baleti Moskva Quberniya Teatrında nümayiş olunacaq
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.