Mövlud Süleymanlı: "Elə yazıçılar var, onlara həsəd aparıram"
14.03.13

- Mövlud müəllim, martın 18-də 70 yaşınız tamam olur. Öncə sizi təbrik edir və soruşmaq istəyirik: Bu yaşda özünüzü necə hiss edirsiniz?

- Mən qocalığı, yaşlanmağı o qədər də hiss edən insan deyiləm, daim hərəkətdəyəm. Hər yerdə, hətta dağda-bağda olanda da hərəkətli oluram. Öz içimdə, öz daxilimdə belə, hərəkət edirəm. Qayğılarım olmasa da, qayğını axtarıb tapan insanam. Yanımdan  dərdə oxşar bir hiss keçsə, onu yaşayacam. İndi isə bu hisslərim daha da artıb.
Bir az fərq iş sürətimlə bağlıdır. Əvvəllər bir yazı üzərində uzun-uzadı kompüterdə oturub işləyə bilirdim, indi az işləyirəm. Hətta düşüncənin özündə gecikirəm. Hər halda 70 yaş bizdən asılı olan bir hal deyil ki... Buna baxmayaraq, 70 yaşı çox böyük sevinclə qarşılayıb bağrıma basıram. Ötən dövrdə xəcalət çəkdiyim elə bir günüm, anım olmayıb.

- Gəlişi bizdən asılı olmayan, bir-birini qovan illər sizi yetmiş yaşın bir addımlığına gətirib çıxarıb. Bu yaşda özünüzə nə arzu edərdiniz?

- Düzünü deyim ki, bu yaşda özüm haqqında çox az fikirləşirəm. Çünki artıq yaş o yaş deyil, ailəm, nəvələrim var, hər halda ilk olaraq onları düşünürəm.

- Bayram ərəfəsində dünyaya gəlmək və hər il ad gününü bayram əhval-ruhiyyəsi ilə qarşılamaq necə duyğudur?

- Bayramın sonuncu çərşənbəsində doğulmuşam. Amma mən doğulanda sonuncu çərşənbə torpaq çərşənbəsi deyildi, yel çərşənbəsi idi. Bilirsiniz ki, bizim bayramımız dörd ünsür üzərində qurulub. Mən çox istərdim bunu hamımız düşünək, bu bayramı niyə keçiririk və bu haradan bizə gəlib?.. Bizə dedilər, biz də Novruz bayramı keçirdik, eləmi? Bu, belə deyil. Bunun çox böyük elmi əsasları var. Mən də çox istədim bu yanlışlıq aradan götürülsün, düzəlişlər olsun, çərşənbələrin sırası düzəldilsin. Sudan sonra heç vaxt od gələ bilməz. Bunu hamı düşünməlidir, çünki bu bizim bayramımızdır. Türk dünyasının bayramıdır. Birinci yaranışın ilki olan su çərşənbəsi, sonra torpaq çərşənbəsi gəlməlidir. Amma bir baxın, bizim üzdəniraq elm adamları nə edir, biabırçı şəkildə sudan sonra odu gətirir. Sizcə, su ilə od bir yerdə tutar? Sudan sonra mütləq torpaq gəlməlidir. Torpaq eynən canlılar kimidir. Torpaq ana bətnidir, o bətni ilə suyun əlaqəsi yaranır və ona görə də od bundan sonra düşür. Cücərti əmələ gəlir, canlılar yaranır, hava gəlir. İnsanlar açılır, doğub törəyir. Çünki insanın özü də dörd ünsürdən ibarətdir. Hətta illər öncə bu haqda kitab da yazmışam, amma indi gəlin, baxın ki, kim kimin kitabını oxuyur? Kitabın da oxunması üçün mütləq satqınlıq eləmək lazımdır, hamı görsün ki, filankəs millətini, xalqını necə satıb?

- Doğum gününüzlə bağlı yaddaşınızın bir küncündə nələr qalıb?

- Doğum günümlə bağlı xatirələrim mən dünyaya gəlməzdən öncədən başlayır. Mən əkiz qardaşımla birgə gəlmişəm bu dünyaya. 1943-cü ilin 18 martında doğulmuşam, Məhəmməd peyğəmbərin mövlud günü də həmin çərşənbə axşamına düşdüyünə görə mənə Mövlud adını qoyublar. O biri uşaq bir az sarışın olub, mən qaraşın. O, tez ölüb, əkiz tayımla bağlı xatirələri mənə sonra danışıblar.
Mən min kilometr burdan uzaq dağ, yaylaq kəndində doğulmuşam. Bizim vaxtlarda Novruz bayramına İlay bayramı deyərdilər. İlin, ayın son bayramı olduğu üçün. Amma indi heç kəs bilmir ki, bu Novruz sözü haradan gəlib. Götürüb fars adı qoydular, amma qədim insanlar bu bayrama hər zaman İlay bayramı deyib. İlay axşamlarını oyunlarla xatırlayıram. O yerlər bir az uzaq olduğu üçün biz maşın səsini də eşitmirdik. Ot kimi, ağac kimi bitib böyümüşük. Mən doğum günümü belə bayram dolu xatırlayıram.

- Yaradıcı insanlar yazıb-yaratmağa başladığı andan ahıl yaşına  kimi müəyyən bir çağda artıq formalaşmış yaradıcılıq yoluna qədəm qoyurlar. Bu proses sizdə necə olub?

- Bu suala belə cavab vermək istərdim. Mən bir neçə dəfə dünyaya gəlsəm belə, yenə eyni xətlə, eyni yolla yazardım. Mənim bir dənə cümləm yoxdur fikirləşim ki, bunu niyə yazdım, ayıbdır, nə düşünərlər... Elə bir sözüm yoxdur. Sovet imperatorluğunun içində belə mən “Dəyirman” kimi povest yazdım. İndi mənə özümü tərifləmək yaraşmaz, amma olanı deyirəm. Yazıçı uşaqlıqdan necə gəlibsə, elə gedəcək.  Həm də ilk gündən necə yazıbsa, yaşlı olanda özünü gücə salsa da, elə eyni qaydada yazacaq.

- Anladım ki, siz öz xarakterinizə uyğun yazıb-yaradırsınız. Dəyişməz, sabit bir üslubla...

- Elə yazıçılar var, onlara həsəd aparıram. Mən arada çox şairanə danışıram, çalışsam da yığışdıra bilmirəm. Düşünürəm ki, bu, mart ayında dünyaya gəlməyimlə bağlıdır. Bir az soyuqqanlı olsam, daha yaxşı olardı.

- Şair Qulu Ağsəsin sizin yaradıcılığınız haqqında maraqlı fikri var. Deyir ki, “Dünyada və bizdə çoxlu yazıçılar var ki, kitabının beşinci səhifəsindən iyirminci səhifəsinə adlayar və heç nə itirməzsən. Bu hekayə, povest, roman da ola bilər. Peşəkar oxucu oxuyub onun məğzini anlayacaq. Amma Mövlud müəllimin yaradıcılığı bu baxımdan fərqlidir. Onun əsərinin bir səhifəsini belə ötürmək olmur. Mövlud müəllimin yaradıcılığı cümləbəcümlə izlənməlidir. Əgər bir cümləni itirsən, qarşıda olan cümlədə ilişib qalacaqsan. Onun yaradıcılığını bütöv oxuya bilməsən, heç nə anlaya bilməzsən”. Bu fikirlərlə razısınız?

- Qulunun bu fikirləri ilə tamamilə razıyam. Təbiət bir işini saxlayıb o biri işini bitirmir ki? Təbiət cücərəndə hər şey cücərir. Mənim üçün yazı da elə cücərmək deməkdir. Əgər mən haradasa hansısa bir yamaca, bir dağa, XXI əsrin dili ilə desək, obyektə qonuramsa, o obyekt bütün cücərməlidir, eynən təbiət kimi. Yəqin ki, Qulu elə onu nəzərə alıb deyir. Mənim bütün düşüncələrim, bütün fikirlərim bir-birinə bağlıdır.

- Bir ara sizi mətbuatda az görürdük. Mətbuatda az-az görünməyinizin özəl bir səbəbi var idimi?

- Sözə məsuliyyətlə yanaşan insanam. Daha doğrusu, məsuliyyətli qocayam. Mütləq saat 9:00-da işdə olmalı idım. Bütün ömrüm radioda keçib. Bütün ömrüm, bax elə bu yetmiş il boyu belə olmuşam. Radioya rəhbərlik etmişəm və deyim ki, iş yerimi qoruduğum kimi hər zaman sözü də qorumuşam.

- Uzun müddət tele-radio sahəsində çalışmısız, bəs indi nə işlə məşğulsuz?

- İndi də televiziyada baş redaktoram. Təbii ki, yaşıma görə o qədər də fəal ola bilmirəm, amma istərdim xalqıma, millətimə layiqincə xidmət edə bilim. İndi də işim var, arada gedib-gəlirəm. Radioda isə mənim gəncliyimdə başladığım veriliş hələ də gedir, hələ də sevilir. Məni əvəz edə biləcək jurnalistlər orada təbii ki, var. Çox olmasa da, bir neçəsi var. Mən yeni nəfəs, yeni ruh dolu yaradıcı insanları həmişə arayıb axtarmışam. Elə bayaq adını çəkdiyim Qulu Ağsəs də onların sırasındadır. 90-cı illərdə onun şeirlərini oxudum və axtarıb tapıb işə götürdüm. Onunla dostluğumuz bax belə başladı, o mənim oğlum yaşındadır. İstedadlı insanlar təbiətin bizə gözəl töhfəsi kimi bir şeydir. İstedadlı insanları qorumaq lazımdır.

- Yetmiş yaşa sayılı günlər qalıb. Bu yaş ərəfəsində yeni bir yazı, ya da kitab olacaq?

- İnşallah, düşünürəm ki, oxuculara yeni bir hədiyyə edim. Təbii ki, ömür imkan versə. Mən heç vaxt boş olmuram, yəni yazıya fikirlərimi köçürməsəm də, düşünürəm. O daxilimdə cücərən yazının da heç bir yaşla əlaqəsi və ya qarışacağı yoxdur. Amma hökmən elə bir yazı olacaq.

- Mövlud müəllim, Azərbaycan ədəbiyyatının son durumundan, son hadisələrindən təbii ki, xəbəriniz var. Sizcə, ədəbi mühit inkişaf edirmi?

- Oxumalı olduğum ədəbi nümunələri axtarıb tapır və oxuyuram. Amma deyim ki, narahat olmağa dəyməz. Mən bu fikirdəyəm...  Çünki Azərbaycan xalqı yaradıcı xalqdır. Yaradandır və özünün də bundan xəbəri yoxdur. Onun övladları da yaradandı. Bir məsəl var ki, hər şey vaxta baxar, vaxt isə heç nəyə baxmaz. Ona görə bəzi şeylər vaxta bağlıdır. İndi cavanlar istedadlıdılar, daima tələsirlər, hirslənirlər və bunu da ifadə edirlər. Tələsik yazırlar nədənsə. Bəlkə də istədikləri bir yer, ya da məkan tapıb otura bilmirlər. Bunlar gənclik sıxıntıları ilə bağlıdır. Gəncdirlər, seçib-seçib, arınıb-arınıb durulacaqlar. İnanıram ki, çox gözəl əsərlər yazacaqlar. Onlarla ünsiyyətdə olduqlarım da var.

Burda ilk olaraq Qulu Ağsəsi deyə bilərəm. Hətta onun haqqında yazı da yazmışam. Amma deyim ki, bir az vaxtı itirəndi, yəni bu gün yazmayım-saxlayım, sabah yazım kimi halları var. Sonra Aysel Əlizadənin çox gözəl publisistikası var. Əsas da İradə Tuncayı hər zaman izləmişəm və yazılarını bəyənirəm. Sonra Alik Əlioğlu və başqalarını deyə bilərəm.

- Bəs 70 illik yubileylə bağlı tədbir nəzərdə tutulub?

- Təbii ki... Ayın 18-i saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yubiley tədbiri olacaq, mən də hər kəsi bu tədbirə dəvət edirəm.

- Azərbaycan Yazıçılar Birliyindən söz düşmüşkən. Adı çəkilən qurumda yenidən təsis olunan və elə sizin sədr olduğunuz mükafatın nəticələrinin açıqlanması ilə bağlı nələri deyə bilərsiniz?


- Düşünürük ayın 19-dan sonra nəticələr açıqlansın. Bir az gecikə də bilər. O mükafatda bir nominasiya üzrə bir yox, iki qalib seçdik. Çünki istedadlı yazılar, çox səviyyəli yazarlar var idi. Amma təəssüf edirəm ki, əsassız məlumatlar ortaya çıxaranlar da oldu və mən də onları təbii ki, təkzib etdim. Nəticələri tezliklə biləcəyik.

Könül Səid /teleqraf.com/

Yenililklər
27.02.20
Əlyazmalar İnstitutu XIX əsrdə nəşr olunan “Bakinskiy listok” qəzetinin elektron versiyasını əldə edib
27.02.20
"Günə min işarə yaza bilsəm, papağımı göyə ataram" - Mübariz Örən
27.02.20
Müşfiq Şükürlü - Cavid bizim ustad təqlidçilərimizdəndir
27.02.20
Gülşən Mustafanın "Hasar" adlı hekayələr kitabı işıq üzü görüb
26.02.20
Filologiya elmində Turxan Gəncəyi zirvəsi
26.02.20
Əli bəy Hüseynzadə haqqında ilk fundamental biblioqrafiya işıq üzü görüb
25.02.20
Rasim Qaraca: “Hər ad günümə bir kitab hədiyyə edirəm” - VIDEO-SÖHBƏT
25.02.20
Bəxtiyar Vahabzadənin şeirləri Koreya dilində
24.02.20
Rəvan Cavid - “Azğın”: roman, yoxsa cızma-qara gündəlik?
24.02.20
"Kitabi-Dədə Qorqud”un üçüncü – Günbəd əlyazması" cap olunub
24.02.20
İlham Qəhrəmanın tərtibatında Aşıq Alının “Nə qaldı” kitabı çap olunub
24.02.20
Azər Abdulla - Peşmanlıqdan sevincə keçid
23.02.20
Elçin Hüseynbəyli - Qarağac - Romandan parça
23.02.20
Bədirxan Əhmədli - Gerçək və intellektual türkçü Muhsin Kadıoğlu
23.02.20
Könül Nuriyeva - "İsanın İncili"ndəki sonsuz suallar
23.02.20
Əlyazmalar İnstitutunda “Nəsimidən nəsimlər” kitabının təqdimatı olub
23.02.20
Ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr verən alim – akademik Həmid Araslı
21.02.20
İnsanın əzəməti – Dino Butsatinin hekayəsi
21.02.20
Tramp “Oskar” mükafatının Cənubi Koreya filmi “Parazitlər”ə verilməsini tənqid edib
21.02.20
Məşhur yazıçı hekayəsini 1 ABŞ dollarına satdı
21.02.20
Müslüm Maqomayev haqqında çəkilən serialın treyleri yayımlandı - VİDEO
21.02.20
Xalq rəssamı Böyükağa Mirzəzadənin anadan olmasından 99 il ötür
21.02.20
Taleh Eminoğlu - Knut Hamsun: bir medalın iki üzü
21.02.20
Bakıda Beynəlxalq film festivalı keçiriləcək
21.02.20
"Müqayisəli ədəbiyyatşünaslıq" jurnalının yeni sayı çıxıb
21.02.20
Hacı Ələmdar Mahirin anım günü
18.02.20
Özbəkistanda “Hər anımız Vətən desin!” adlı şeir müsabiqəsi elan olundu
12.02.20
"Təkrarın tənhalığı”nda "Sevdiyim əsər” – Fərid Hüseynin kitab təqdimatından reportaj
10.02.20
Gülbala Dadaş - “Hər kəsin öz eşqi” kitabı haqqında
07.02.20
Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
05.02.20
Bəsirə Əzizəlinin Muhsin Kadıoğlu haqqında monoqrafiyası çap olunub
05.02.20
İradə Musayeva -  Süleyman Rüstəmi əksinqilabçı adlandıran repressiya qurbanı
03.02.20
Cavanşir Yusiflinin Səlim Babullaoğlu haqqında kitabı nəşr edilib
02.02.20
İradə Musayeva - Bağırovun gizli tapşırığı: “Boynuna qoyuluncaya qədər döyün!”
01.02.20
"Qanun” nəşriyyatında "The Paris Review müsahibələri” adlı kitab nəşr edilib
01.02.20
Rusiya Yazıçılar İttifaqı ilə AYB arasında əməkdaşlıq müqaviləsi imzalanıb
29.01.20
İradə Musayeva - Bağırov bu tərcüməçimizi həbs etmək üçün Stalindən icazə istəmişdi
28.01.20
Fərid Hüseyn - İnsanın unutqanlığı bəzən onun ədalətidi
28.01.20
AYB-nin Gənclər Şurasının “Ulduz”u nəşr edildi
25.01.20
İradə Musayeva - Müstəqil Azərbaycan” sözü dilinizdən çıxmadımı?
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.