Elxan Rzayev: “Deyirlər, burda yaxşı dükan açmaq olar”
20.03.13

Bakı Kitab Klubunun direktoru Elxan Rzayevin müsahibəsi.

- Elxan bəy, bu yaxınlarda rəhbəri olduğunuz Bakı Kitab Klubunun fəaliyyətinin on ili tamam oldu. Ötən on ili necə şərh edə bilərsiniz?

- Martın 10-da qeydiyyatdan keçməyimizin on ili tamam oldu, amma faktiki fəaliyyətə qeydə alındıqdan bir il sonra başladıq. İlk olaraq “Azərbaycan nəşrləri” adlı rəngsiz kataloq çap elədik. Kataloq öncə üzü rəngli, içərisi ağ-qara formatda nəşr olunurdu. Çünki yetərli maliyyə imkanımız yox idi. İlk nəşrdə yüzə yaxın kitab haqqında məlumat verə bilmişdik. Çox təəccüblü görünsə də, o vaxtlar hər hansı yeni nəşr, təzə kitab haqqında informasiya almaq asan deyildi. Bu işin gərəkliliyinə inam çox zəif idi. Düşünürdülər ki, bu da növbəti avantüralardan biridir. Bir sözlə, kitabla bağlı informasiyanın lazımlılığını başa düşmək istəmirdilər.

Bizim işimiz uğur qazandığı üçün 2003-cü ilin sonundan başlayaraq klubun “Azərbaycan nəşrləri” jurnal-kataloqu tam rəngli və rüblük qrafiklə çıxmağa başladı. 26 noyabr 2004-cü ildə “Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və kitabklubu.org ünvanlı internet səhifəsinin təqdimatını keçirə bildik. Dostlardan biri deyir, siz bu işi başlayanda düşündüm ki, beş-altı aya fəaliyyətiniz dayanacaq. Görünür, kitabla bağlı perspektivə inanmaq istəyənlər yox dərəcəsindəydi.

Fikrimcə, on ildə əldə etdiyimiz əsas uğurun göstəricisi bir neçə işçini saxlaya bilməyimizdir. Halbuki əvvəllər buna imkanımız yox idi, yalnız könüllülərin hesabına işləyirdik.

- Deməli, hesab edirsiniz ki, on ildə özünüzü tam doğrulda bilmisiniz...

- Öncə onu qeyd edim ki, ötən müddət ərzində cəmiyyətin kitaba münasibəti dəyişib. 2002-2004-cü illərlə müqayisədə kitab oxuyanın da, nəşr olunan kitabların və hətta naşirlərin də sayı çoxalıb. Sürətli olmasa da, proses bu gün də gedir. Bizim əsas funksiyamız çapdan çıxmış kitablar haqqında oxuculara informasiya çatdırmaq, həmçinin naşirləri bazarın tələbatı ilə tanış etməkdir. Düşünürəm ki, biz bu körpü rolunu uğurla oynaya bilirik. Kitab Klubundan sonra bir çox təşkilatlar da analoji iddia ilə meydana çıxdılar. Artıq hamı başa düşməyə başladı ki, kitab təqdimatları kitabın təbliği yolunda mühüm addımdır.

Daha sonra Azərbaycanda kitab bazarının öyrənilməsi üçün iki böyük sorğu apardıq. Özümüz Bakı Kitab Klubu olaraq üç yarmarka təşkil elədik. Yarmarkalara otuzdan yuxarı nəşriyyat dəvət etmişdik. Bununla insanların kitaba olan marağını artırmaq istəyirdik.

 - Ölkəmizdə olan nəşriyyatlarla əlaqə qura bilmisiz, bəs xaricdə olan kitab mağazaları, yaxud nəşriyyatlarla hər hansı münasibət, əlaqə varmı?

- İki dəfə İranda beynəlxalq kitab sərgisində iştirak eləmişik. Gürcüstanda, Türkmənistanda səfərdə olmuşuq, hər dəfə iki yüz adda kitab aparıb orada müvafiq yerlərə bağışlamışıq. Bu da tanıtımın bir yoludur. Amma birbaşa və geniş əlaqələrdən danışa bilməyəcəm. Biz öz xəttimizlə, tanışların, dostların vasitəsi ilə demək olar ki, dünyanın əksər ölkələrində kitablarımızı yaya bilirik. Eyni zamanda dünyanın bir çox ölkələrindən alıcı və oxucularımız var.
Almaniyada yaşayan bir azərbaycanlı universitetə kitab bağışlamaq üçün bizdən 100-dən yuxarı kitab aldı, İtaliyadan olan oxucu vaxtaşırı kitab istəyir və ona poçt vasitəsilə yollayırıq. Koreya, Yaponiyadan da oxucularımız var, mən hələ yaxınları demirəm. Onlara istədikləri kitabları yollayır və şad oluruq ki, Azərbaycan kitabları ilə bu qədər maraqlanırlar.

O ki qaldı hansısa qurumla əlaqələrə, belə əlaqələr yoxdur. Düzü, bir neçə dəfə cəhd etmişik ki, diaspora vasitəsilə hər hansı bir qurum yaradıb Azərbaycan kitabını yayaq. Amma heç bir nəticə əldə edə bilməmişik.

- Xarici ölkələrlə mübadilənin səviyyəsini öyrəndik. Bəs bizim rayonlarla əlaqələr nə yerdədir?

- Biz Kitab Klubunu yaratmazdan öncə rayonları gəzmişik. O vaxt kitab dükanları, ümumiyyətlə, kitab təbliği ilə bağlı vəziyyət çox pis idi. Amma indi-indi maddi vəziyyətin düzəlməsi ilə işlər bir az yaxşılığa doğru dəyişir. Hər zaman rayonlara nəşr kataloqlarını yollayırıq, eyni zamanda rayonlarda öz nümayəndəmiz var. Onlar bizim kitablara abunə yazılışını təmin edirlər. Yolladığımız kataloqlardan da sifariş edənlər olur. Bu cür işləyirik...

Bir də Naxçıvan şəhərində bir kitab mağazası ilə yaxşı əlaqələr qurmuşuq. Lazım olanda istədikləri kitabları onlara göndəririk. Bakı Kitab Klubunun rayonlarda filiallarını yaratmağı arzulayırdıq. Amma sonrakı fəaliyyətimiz göstərdi ki, bu, çox çətin işdir. Çünki rayonda kitab mağazasına münasibətlə ərzaq mağazasına münasibətdə heç bir fərq yoxdur.

- İşə başlayanda hansı çətinliklər sizə mane olurdu?

- Hər işin başlanğıcında çətinliklər olur, amma burada işləyənlərin əsas müsbət xüsusiyyəti odur ki, biz çətinlikləri unutmağa çalışırıq. Yaxşı iş görən insanlar hər zaman çalışmalıdırlar ki, çətinlikləri gözlərindən uzağa aparsınlar. Ən birinci çətinlik o idi ki, qapı-qapı düşüb birinci kataloqa kitab və müəllif yığırdıq. Amma kitab verən olmurdu. O vaxt hətta kitabları alıb, surətini çıxarır, müəlliflərə geri qaytarırdıq. Bu iş üçün onlara pul da ödəyirdik.

İndi vəziyyət dəyişib. Nəşriyyatların əksəriyyəti təzə kitablar haqqında məlumat verməyimiz üçün bizə kitab göndərir. Hətta müəlliflər özləri də kitab gətirirlər. Demək, insanlar artıq kitab reklamının önəmini anlayıb qəbul edirlər. Reklamsız ən yaxşı kitab tutalım 100 nüsxə, reklam ediləndə 400 satılar. Reklam ümumi mənada ticarətin mühərrikidir.

- Bəs yazıçı kitabının təbliğatı ilə özü məşğul olmalıdır , yoxsa xüsusi qurum bu prosesi tənzimləməlidir?

- Kitab təbliğatı ilə birbaşa məşğul olan əsas qurum bizik. Amma bunun üçün pul almırıq. Hətta müəlliflərə kitab təqdimatı üçün imkan yaradır, mətbuatı da dəvət edirik. O ki qaldı pullu reklam məsələsinə, əgər kimsə istəsə gözəl reklamı təşkil olunsun, təbii ki, bizə müraciət edə bilər. Onun istəyinə uyğun reklam edə bilərik. Ötən on il ərzində özümüzü kitab reklamı sahəsində peşəkar hiss edirik.
İndiki halda, yenə də vurğulayım ki, Azərbaycan kitabının tam təmənnasız reklamı ilə məşğuluq.

- Bildiyim qədər, Bakı Kitab Klubunda oxucular, kitabsevərlər üçün doğma guşə yaratmısınız. Yoldan ötən belə, burda ayaq saxlayıb, rahat şəkildə kitab götürüb oxuya bilər.


- Tamamilə doğrudur. Çalışırıq kitabsevərlər burada özlərini rahat hiss etsinlər. Hətta çay süzüb, istədikləri kitabı oxuya bilərlər. Evə aparmaq imkanı da var, biz bunu da edirik. Hətta insanlar internet vasitəsilə kitab sifariş edə, biz də onu müəyyən ünvana gətirə bilərik. Öncə həmin kitabı tapırıq, qiymətini öyrənirik, əgər müştəri istəyirsə, kitabı çatdırırıq. Bəzən qapıdan içəri girib burda nə iş gördüyümüzə baxmaq istəyənlər də olur. Bəzən “buranı yaxşı ərzaq mağazası edərdim”, deyənlər də tapılır.

- Hazırda hansı yeni layihələr üzərində işləyirsiz?

- Bir müddət öncə geniş bir layihəyə start vermişdik. Layihə çərçivəsində “Cana məlhəm hekayələr” adı ilə 4 cild çap edə bildik. İndi 5-ci cild hekayələr toplayırıq. O biri cildlərə xarici ölkələrdə məşhur olan və sevilən kiçik hekayələr toplanmışdısa, sonuncu cildə Azərbaycan müəlliflərinin hekayələrini də əlavə etməyi düşünürük. Müəlliflərdən hekayələr gözləyirik. Bu layihənin bütün xərcini Kitab Klubu öz üzərinə götürür.   

Növbəti böyük bir layihə də olacaq. İstəyirik dünya uşaq ədəbiyyatı kitabxanasını quraq. Əvvəlkiləri təkrar etmək istəmirik. Hər kəsin tanıdığı uşaq kitablarını yox, yeni bir kitab dalğasını gətirməyi düşünürük. Çünki bizim də oxuyub böyüdüyümüz kitabları artıq adaptasiya edib nəşr ediblər, çox uğurlu da alınıb.

İstəyirik bu layihə çərçivəsində çap olunan kitablar uşaqların əlindən tutub onları mərhələ-mərhələ böyütsün və o kitablar özləri də uşaqla birgə yol getsin. Haradasa 17 yaşında həyata hazır vəziyyətdə əlindən buraxsın. Bu prinsiplərlə əsərləri seçmişik. İlk kitabların çap olunması üçün bir il vaxt keçəcək. 50 kitab nəşr etməyi nəzərdə tuturuq. /teleqraf.com/

Yenililklər
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
01.02.24
Rus poeziyasının Gümüş dövrü - Seçmə şeirlər
01.02.24
Rəşad Səfər - Çığıranlar və çığırmayanlar
29.01.24
“İsveç nəsr antologiyası” ilk dəfə Azərbaycan dilində
29.01.24
Küyülü Nəccari Səid - Olumla ölüm arasında
29.01.24
Qulu Ağsəs haqqında kitab işıq üzü görüb
27.01.24
Natəvana "yaxılan" qara və qırmızı boyalar - Fərid Hüseyn yazır
25.01.24
Mahir N. Qarayev - Qara maskalı qatil
25.01.24
Tanınmış alim Paşa Kərimov vəfat edib
25.01.24
Fərid Hüseyn - Sözümüzü Allaha çatdırana vida
24.01.24
Vaqif Sultanlının “İnsan dənizi” romanı Təbrizdə yayınlandı
16.01.24
"Arşın mal alan" Ankara Dövlət Opera və Balet teatrında nümayiş olunub
16.01.24
Mahir N. Qarayev - Bir dəqiqəlik sükut, yaxud fikirli gördüyüm fikir adamı
16.01.24
Səfər Alışarlı - "Səs" romanı ustalıqla yazılmış əsərdir
16.01.24
Dünyaca məşhur roman Azərbaycan dilində - İlk dəfə
16.01.24
Səlim Babullaoğlu - Düma, Natəvan, xəncər, arxalıq və oyun
14.01.24
Ədəbiyyat İnstitutunda unudulmaz şair Nurəngiz Günə həsr olunmuş tədbir keçirilib
10.01.24
Bu boyda ömrü məhəbbətsiz necə yaşayasan? - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında - Fərid Hüseyn
10.01.24
Bolqarıstanda beynəlxalq festivalda ölkəmizi “Açar” bədii filmi təmsil edəcək
10.01.24
Tanınmış yazıçı, ədəbiyyatşünas Çingiz Hüseynov vəfat edib
10.01.24

"Dünya ədəbiyyatı" dərgisinin "Macarıstan" sayı və "Macar ədəbiyyatı" antologiyası nəşr olunub

26.12.23
Zərdüşt Əlizadə - Qəm-qüssə, kədər şairi
20.12.23
Fərid Hüseyn - Orxan Vəlinin Nahit xanıma məktubları haqqında
18.12.23
İki şair, iki şeir - Mahir N. Qarayev və Sesar Valyexo
18.12.23
Fərid Hüseyn  Bişkekdə Çingiz Aytmatova həsr olunan beynəlxalq forumda iştirak edib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.