Andrey Voznesenski - Küçənin sol tərəfi durub ayaq saxlayardı
09.03.13
Əgər müqəddəs olsaydım, Ah, Tanrım, hər məbəddən Bayramlarda boş çərçivə Gəzdirərdim hər il mən.
Gah müqəddəs ağcaqayın, Gah bir çay panoramı Görünərdi çərçivədən və kövrələrdi hamı.
Qızıl çərçivəyə girər Görüşdən gələn qadın. Bilmirsən, müqəddəssən - Hanı, hanı qanadın?
Küçənin sol tərəfi durub ayaq saxlayardı. sağ tərəf çərçivədən baxaraq ağlayardı.
Çevirəni Adil Mirseyid
|