Anar Amin - 8+7=15 Mart
16.03.13

Ömrün Zərdüşt Şəfizadə yaşını adladım. Bu gün ömrün Mikayıl Müşfiq yaşını tamamlayıram. Qarşıda ömrün Fərhad Mete yaşı durur. Otuz üçüncü 8 mart gününü pak və qəyyur olan Allah mənə qismət edəcəkmi, bilmirəm... Bildiyim budur ki, yeddi gündən sonra “min illik” dostum Qismətin doğum günüdü. O Qismət ki, ondan dost olmağı öyrəndim. Dostluğu qorumağı isə bəzən bacardım, bəzən yox. Bu da bəndənizin öz günahıydı... Mən barbar təbiətliyəm. Düşünürəm ki, heç vaxt şəhərli ola bilməyəcəm.  Bir vaxtlar Qismət haqqımda belə deyirdi: “Anar Amin Orhan Pamukun romanlarına oxşayır - şəhərlə kəndin sintezidir”.
Şəhərlə kəndin arasında çoxlu dostlar qazandım...İtirdiyim dostları axtarsam da, tapa bilmirəm. Bəlkə də dünyada axtarmaq qədər kədərli, tapmaq qədər sevincli heçnə yoxdu...
Yoxu var edən Allaha and olsun ki, Qismətin bizim ədəbi nəslin boynunda haqqı var. O haqqı dananlar da var, danmayanlar da... Kim danır, qoy dansın, mən dana bilmərəm. Bizə kitab almağı, mütaliyə etməyi o öyrədib. O mənə kitab almağı öyrətsədə, mütaliyə etməyi öyrədə bilmədi. Çox cəhtlər elədi alınmadı, nəsə...  
...Sözüm onda yox, imkanımız olanda bir-birimizə kitab alırdıq... Mən ona Əfəndi, o mənə Qağa deyirdi. İki-üç il bundan əvvəl, söz vaxtına çəkər, elə bu vaxtlar ad günü ərəfəsiydi, ona bir kitab hədiyyə edib: “Əfəndim, səni qarşıdan gələn ad günün münasibətiylə təbrik edirəm! Otuzuncular Cavid Əfəndiyə, altımışıncılar İsa əfəndiyə, biz də sana borcluyuq...” - dedim.
Gülümsədi və belə buyurdu :
Kitab oxumağı sevməsən də, kitab hədiyyə etməyi xoşlayırsan. Sən mənə aldığın kitabların hamısını oxumuşam. Mən sənə verdiyim kitablardan heç olmasa birini oxumusan?
-Səfillər haqqı hərəsindən beş-on səhifə...
Qəh-qəh çəkib güldü...
-Oxuduğun səhifələri verdiyim kitabların sayına vururam, yarım kitab eləmir, Qağa. Heç olmasa bir kitab oxu...
-Mənim kitab oxumaqla aram yoxdu, Əfəndim. Hansı kitabı istəyirsən alım sənə, bağışlayım. Səni and verirəm Səfillərə, mənə kitab oxu demə...
Gülüşünə ara vermədən belə bir şərt kəsdi:
Gəl belə eləyək, mənim evdə xeyli oxuduğum kitablar var. İki-iki, üç-üç verim oxu, hər kitaba bir qonaqlıq. Rakı içmisən?.
-Yox!
-Rakı qonaqlığı, razılaşdıq?
...Vurağan vaxtlarım idi, razılaşdım. Elə mənə vurmağı da o öyrətmişdi. Bu minvalla rakının hesabına zülümlə bir neçə  kitab oxudum...
Biz Qismət Əfəndiylə belə dost idik... 

8 mart, 2013.

Avanqard.net

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.