Ülviyyə Heydərova - Zamanın Anarı

14.03.13

Bu gün xoşbəxtlikdən evdə işlə bağlı yazı yazmaq qismət olmadı. Nəhayət, fikirlərimi «otağından» çıxarıb azadlığa buraxmaq vaxtı yetişdi. Nə vaxtandardır, bu fikirlər ürəyimdə o yan bu yana gəzişib çıxış yolu tapa bilmirdi. Vaxtımmı çatmırdı, yoxsa jurnal üçün yazılacaq materiallarmı buna imkan vermirdi, deyə bilmərəm. Bəlkə yazı da insan kimi dünyaya gəlir və fikrim tam formasını almadığına görə hələ həyata qədəm basmırdı? Yazı prosesi o qədər gəlizdir ki, heç bədənimizdə gəzdirdiyimiz başımız da bundan bir şey anlamır.

Nəhayət, bu dəfə barmaqlarım kompüterin klavyaturasında hər hansı cansıxıcı xəbəri yox, yalnız ürəyimin sözlərini yazacaq. Bəli, mən ilk dəfə olaraq sevimli yazıçım haqqında düşündüklərimi yazacam. Yazıçı deyirəm, axı Onun yaradıcılıq fəaliyyəti yalnız yazıçılıqla kifayətlənmir. Rejissor, ssenarist, ictimai xadim… bu siyahını uzatmaq da olar. Amma ehtiyac yoxdur. Anar yazmaq kifayətdir ki, bu isimdən sonra bütün Azərbaycan- onun keçmişi və gələcəyi gözlərimiz önündə canlanır. Düzdür, Onun yaradıcılıq məkanı yalnız Azərbaycanla bitmir, yazıçının əsərləri sanki dünyanın bələdçisidir. Janrından asılı olmayaraq Anarın əsərlərini oxuyanda insana elə gəlir ki, bunları sənə yazıçı yox, Zaman danışır. Çünki Zaman tarixin yeganə şahididir və bu, yazıçının əsərlərində sanki baş qəhrəmandır. Elə ona görədir, mən rahat şəkildə Dəqə Qorqud dünyasında, Nəsimi fəlsəfəsində gəzə bilirəm. Həmişə mənə əlçatmaz gələn dahi Üzeyir bəy və Mirzə Cəlillə elə bil ünsiyyətdəyəm. Türk mifologiyasını bizə anlatmağa çalışan, sağlığında qədrini bilmədiyimiz Cavad Mircavadovun rəsmləri ilə danışıram. Yaşı bilinməyən (daş saatı görəndə elə bilirəm, İçərişəhərdə zaman dayanıb, daşlaşıb) İçərişəhərin daş döşəmələrində onun taleyini oxuyuram. Hətta «Ağ qoç, qara qoç» əsərinin birinci hissəsini oxuyanda Azərbaycanın gələcəyinə də səyahətə çıxıram… «Gecə düşüncələri» isə bütün dünyanın qapısını üzümə açır.

…Yadımdadır, 12 yaşım olanda televiziya ekranında ilk dəfə olaraq «Təhminə» filmi nümayiş olundu. Yaşıma görə filmin müəyyən yerlərinə baxa bilməsəm də, sonda baş qəhrəmanın ölümü mənə o qədər təsir etmişdi ki, çarpayımda başımı yastığın altında gizlədib için-için ağlayırdım. O niyə öldü? Özüm-özümə yalnız bu sualı verirdim. Uzun müddət özlüyümdə onun ölümünün səbəbini axtarırdım. Və bu «axtarışlar» zamanı əsərin müəllifinə o qədər suallarım yaranmışdı ki… Söz yox ki, hələ onda həyatı az dərk edirdim, sevginin qonağı olmamışdım və qəribə də olsa, bu əsərin təsirində idim. Təbii ki, zaman keçdikcə ölümün səbəbini anladım və ürəyimdə yazıçıya ünvanladığım suallar da yavaş-yavaş məni tərk etməyə başladı. Elə o filmə baxandan sonra özümçün böyük yazıçını kəşf etdim- Onun yaradıcılığını izləyənlərdən birinə çevrildim. Heç yadımdan çıxmaz, bir dəfə ədəbiyyat dərsində müəlliməmlə fikir müharibəsinə qalxmışdım. Müəlliməm nədənsə, Anar yaradıcılığını qəbul edə bilmirdi və sübut etməyə çalışırdı ki, fikirlərimdə yanılıram. Qəribə orasındaydı ki, o, dürüst dəlillər gətirmirdi. Onun bu addımı məni özümdən çıxartmışdı. Elə indi də o cür haqsızlıqlarla rastlaşanda onu sakit qəbul edə bilmirəm. İllah da son zamanlar özlərini postmodernist adlandıran, əslində isə bu cərəyandan heç xəbərləri olmayan cığallar böyük yazıçının adını hallandıranda mənə o qədər təsir edir ki… İnsanın gözü görə-görə özünü bu qədər kormu aparmaq olar? Amma ürəyim çox rahatdır. Bilirəm, onlara ən yaxşı cavabı elə Zamanın özü verəcək.

Anar haqqında çox fikirlər deyilib və deyiləcək. Ancaq Toğrul Nərimanbəyovun bir fikri var ki, bu, mənə elə gəlir, deyilən fikirlərin tacıdır: «Dünyanın hansı yerində oluramsa, oradan Azərbaycana baxanda Anarı görürəm». Bircə onu deyə bilərəm ki, Vətəndən kənara qədəm qoyanda hər zaman Anarın kitablarından birini mütləq götütürəm. Bunu etməklə sanki özümlə Vətənimi də aparıram. Və səfər boyu hər gün bir vərəq də olsa oxuyuram ki, özümü qürbətçi hiss etməyim. Söz yox ki, İnternet əsrinin sakinləriyik və böyük yazıçının əsərlərinin də müəyyən qismi orada nümayiş olunur. Amma kitab başqa aləmdir və hər dəfə böyük məmnuniyyətlə barmağımı yaşlayıb onun səhifələrini çevirirəm. Ələlxüsus da «Gecə düşüncələri»ni oxuyuram. Çünki əsəri oxuyanda elə bilirəm, kitabın hər səhvəsində bir zaman yatıb və onu oxumaqla həmin dövrü oyadıram.

Anarı həmişə altmışıncılar nəslinin nümayəndələrindən biri hesab edirlər. Əslində isə O, bütün Zamana məxsusdur. Fəxr edirəm ki, Böyük insanla eyni millətin nümayəndəsiyəm. Allahın millətimizə göndərdiyi mənəvi sərvətimizi gəlin, göz bəbəyimiz kimi qoruyaq!

Yenililklər
22.01.20
İlham Əziz - O dünyadan gələn səslər
22.01.20
İradə Musayeva - Repressiya dəhşətləri
22.01.20
Yazıçı-publisist Aqşin Babayevin daha bir kitabı çapdan çıxıb
22.01.20

Azərbaycan Aşıqlar Birliyinin növbəti kitabı işıq üzü görüb

21.01.20
İradə Musayeva - Kirovun ölümü ilə başlayan cəhənnəm, yaxud repressiyanın 80 illiyi
14.01.20
Gürcüstanda Zəlimxan Yaqubun xatirəsinin əbədiləşdirilməsi təklif olunub
14.01.20
“Təhsil terminlərinin izahlı lüğət”i çap olunub
14.01.20
Nəsiminin həyat və yaradıcılığına müasir baxışı əks etdirən monoqrafiya çap edilib
14.01.20
 “Manqurt” tamaşası növbəti dəfə nümayiş ediləcək
09.01.20
“Ədəbi Proses – 2018” kitabı çap olunub
31.12.19
Mahirə Nağıqızı: "İstənilən ixtisası ən böyük zəhmət hesabına qazanmaq olar, amma şair kimi doğulmaq lazımdır" - MÜSAHİBƏ
28.12.19
Məmməd Cəfər Cəfərova həsr olunan elmi sessiya keçirilib
28.12.19
Ülvi Babasoy: "Çağdaş ədəbiyyatda dil bəlkə də heç onuncu yox, iyirminci yerdə dayanır" - MÜSAHİBƏ
28.12.19
"Ulduz” jurnalının dekabr sayı işıq üzü görüb
27.12.19
Bakı Mühəndislik Univeristetində Səxavət Sahilin yeni kitabı müzakirə olunub
27.12.19
Mərahim Nəsib - Şəms Təbrizinin məktubu
27.12.19
AYB-nin Gənclər Şurasının üzvləri ədəbi orqanların redaksiya heyətinə qəbul edilib
26.12.19
Əhməd Cəfəroğlunun 120 illiyilə bağlı elmi sessiya keçirilib
26.12.19
Qulu Ağsəs tələbələrə nə vəd etdi? - Pedaqoji Universitetdə GÖRÜŞ - FOTOLAR
25.12.19
Səxavət Sahil - Qafqaz müharibəsi rus ədəbiyyatında
25.12.19
Fərid Hüseyn Serbiya Yazıçılar Birliyinə üzv qəbul edilib
24.12.19
Gülbala Dadaş - Sonsuz dərya gizlədib, özündə bu adanı. 
23.12.19
“Metafizika” (ISSN 2616-6879) jurnalının 2019/4 sayı nəşr edilib
21.12.19
Şəhla Aslan - Feminizmindən qorxanlar...
21.12.19
AMEA-nın İctimaiyyətlə əlaqələr şöbələrinin hesabat iclası keçirilib
17.12.19
“Qafqaz müharibəsi rus ədəbiyyatında” kitabı haqqında bir neçə söz
16.12.19
Cəlil Cavanşirin “Azğın” kitabının təqdimat mərasimi keçirilib
12.12.19
İmadəddin Nəsimiyə həsr olunmuş elmi-nəzəri seminar keçirilib
12.12.19
Tamilla Əliyevanın “Qafqaz müharibəsi rus ədəbiyyatında” monoqrafiyası  olunub
10.12.19
“Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı olub
09.12.19
“Ey Nəsimi, cahanı tutdu sözün...” II Beynəlxalq Elmi Konfransı keçirilib
09.12.19
Pərvanə Məmmədli - Rza Bərahəni yaradıcılığından seçmələr
07.12.19
Rasim Qaraca - Kəpənəkli günlər
07.12.19
Nemət Mətin - Sonuncu uçuş
06.12.19
Yazıçı Kənan Hacı ABŞ-da mükafat aldı
06.12.19
Vüqar Əhmədin yeni monoqrafiyası işıq üzü görüb
06.12.19
Azərbaycan Universitetində Mişel Fukonun “Sözlər və nəsnələr” kitabının təqdimatı olub
03.12.19
"Ulduz"un noyabr sayı çap olunub
03.12.19
Cəlil Cavanşirdən 18+ roman gəldi
03.12.19
Pərvanə Məmmədli - Tatyana Çaladzeni qədrini bilmədik
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.