“Nobel yalnız hökumətə qarşı çıxanlara verilməlidir?”
12.03.13

Ötən il aldığı Nobel mükafatı ilə bir çoxlarını təəccübləndirən, hiddətləndirən, hətta dəhşətə gətirən Çin yazıçısı Mo Yan nəhayət ki tənqidlərə cavab verdi.

Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində yazıçı deyib ki, onu Çin Kommunist Partiyasına çox yaxın olmaqda qınayanlar əslində ona paxıllıq edir, üstəlik də əsərlərinin mahiyyətini təhrif edirlər.

Xatırladaq ki, Çinli dissident, rəssam Ai Weiwei onu “partiyanın xəttinə tam sadiq olmaqda və bəzi hallarda ziyalıların müstəqilliyinə hörmətsizlik göstərməkdə” suçlamış, onun Çini təmsil etmədiyini demişdi.

Nobel mükafatlı alman yazarı Herta Müller isə Mo Yana Nobel verilməsini “insan haqları və demokratiya uğrunda mübarizə aparanların sifətinə çəkilmiş şillə” adlandırmışdı.

“Hansı ziyalı Çini təmsil etdiyini iddia edə bilər? Mən iddia edə bilmərəm. Ai Weiwei edə bilər? Çini doğrudan da təmsil edə biləcək adamlar - palçığa batıb yalın əllə yol salanlardır” – deyə Mo Yan tənqidləri rədd edib.

Mo Yan onu “dövlət yazarı” adlandırmış həmkarı Liao Yiwu-ya da cavab verib:

“Bilirəm ki, bu mükafatı aldığıma görə o mənə paxıllıq edir və bunu anlayışla qarşılayıram. Amma bu tənqid əsassızdır”.

Yazıçı deyib ki, mükafatı alandan bəri bəziləri onun əsərlərini böyüdücü şüşə ilə oxuyub qüsur axtarmağa başlayıblar və hətta şeirlərinin mahiyyətini təhrif etməyə çalışıblar.

Mo Yan deyib ki, Liao-nun tənqid etdiyi şeirdə heç də onun iddia etdiyi kimi rüsvay olmuş məmura simpatiya yoxdur, bu bir satiradır.

Nobel mükafatçısı deyib ki, o, həbsdə olan dissident yazar Liu Xiaobo-nun azadlığa çıxacağına ümid etdiyini açıq şəkildə desə də, bu onu tənqid edənləri razı salmayıb:

Mo Yan deyib ki, öz hökumətlərini tənqid edən Günter Grass kimi yazıçılara hörməti olsa da, belə yazarların sırasına qoşulmaq fikri yoxdur: “Siyasi bəyanatlar verməyi xoşlamıram.  Mən sürətlə yazıram. Amma dərindən düşünürəm. Mən cəmiyyət içində m​üəyyən bir məsələ haqda fikrimi deyəndə dərhal özümə sual verirəm: mövqeyimi aydın ifadə edə bildimmi? Baxmayaraq ki, mənim siyasi mövqeyim çox aydındır. Bundan ötrü əsərlərimi oxumaq kifayətdir”.

Çin Kommunist Partiyasına 1979-cu ildə orduda xidmət edərkən qoşulduğunu xatırladan Mo Yan deyib ki, “Mədəni İnqilabın* partiyanın yox, ayrı-ayrı liderlərin səhvi olduğunu anlayıb”.

Mo Yan bildirib ki, partiya rəsmilərini kitablarında sərt tənqid etməsi onun siyasi görüşləri ilə ziddiyyət təşkil etmir: “Mən dəfələrlə vurğulamışam ki, xalqın adından yazıram, partiyanın yox. Mən korrupsiyaya bulaşmış məmurlara nifrət edirəm”.

Mo Yanı həm də ona görə tənqid edirlər ki, o, Çin Kommunist Partiyasının avtoritar lideri Mao Zedonqun 1942-ci il tarixli çıxışının üzünü əllə köçürmüş 100 ədibdən biri olub.

Yazıçının “Der Spiegel”ə dediyinə görə,  həmin layihəyə ona görə qoşulub ki, bunu öz gözəl xəttini nümayiş etdirmək üçün fürsət sayıb, həm də bu bir kommersiya proyekti olub. Yazıçı onun həmin dövrdəki düşüncə və baxışlarını öyrənmək üçün o zaman yazdığı kitabları oxumağı tövsiyə edib və orada yetərincə tənqidlərin yer aldığını qeyd edib.

Mo Yan deyib ki, Nobel alanacan kimsə onu tənqid etməyib, məsələn, Çin Yazıçılar Assosiasiyası prezidentinin müavini olmasından şikayətlənməyib:

“Bəzi adamlar düşünürlər ki, Nobel yalnız hökumətə qarşı çıxanlara verilməlidir. Doğrudanmı? Ədəbiyyat üzrə Nobel mükafatı bədii əsərə görə, kiminsə nəsə yazmasına görə verilməməlidirmi?” – deyə Mo Yan sual edir. /oxuzali.az/

Yenililklər
12.06.25
Mehriban Vəzir "Rəng mühəndisi" haqqında - Bundan sonra heç nə yazmasa belə... bəsidir
09.06.25
Xatirəsi vətən oldu ömrümə!
09.06.25
Hər il 9 iyun gələndə...
01.06.25
Şərif Ağayarın yeni romanının təqdimatı olub
28.05.25
Şərif Ağayarın yeni romanı təqdim olunacaq
20.05.25
AzTV-də yeni sənədli film - Azərbaycanlıların deportasiyası (1948-1953)
19.05.25
Ədəbiyyat İnstitutunda professor Faruk Faik Köprülü ilə görüş keçirilib
19.05.25
Bakıda beynəlxalq moda həftəsinin ilk mövsümü – MBFW Azerbaijan başa çatıb
17.05.25
“Xalq Əmanəti” layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub
25.04.25
Nərimanovda kitab sərgisi başladı
24.04.25
Bədirxan Əhmədlinin kitablarının təqdimatı keçirilib
24.04.25
“İstəyirəm “Daşa basım bu kəndi”: Musa Ələkbərli - 75
24.04.25
Anar Məcidzadə - Dünya düşüb gözümdən...
21.04.25
Şəfəq işığında bir ömür: Jurnalistikanın və söz sənətinin Şəfəqi
20.04.25
Aşıq Mikayıl Azaflının musiqili-ədəbi, ifaçılıq sənətinin bəzi fəlsəfi məqamları
17.04.25
Yeni sənədli film - “İrəvan qalasında erməni xəyanəti”
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.